15 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Yaxın Şərq
Yaxın Şərq

İsrail Qəzzada hücumları genişləndirməyə hazırlaşır

İsrailin təhlükəsizlik kabineti bu həftə Qəzzaya mərhələli şəkildə hücumların genişləndirilməsi və atəşkəs danışıqlarının gələcəyi ilə bağlı qərar verəcək.

4 Avqust 2025 10:40
Baku
İsrail Qəzzada hücumları genişləndirməyə hazırlaşır

BAKI, AzerVoice, Zeynəb Raminqızı

İsrailin təhlükəsizlik kabineti bu həftə Qəzzaya mərhələli şəkildə hücumların genişləndirilməsi və atəşkəs danışıqlarının gələcəyi ilə bağlı qərar verəcək.

AzerVoice xəbər verir ki, bu barədə İsrailin “Kanal 12” və “Kanal 13” telekanalları məlumat verir.

Ölkənin təhlükəsizlik kabineti Qəzza zolağına qarşı yeni mərhələli hücum planını gündəmə gətirib.

Planın məqsədi, humanitar böhranın dərinləşdiyi bölgədə, xüsusilə qaçqın düşərgələri kimi “həssas ərazilər”ə quru hücumlarının təşkili ilə İsrail girovlarının azad edilməsini təmin etməkdir.Lakin bu istiqamətdə kabinet daxilində ciddi fikir ayrılıqları yaşanır.

Strateji işlər naziri Ron Dermer, maliyyə naziri Bezalel Smotrich, milli təhlükəsizlik naziri Itamar Ben-Qvir və Baş nazir Netanyahunun hərbi müşaviri Roman Qofman daxil olmaqla bir sıra yüksək rütbəli şəxslər hücumların genişləndirilməsinin tərəfdarıdır. Onlar, hətta məhbusların həyatı bahasına belə, hərbi əməliyyatların intensivləşdirilməsini müdafiə edirlər.

Əks cəbhədə isə atəşkəs və məhbus mübadiləsi razılaşmasını müdafiə edənlər var. Baş Qərargah rəisi Eyal Zamir, xarici işlər naziri Gideon Saar, Mossad direktoru David Barnea və digər yüksək rütbəli rəsmilər girovların həyatı üçün təhlükə yarada biləcək hücumlara qarşı çıxır.

“Kanal 13”ün məlumatına görə, Eyal Zamir yaxın ətrafına bildirib ki, siyasi rəhbərlikdən açıq göstəriş olmadan hücum əmri verməyəcək. Onun bu yanaşması, girovların taleyinin ön plana çəkildiyini göstərir.

“Haaretz” qəzetinin məlumatına əsasən, İsrail ordusu “mərhələli hücum planı”nı bu həftə ərzində Nazirlər Kabinetinə təqdim etməyə hazırlaşır. Yeni plan çərçivəsində, əvvəllər hərbi müdaxilədən yayınan bölgələr – xüsusilə dəfələrlə köçkün vəziyyətinə düşmüş fələstinlilərin sığındığı yerlər – hədəf alınacaq.

Qeyd edək ki, İsrailin 7 oktyabr 2023-cü ildən bəri davam edən hücumları nəticəsində Qəzzada dağıntılar və insan itkiləri hər gün artır. İsrailin intensiv bombardmanları blokadanı daha da gücləndirdi və mülki əhalinin qida, su və dərman kimi əsas ehtiyacları əldə etməsini demək olar ki, qeyri-mümkün edib.

Birləşmiş Millətlər Təşkilatının və beynəlxalq hüquqi qurumların xəbərdarlıqlarına baxmayaraq, İsrailin amansız hücumları Qəzzada əksəriyyəti uşaq və qadın olmaqla ən azı 60 839 fələstinlinin ölümü, 149 588 nəfərin yaralanması ilə nəticələnib.

Məqalədə: #Qəzza #İsrail #Benyamin Netanyahu #Qəzza zolağı #İsrail ordusu #İsrailə qarşı boykotlar #Qəzza hücumu #İsrailin təhlükəsizlik siyasəti #Qəzzanın yenidən qurulması #Qəzza müharibəsi #İsrail cinayətləri #İsrail hücumları #Qəzza blokadası #Humanitar fəlakət Qəzza #Uşaq ölümü Qəzza #Qəzzada humanitar böhran #Qəzzanın işğalı #Qəzzanın bərpası 2025 #İsrail və Qəzza münaqişəsi

Mövzu üzrə digər xəbərlər

İraq Fransadan qaçaqların və oğurlanmış dövlət vəsaitlərinin qaytarılmasını istəyib
İraq

İraq Fransadan qaçaqların və oğurlanmış dövlət vəsaitlərinin qaytarılmasını istəyib

11:11
Suriyada yanacağın bahalaşmasına qarşı etirazlar ikinci gündür davam edir
Suriya

Suriyada yanacağın bahalaşmasına qarşı etirazlar ikinci gündür davam edir

10:59
Rusiyanın hərbi təchizat karvanı Tartus limanına çatıb
Suriya

Rusiyanın hərbi təchizat karvanı Tartus limanına çatıb

10:39
İraq beynəlxalq kredit reytinqini yüksəltmək istəyir
İraq

İraq beynəlxalq kredit reytinqini yüksəltmək istəyir

10:21

Son Xəbərlər

Türkiyənin yeni hava qalxanı sınaqdan keçdi: "Pars Scout 8x8" üzərində "Burç" sistemi
Türkiyənin yeni hava qalxanı sınaqdan keçdi: "Pars Scout 8x8" üzərində "Burç" sistemi
10:50
Rusiyanın hərbi təchizat karvanı Tartus limanına çatıb
Rusiyanın hərbi təchizat karvanı Tartus limanına çatıb
10:39
İraq beynəlxalq kredit reytinqini yüksəltmək istəyir
İraq beynəlxalq kredit reytinqini yüksəltmək istəyir
10:21
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.