6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Yaxın Şərq
Yaxın Şərq

Qəzzada son sutka ərzində beş nəfər aclıqdan həyatını itirib

Qəzza zolağında son 24 saat ərzində ikisi uşaq olmaqla beş nəfər aclıq və qidalanma çatışmazlığı nəticəsində həyatını itirib. Beləliklə qidalanma çatışmazlığı səbəbindən ölənlərin ümumi sayı 100-ü uşaq olmaqla 217 nəfərə yüksəlib. Bu barədə Fələstin Səhiyyə Nazirliyi məlumat yayıb.

10 Avqust 2025 12:48
Qəzzada son sutka ərzində beş nəfər aclıqdan həyatını itirib

BAKI, AzerVoice, Səməd Əyyubov

Qəzza zolağında son 24 saat ərzində ikisi uşaq olmaqla beş nəfər aclıq və qidalanma çatışmazlığı nəticəsində həyatını itirib. Beləliklə qidalanma çatışmazlığı səbəbindən ölənlərin ümumi sayı 100-ü uşaq olmaqla 217 nəfərə yüksəlib.

AzerVoice xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyi məlumat yayıb.

Digər tərəfdən Nuseyrat düşərgəsindəki Əl-Avda Xəstəxanası bildirib ki, İsrail qüvvələrinin Qəzzanın mərkəzində, Vadi Qəzza bölgəsinin cənubunda yardım paylama nöqtəsi yaxınlığında toplaşan insanlara hücumu nəticəsində 3 nəfər ölü, 3 nəfər yaralı olaraq xəstəxanaya çatdırılıb.

Mühasirə altındakı bölgənin Mülki Müdafiə Xidməti isə şənbə günü Qəzzanın müxtəlif yerlərində İsrail ordusunun atəşi nəticəsində azı 37 nəfərin öldüyünü açıqlayıb. Onlardan 30-u yardım gözləyən sakinlər idi.

Həmçinin bildirilib ki, Rəfahın şimal-qərbindəki Şakux və Tinə bölgələrində, həmçinin Xan Yunusun cənubundakı Moraq istiqamətində yardım məntəqələri yaxınlığında İsrail atəşi nəticəsində 12 nəfər həlak olub.

Qeyd edək ki, təxminən 2,4 milyon əhalisi olan Qəzza zolağında ərzaq, su və tibbi xidmətlərdə ciddi qıtlıq yaşanır. Mart ayının əvvəlindən sərhəd-keçid məntəqələrinin bağlanması humanitar yardımların girişini məhdudlaşdırıb.

BMT-nin Fələstinli Qaçqınlara Yardım və İş Agentliyi (UNRWA) mart–iyun ayları arasında beş yaşdan kiçik uşaqlar arasında qidalanma çatışmazlığı hallarının iki dəfə artdığını bildirib. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) isə Qəzza şəhərində hər beş uşaqdan birinin kəskin qidalanma çatışmazlığından əziyyət çəkdiyini vurğulayıb.

Təxminən iki həftə əvvəl 100-dən çox beynəlxalq qeyri-hökumət təşkilatı, o cümlədən “Sərhədsiz Həkimlər”, “Amnesty International”, “Oxfam International” və “Həkimlər Dünyası” kimi qurumlar Qəzzada “kütləvi aclıq” riskinin artması barədə xəbərdarlıq ediblər.

Qəzzadakı müharibə 2023-cü il oktyabrın 7-də HƏMAS-ın İsrailin cənubuna hücumu ilə başlayıb. İsrail isə həmin vaxtdan Qəzzada hərbi əməliyyatlar aparır, nəticədə 61 369-dan çox fələstinli, əksəriyyəti mülki əhali olmaqla, həlak olub. BMT bu rəqəmləri etibarlı hesab edir.

Məqalədə: #Qəzza #İsrail #Fələstin #Qəzza zolağı #HƏMAS #Fələstin Səhiyyə Nazirliyi #İsrail ordusu #Qəzza hücumu #Qəzza münaqişəsi #Qəzza müharibəsi #Qəzza blokadası #Humanitar fəlakət Qəzza #Uşaq ölümü Qəzza #Qəzzada humanitar böhran #Qəzzanın işğalı

Mövzu üzrə digər xəbərlər

İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
Livan

İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub

5 Sentyabr 22:32
ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib
Digər Dövlətlər

ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib

5 Sentyabr 21:45
İsrail Livanın cənubunda iki bölgəyə zərbələr endirib
Livan

İsrail Livanın cənubunda iki bölgəyə zərbələr endirib

5 Sentyabr 21:43
Qəzza şəhərinin Zeytun məhəlləsində dağıntılar altından 106 insan qalığı çıxarılıb
Yaxın Şərq

Qəzza şəhərinin Zeytun məhəlləsində dağıntılar altından 106 insan qalığı çıxarılıb

5 Sentyabr 21:41

Son Xəbərlər

Hava piratlığı, hərbi basqınlar və diplomatik masalar: 6 sentyabrda nələr dəyişdi?
Hava piratlığı, hərbi basqınlar və diplomatik masalar: 6 sentyabrda nələr dəyişdi?
00:10
Tarixdə bu gün - 6 Sentyabr
Tarixdə bu gün - 6 Sentyabr
00:01
İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
5 Sentyabr 22:32
“OpenAI” gözlənilməz süni intellekt davranışları barədə xəbərdarlıq edib
“OpenAI” gözlənilməz süni intellekt davranışları barədə xəbərdarlıq edib
5 Sentyabr 22:21
Berlində haker hücumundan sonra böhran tədbirləri başladılıb
Berlində haker hücumundan sonra böhran tədbirləri başladılıb
5 Sentyabr 22:14
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.