14 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Yaxın Şərq
Yaxın Şərq

Girovlarla bağlı razılaşma “bir neçə gün ərzində” əldə oluna bilər- Netanyahu

O deyib ki, HƏMASın hələ də 50 girovu əlində saxladığı bildirilir və onlardan yalnız 20-nin sağ olduğuna inanılır.

11 İyul 2025 09:30
Girovlarla bağlı razılaşma “bir neçə gün ərzində” əldə oluna bilər- Netanyahu

BAKI,AzerVoice

İsrailin baş naziri Benyamin Netanyahu Fələstinin İslam Müqavimət Hərəkatı (HƏMAS) tərəfindən saxlanılan israilli girovların azad olunması üçün bir neçə gün ərzində razılaşma əldə olunacağına ümid etdiyini bildirib. AzerVoice xəbər verir ki, Netanyahu bu açıqlamaları “Newsmax” kanalında yayımlanan “The Record with Greta Van Susteren” proqramına verdiyi müsahibədə səsləndirib. O deyib ki, HƏMASın hələ də 50 girovu əlində saxladığı bildirilir və onlardan yalnız 20-nin sağ olduğuna inanılır.

“Mən onların hamısını azad etmək istəyirəm. Hazırda sağların yarısını və ölənlərin yarısını əhatə edən razılaşma üzərində işləyirik.Bu halda bizdə 10 sağ qalan və təxminən 12 ölü girov qalacaq. Amma mən onları da geri gətirəcəyəm. Ümid edirəm ki, biz bu razılaşmanı bir neçə gün ərzində əldə edə biləcəyik”-deyə o qeyd edib.

Netanyahu İsrail və HƏMAS arasında 60 günlük atəşkəs əldə olunacağını, bu müddət ərzində tərəflərin münaqişəyə son qoymağa çalışa biləcəyini ehtimal edib.

Çərşənbə günü HƏMAS bəyan edib ki, hazırda gedən atəşkəs danışıqlarında bir çox əsas məsələ hələ də həll olunmamış qalır. Bunlara humanitar yardımın çatdırılması, İsrail qüvvələrinin Qəzza zolağından tam çıxarılması və “davamlı atəşkəs üçün real təminatların verilməsi” daxildir.

Netanyahunun “Newsmax” kanalına müsahibəsi ABŞ Prezidenti Donald Trampın 2025-ci ilin yanvarında vəzifəyə başlamasından bəri Vaşinqtona etdiyi üçüncü səfərinin sonunda baş tutub. Trampdan danışan Netanyahu deyib ki , : “İsrail heç vaxt bundan əvvəl belə bir dost və ya belə bir dəstəyə – yəhudi dövləti İsrailə – Ağ Evdə malik olmamışdı”.

Məqalədə: #Benyamin Netanyahu #Netanyahu #Binyamin Netanyahu #Qəzzanın yenidən qurulması #Qəzza blokadası #Humanitar fəlakət Qəzza #İsrail və Fələstin münaqişəsi 2025 #İsrailin Fələstin siyasəti #Fələstinli məhbusların azadlığı #Fələstin-İsrail münaqişəsi #Fələstin Muxtariyyəti böhranı #Fələstin liderliyi böhranı #Fələstin seçkiləri və Abbasın gələcəyi #Ərəb ölkələrinin Fələstin planı #Fələstin humanitar yardımı #Qəzza böhranı və Qərbin mövqeyi #Tramp və Netanyahu münasibətləri #Netanyahu və ordu rəhbərliyi arasında gərginlik #Netanyahu HƏMAS açıqlaması #Netanyahu İran siyasəti #Netanyahunun regional siyasəti #Netanyahuya Trampdan təzyiq

Mövzu üzrə digər xəbərlər

İsrail Livanda infrastrukturu məhv etməyə davam edəcək - Benyamin Netanyahu
Livan

İsrail Livanda infrastrukturu məhv etməyə davam edəcək - Benyamin Netanyahu

20:42
Yəməndə 93 mindən çox insan didərgin düşüb
Yəmən

Yəməndə 93 mindən çox insan didərgin düşüb

19:47
İsrail kvadrokopterləri atəşkəsdən sonra Qəzzada azı 60 fələstinlini öldürüb
Fələstin

İsrail kvadrokopterləri atəşkəsdən sonra Qəzzada azı 60 fələstinlini öldürüb

19:34
Makron İraqın Baş naziri ilə Hörmüzdə gərginliyin azaldılmasını müzakirə edib
İraq

Makron İraqın Baş naziri ilə Hörmüzdə gərginliyin azaldılmasını müzakirə edib

19:21

Son Xəbərlər

İsrail Livanda infrastrukturu məhv etməyə davam edəcək - Benyamin Netanyahu
İsrail Livanda infrastrukturu məhv etməyə davam edəcək - Benyamin Netanyahu
20:42
Misirin rəqəmsal ixracı 7,4 milyard dollara çatıb
Misirin rəqəmsal ixracı 7,4 milyard dollara çatıb
20:39
Qətər Mərkəzi Bankının sədri Körfəz ölkələrinin maliyyə toplantılarında iştirak edib
Qətər Mərkəzi Bankının sədri Körfəz ölkələrinin maliyyə toplantılarında iştirak edib
20:33
İran nüvə rəhbərinin Avstriyaya buraxılmamasını pisləyib
İran nüvə rəhbərinin Avstriyaya buraxılmamasını pisləyib
20:30
Qətər korrupsiyaya qarşı mübarizə üzrə VI Ərəb Konfransına ev sahibliyi edəcək
Qətər korrupsiyaya qarşı mübarizə üzrə VI Ərəb Konfransına ev sahibliyi edəcək
20:25
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.