6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Yaxın Şərq
Yaxın Şərq

Aİ İsrailin elmi tədqiqatlara ayırdığı maliyyəni kəsməyi tələb edib

Avropa İttifaqı (Aİ) Komissiyası İsrailin elmi tədqiqatları dəstəkləmək üçün Horizon Europe proqramına çıxışının məhdudlaşdırılmasını tələb edib.

29 İyul 2025 10:37
Aİ İsrailin elmi tədqiqatlara ayırdığı maliyyəni kəsməyi tələb edib

BAKI, AzerVoice

Avropa İttifaqı (Aİ) Komissiyası İsrailin elmi tədqiqatları dəstəkləmək üçün Horizon Europe proqramına çıxışının məhdudlaşdırılmasını tələb edib.

AzerVoice xəbər verir ki, Avropa Komissiyası, İsrailin "Horizon Europe" proqramına iştirakının qismən dayandırılmasını nəzərdə tutan təklifin üzv ölkələrə təqdim olunduğunu açıqlayıb.

Açıqlamada bildirilib ki, bu dayandırma xüsusilə İsraildəki qurumların Avropa İnnovasiya Şurasının (EIC) Sürətləndirici Proqramı çərçivəsində maliyyələşdirilən fəaliyyətlərə iştirakına aiddir "Bu qərar, kibertəhlükəsizlik, pilotsuz uçuş aparatları və süni intellekt kimi potensial olaraq ikili təyinatlı tətbiqlərə malik olan dağıdıcı yeniliklər və yeni yaranan texnologiyalar hazırlayan startaplar və kiçik müəssisələri hədəfləyən EIC Sürətləndirici Proqramına İsrail təşkilatlarının qatılmasına təsir edəcəkdir."

Açıqlamada həmçinin qeyd olunub ki, bu addım, Aİ-İsrail Tərəfdaşlıq Sazişinin "Tərəflər arasındakı münasibətlər insan hüquqları və demokratik prinsiplərə hörmət əsasında həyata keçirilməlidir" ifadəsini ehtiva edən ikinci maddəsinin nəzərdən keçirilməsi nəticəsində atılıb. Həmin öhdəliklərə hörmətin qarşılıqlı əməkdaşlığın əsas tərkib hissəsi olduğu vurğulanıb.

İsrailin atəşkəs elan etməsinə baxmayaraq, Qəzzadakı vəziyyətin hələ də ciddiliyini qoruduğu xatırladılıb.

Avropa İttifaqının elmi tədqiqat, texnologiya və innovasiya sahəsindəki fəaliyyətlərini dəstəkləyən "Horizon Europe" proqramı 2021–2027-ci illəri əhatə edir və 95,5 milyard avro büdcəyə malikdir.

Dayandırma qərarı bu proqramın tərkib hissəsi olan və 10,1 milyard avro dəyərində olan EIC proqramına yönəlib.

Digər tərəfdən, İsrail "Horizon Europe" proqramına 2021-ci ildə qoşulmuşdu.

Təklifin qüvvəyə minməsi üçün Aİ Şurasında üzv ölkələrin ixtisaslaşdırılmış çoxluğunun bu qərarı dəstəkləməsi tələb olunur.

Qeyd edək ki, İsrail ordusu 19 yanvarda qüvvəyə minmiş atəşkəsdən sonra, 18 mart səhəri Qəzza Zolağında şiddətli hücumlarını yenidən başladıb.

İsrailin 7 oktyabr 2023-cü ildən bu yana Qəzza Zolağında həyata keçirdiyi hücumlarda azı 59 min 921 fələstinli həyatını itirib, 145 min 233 nəfər isə yaralanıb.

18 martda atəşkəsi pozduqdan sonra həyata keçirilən hücumlarda 8 min 755 nəfər həlak olub, 33 min 192 nəfər isə yaralanıb.

27 maydan bəri isə İsrail-ABŞ yönümlü “Qəzza Humanitar Yardım Fondu” tərəfindən yaradılmış yardım bölgələrində fələstinlilərə qarşı həyata keçirilən sistematik hücumlar nəticəsində min 157 nəfər ölüb, 7 min 758 nəfər yaralanıb.

İsrail ordusu Qəzza Zolağında işğalı genişləndirmək və daimi hala gətirmək məqsədilə hücum planını icra etməyə başlayıb. Baş nazir Benyamin Netanyahu isə Qəzza Zolağının tamamilə işğal ediləcəyini bəyan edib.

Məqalədə: #İsrail #Qəzza zolağı #Avropa İttifaqı #Qəzza münaqişəsi #Qəzza müharibəsi #Qəzza blokadası #Humanitar fəlakət Qəzza #Uşaq ölümü Qəzza #Qəzzanın bərpası 2025 #İsrail və Qəzza münaqişəsi

Mövzu üzrə digər xəbərlər

İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
Livan

İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub

5 Sentyabr 22:32
ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib
Digər Dövlətlər

ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib

5 Sentyabr 21:45
İsrail Livanın cənubunda iki bölgəyə zərbələr endirib
Livan

İsrail Livanın cənubunda iki bölgəyə zərbələr endirib

5 Sentyabr 21:43
Qəzza şəhərinin Zeytun məhəlləsində dağıntılar altından 106 insan qalığı çıxarılıb
Yaxın Şərq

Qəzza şəhərinin Zeytun məhəlləsində dağıntılar altından 106 insan qalığı çıxarılıb

5 Sentyabr 21:41

Son Xəbərlər

Hava piratlığı, hərbi basqınlar və diplomatik masalar: 6 sentyabrda nələr dəyişdi?
Hava piratlığı, hərbi basqınlar və diplomatik masalar: 6 sentyabrda nələr dəyişdi?
00:10
Tarixdə bu gün - 6 Sentyabr
Tarixdə bu gün - 6 Sentyabr
00:01
İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
5 Sentyabr 22:32
“OpenAI” gözlənilməz süni intellekt davranışları barədə xəbərdarlıq edib
“OpenAI” gözlənilməz süni intellekt davranışları barədə xəbərdarlıq edib
5 Sentyabr 22:21
Berlində haker hücumundan sonra böhran tədbirləri başladılıb
Berlində haker hücumundan sonra böhran tədbirləri başladılıb
5 Sentyabr 22:14
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.