15 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Yaxın Şərq
Yaxın Şərq

İsrail ordusuna Qəzza şəhərinin məhv edilməsi tapşırılıb

İsrailin Təhlükəsizlik Kabineti ordunun Qəzza zolağında HƏMAS-ın qalan iki əsas mövqeyini – Qəzza şəhərini və zolağın mərkəzindəki qaçqın düşərgələrini məhv etməsinə göstəriş verib. Bu barədə İsrailin baş naziri Benyamin Netanyahu mətbuat konfransında bildirib.

10 Avqust 2025 19:24
İsrail ordusuna Qəzza şəhərinin məhv edilməsi tapşırılıb

BAKI, AzerVoice, Səməd Əyyubov

İsrailin Təhlükəsizlik Kabineti ordunun Qəzza zolağında HƏMAS-ın qalan iki əsas mövqeyini – Qəzza şəhərini və zolağın mərkəzindəki qaçqın düşərgələrini məhv etməsinə göstəriş verib.

AzerVoice xəbər verir ki, bu barədə İsrailin baş naziri Benyamin Netanyahu mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, HƏMAS-ın hazırda yalnız iki dayaq nöqtəsi qalıb: Qəzza şəhəri və mərkəzi qaçqın düşərgələri. Netanyahu bildirib ki, avqustun 8-də Təhlükəsizlik Kabineti ordunun bu mövqeləri tamamilə məhv etməsinə qərar verib.

“Yalan bəyanatlara baxmayaraq, bu, müharibəni bitirməyin ən düzgün və ən sürətli yoludur,” – deyə Netanyahu vurğulayıb.

Baş nazir əlavə edib ki, İsrail ordusu bu iki mövqeyi darmadağın edəcək, lakin əvvəlcə mülki əhaliyə döyüş bölgələrini təhlükəsiz şəkildə tərk edərək müəyyən olunmuş təhlükəsiz zonalara keçmək imkanı veriləcək. Onun sözlərinə görə, həmin zonalarda insanlara kifayət qədər humanitar və tibbi yardım göstəriləcək. Netanyahu qeyd edib ki, “bütün müharibə ərzində İsrailin siyasəti humanitar böhranın qarşısını almaq olub, HƏMAS-ın siyasəti isə onu yaratmaqdan ibarət olub.”

Xatırladaq ki, bu həftənin əvvəlində İsrailin hərbi-siyasi kabineti baş nazir Netanyahunun Qəzza şəhərinin bütün ərazisinə nəzarəti ələ keçirmək və əməliyyatları anklavda genişləndirmək planını təsdiqləyib.

Məqalədə: #Qəzza #İsrail #Qəzza zolağı #Nazirlər Kabineti #İsrail ordusu #Qəzza hücumu #Qəzza münaqişəsi #Qəzzanın yenidən qurulması #Qəzza müharibəsi #Qəzza blokadası #Humanitar fəlakət Qəzza #Uşaq ölümü Qəzza #Misirin Qəzza siyasəti #Ərəb dövlətləri və Qəzza #Qəzzada humanitar böhran #Qəzzanın işğalı #Qəzza sakinlərinin köçü

Mövzu üzrə digər xəbərlər

İƏT və Suriya insan hüquqları üzrə əməkdaşlığı genişləndirir
Suriya

İƏT və Suriya insan hüquqları üzrə əməkdaşlığı genişləndirir

15:18
İordaniya və BƏƏ Həcc əməkdaşlığını gücləndirir
İordaniya

İordaniya və BƏƏ Həcc əməkdaşlığını gücləndirir

15:08
İraq parlamentindən demokratiya çağırışı
İraq

İraq parlamentindən demokratiya çağırışı

13:40
İordaniya və NATO birgə təlimə hazırlaşır
İordaniya

İordaniya və NATO birgə təlimə hazırlaşır

13:17

Son Xəbərlər

Kəşmirdə internet 100 gündən çoxdur məhdudlaşdırılıb
Kəşmirdə internet 100 gündən çoxdur məhdudlaşdırılıb
15:27
İƏT və Suriya insan hüquqları üzrə əməkdaşlığı genişləndirir
İƏT və Suriya insan hüquqları üzrə əməkdaşlığı genişləndirir
15:18
İordaniya və BƏƏ Həcc əməkdaşlığını gücləndirir
İordaniya və BƏƏ Həcc əməkdaşlığını gücləndirir
15:08
Stalin dövrünün dəhşətli eksperimenti: "Artıq insanlar" planı
Stalin dövrünün dəhşətli eksperimenti: "Artıq insanlar" planı
15:00
Məhəmməd bin Salman əs-Sisi ilə Misirdə görüşəcək
Məhəmməd bin Salman əs-Sisi ilə Misirdə görüşəcək
14:59
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.