9 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Yaxın Şərq
Yaxın Şərq

Mossad rəhbəri Qəzzada atəşkəslə bağlı danışıqları bərpa etmək üçün Qətərə səfər edib

İsrailin “Mossad” kəşfiyyat xidmətinin rəhbəri David Barnea Qətərdə Qəzzada atəşkəs danışıqlarını bərpa etmək məqsədilə səfərdədir.

14 Avqust 2025 18:06
Mossad rəhbəri Qəzzada atəşkəslə bağlı danışıqları bərpa etmək üçün Qətərə səfər edib

BAKI, AzerVoice, Səməd Əyyubov

İsrailin “Mossad” kəşfiyyat xidmətinin rəhbəri David Barnea Qətərdə Qəzzada atəşkəs danışıqlarını bərpa etmək məqsədilə səfərdədir.

AzerVoice xəbər verir ki, eyni zamanda, İsrailin maliyyə naziri, radikal sağçı siyasətçi Betsalel Smotriç, uzun müddətdir təxirə salınan və icrası halında İordan çayının qərb sahilini iki hissəyə böləcək, onu Şərqi Qüdsdən ayıracaq məskunlaşma layihəsinə start veriləcəyini açıqlayıb. Nazirliyin bəyanatında bu addımın Fələstin dövlətinin yaradılması ideyasını ortadan qaldıracağı vurğulanıb.

Qeyd edək ki, Baş nazir Binyamin Netanyahunun “E1” adlanan və illərdir dondurulmuş bu layihənin yenidən gündəmə gətirilməsinə dəstək verib-vermədiyi hələlik məlum deyil. Fələstin tərəfi və beynəlxalq ictimaiyyət planın Qərb sahilini iki yerə böləcəyini bildirərək ona qarşı çıxıb. İsrail isə 2012-ci ildən etibarən ABŞ, Avropa ölkələri və digər beynəlxalq tərəfdaşların etirazları səbəbindən bu tikinti işlərini dayandırmışdı.

Bununla yanaşı, İsrail Qərb sahilində məskunlaşmaları genişləndirmək niyyətini də bəyan edib. Hüquq müdafiə təşkilatları isə bunun gələcəkdə coğrafi baxımdan vahid və yaşayışa yararlı Fələstin dövlətinin qurulmasına ciddi maneə yaradacağı barədə xəbərdarlıq ediblər.

Məqalədə: #Qəzza #İsrail #Fələstin #Qəzza zolağı #Qətər #MOSSAD #atəşkəs #Qəzza hücumu #Qəzza münaqişəsi #Qəzza müharibəsi #Qəzza blokadası #Humanitar fəlakət Qəzza #Uşaq ölümü Qəzza #Qəzzada humanitar böhran #Qəzzanın işğalı #danışıqlar

Mövzu üzrə digər xəbərlər

Norveç Qaçqınlar Şurası İsrailin Livana hücumlarını dayandırmağa çağırıb
Livan

Norveç Qaçqınlar Şurası İsrailin Livana hücumlarını dayandırmağa çağırıb

18:35
İraq sularında 2 milyon barel neft daşıyan tanker hücuma məruz qalıb
İraq

İraq sularında 2 milyon barel neft daşıyan tanker hücuma məruz qalıb

18:20
Yəmən ordusundan genişmiqyaslı hücum - Qərbi Taiz və Qərb sahilində ağır toqquşmalar
Yəmən

Yəmən ordusundan genişmiqyaslı hücum - Qərbi Taiz və Qərb sahilində ağır toqquşmalar

14:45
Kərbəlaya xüsusi diqqət yetirilməyə vacibdi-Nizar Amidi
İraq

Kərbəlaya xüsusi diqqət yetirilməyə vacibdi-Nizar Amidi

12:45

Son Xəbərlər

Norveç Qaçqınlar Şurası İsrailin Livana hücumlarını dayandırmağa çağırıb
Norveç Qaçqınlar Şurası İsrailin Livana hücumlarını dayandırmağa çağırıb
18:35
ABŞ İrana qarşı müharibəni həm hərbi, həm də iqtisadi tədbirlərlə davam etdirəcək
ABŞ İrana qarşı müharibəni həm hərbi, həm də iqtisadi tədbirlərlə davam etdirəcək
18:29
İran həm danışıqlara, həm də cavab zərbələrinə hazır olduğunu açıqlayıb
İran həm danışıqlara, həm də cavab zərbələrinə hazır olduğunu açıqlayıb
18:25
İraq sularında 2 milyon barel neft daşıyan tanker hücuma məruz qalıb
İraq sularında 2 milyon barel neft daşıyan tanker hücuma məruz qalıb
18:20
Səudiyyə Ərəbistanı İranın İordaniyaya hücumlarını pisləyib
Səudiyyə Ərəbistanı İranın İordaniyaya hücumlarını pisləyib
18:15
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.