15 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Yaxın Şərq
Yaxın Şərq

Qəzzada İsrail hücumları nəticəsində 22 fələstinli həlak olub

Səhər saatlarında İsrail ordusunun Qəzza zolağının müxtəlif bölgələrinə endirdiyi hava və artilleriya zərbələri nəticəsində azı 22 fələstinli həyatını itirib.

2 Avqust 2025 13:20
Qəzzada İsrail hücumları nəticəsində 22 fələstinli həlak olub

BAKI, AzerVoice , Fərid Mikayılov

Səhər saatlarında İsrail ordusunun Qəzza zolağının müxtəlif bölgələrinə endirdiyi hava və artilleriya zərbələri nəticəsində azı 22 fələstinli həyatını itirib.

AzerVoice xəbər verir ki, həlak olanlar arasında qadın və uşaqlar da var.

Qəzza şəhərinin qərbində yerləşən Şəfa xəstəxanasına “Netsarim” bölgəsindəki yardım paylama nöqtəsindən 12 nəfərin cəsədi gətirilib. Qeyd edilir ki, onlar yardım almaq üçün növbəyə duran mülki şəxslər olublar.

Bundan əlavə, Xan Yunusun şimalında yerləşən sənaye yolayrıcısı yaxınlığında qaçqınlara məxsus çadırlara israilli pilotsuz uçuş aparatı tərəfindən hücum təşkil olunub. Nəticədə orada yaşayan ailələrin birindən üç nəfər həlak olub, bir neçə nəfər isə yaralanıb.

Eyni zamanda, Xan Yunusun şimal-qərbində yerləşən çadır düşərgəsinə endirilən hava zərbəsi nəticəsində iki qadın həyatını itirib.

Fələstinli rəsmilər və yerli mənbələr bildirirlər ki, İsrailin son hücumları nəticəsində mülki əhali arasında itkilər artır, xüsusilə qadınlar, uşaqlar və humanitar yardım növbəsində dayanan şəxslər daha çox hədəfə çevrilir.

Hazırda Qəzza zolağında vəziyyət kritik olaraq qalmaqda davam edir. Beynəlxalq təşkilatlar bölgədə humanitar fəlakətin dərinləşdiyini bildirir və mülki əhalinin qorunmasına çağırış edirlər.

Məqalədə: #Qəzza #İsrail #Fələstin #Qəzza zolağı #Fələstin Səhiyyə Nazirliyi #İsrail ordusu #İsrail hücumları #İsrail və Fələstin münaqişəsi 2025 #İsrail və Qəzza münaqişəsi

Mövzu üzrə digər xəbərlər

İraqın Baş naziri rəsmi səfərlə Almaniyaya gedib
İraq

İraqın Baş naziri rəsmi səfərlə Almaniyaya gedib

16:02
Əhməd əş-Şaraa BMT Baş Assambleyasında çıxış edəcək
Suriya

Əhməd əş-Şaraa BMT Baş Assambleyasında çıxış edəcək

15:57
Pakistan və Livan təhlükəsizlik əməkdaşlığını genişləndirir
Livan

Pakistan və Livan təhlükəsizlik əməkdaşlığını genişləndirir

15:41
İƏT və Suriya insan hüquqları üzrə əməkdaşlığı genişləndirir
Suriya

İƏT və Suriya insan hüquqları üzrə əməkdaşlığı genişləndirir

15:18

Son Xəbərlər

Məhəmməd bin Salman Qahirəyə səfər edib
Məhəmməd bin Salman Qahirəyə səfər edib
18:02
Prezident İlham Əliyev: Azad olunmuş ərazilərdə artıq 12 məscid bərpa edilib
Prezident İlham Əliyev: Azad olunmuş ərazilərdə artıq 12 məscid bərpa edilib
17:26
Qətər əmiri Türkiyə səfirini “Əl-Vəcbə” ordeni ilə təltif edib
Qətər əmiri Türkiyə səfirini “Əl-Vəcbə” ordeni ilə təltif edib
16:53
Bakı ilə Əbu-Dabi arasında strateji dərinləşmə: imzalanan sazişlər ikitərəfli əlaqələrə necə təkan verəcək?
Bakı ilə Əbu-Dabi arasında strateji dərinləşmə: imzalanan sazişlər ikitərəfli əlaqələrə necə təkan verəcək?
16:51
“Emirates” Dubayda 11 yeni tərəfdaşlıq sazişi imzalayıb
“Emirates” Dubayda 11 yeni tərəfdaşlıq sazişi imzalayıb
16:46
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.