15 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Yaxın Şərq
Yaxın Şərq

Suriyanın birliyinə hərbi yolla nail olmaq qəbuledilməzdir - Şəraa

Suriyanın prezidenti Əhməd əş-Şəraa bəyan edib ki, ölkənin birliyinə hərbi yolla nail olmaq qəbuledilməzdir. Onun sözlərinə görə, Suriya artıq uzunmüddətli müharibədən yorulub və birliyin yalnız qarşılıqlı razılaşma ilə təmin olunması mümkündür.

17 Avqust 2025 14:28
Suriyanın birliyinə hərbi yolla nail olmaq qəbuledilməzdir - Şəraa

BAKI, AzerVoice, Səməd Əyyubov

Suriyanın prezidenti Əhməd əş-Şəraa bəyan edib ki, ölkənin birliyinə hərbi yolla nail olmaq qəbuledilməzdir.

AzerVoice xəbər verir ki, dövlət başçısının sözlərinə görə, Suriya artıq uzunmüddətli müharibədən yorulub və birliyin yalnız qarşılıqlı razılaşmalar yolu ilə təmin olunması mümkündür.

Şəraa vurğulayıb ki, bəzi qüvvələr ölkəni parçalamaq niyyətindədir, lakin buna imkan verilməyəcək. Onun sözlərinə görə, müəyyən qruplar İsrail və digər regional güclərin dəstəyi ilə hakimiyyəti ələ keçirməyə çalışır, lakin bu cəhdlər nəticəsiz qalacaq.

Prezident, iyul ayında cənubdakı Süveyda vilayətində baş verən qarşıdurmalar zamanı cinayətlərin yalnız silahlı dəstələr tərəfindən deyil, həm də təhlükəsizlik qüvvələri və hərbçilər tərəfindən törədildiyini etiraf edib. O, məsul şəxslərin dövlət tərəfindən cəzalandırılacağını bildirib.

Şəraa həmçinin İsraili Süveyda hadisələrinə müdaxilə etməkdə və Suriyanı zəiflətməyə çalışmaqda ittiham edib.

O, əlavə edib ki, Dəməşq martın 10-da əldə olunmuş razılaşmaya əsasən şimal və şimal-şərqdəki kürd qüvvələri ilə danışıqları davam etdirir. Razılaşmaya görə, kürd dəstələrinin Suriya ordusuna inteqrasiyası nəzərdə tutulsa da, hələlik konkret addımlar atılmayıb.

Şəraa bildirib ki, kürdlər idarəetmədə mərkəzləşmənin ləğvini tələb edirlər, lakin Dəməşq bu mövqeyi qəbul etmir.

Xatırladaq ki, 13 iyul tarixində Suriyanın Suveyda vilayətində ərəb qəbilələrinin döyüşçüləri ilə druz dəstələri arasında qarşıdurmalar baş verib. İyulun 15-də Suriya ordusu vilayətin inzibati mərkəzinə daxil olaraq, bölgədə sabitliyi təmin etmək üçün əməliyyatlara başlayıb. Ardınca İsrail, druz əhalisini qorumaq məqsədi ilə Suriyanın hərbi kolonlarını hədəfə almağa başladığını bəyan edərək hava hücumları həyata keçirməyə başlayıb.

16 iyul tarixində İsrail Hərbi Hava Qüvvələri Dəməşq və onun ətrafındakı bir sıra strateji obyektlərə, o cümlədən Suriya ordusunun Baş Qərargah kompleksinə, Əbu-Rummana rayonundakı Prezident Sarayına və paytaxtın qərbində yerləşən Mezze hərbi hava bazasına hava zərbələri endirib. Bu zərbələr nəticəsində Suriya təhlükəsizlik qüvvələrinin beş əməkdaşı həlak olub.

Məlumat üçün bildirək ki, druzlar – Suriya, Livan, İsrail və İordaniyada yaşayan, ərəb dilli və dini baxımdan özünəməxsus etnokonfessional qrupdur. Suriyada təxminən 700 min druz yaşayır ki, bu da kürdlər və ələvilərdən sonra ölkədəki üçüncü ən böyük dini-etnik azlıqdır.

Məqalədə: #İsrail #Suriya #İsrail ordusu #Druz #Suriyalı druzlar və İsrailin mövqeyi #Druz icması #druzlar #Suveyda Üsyanı #Suriya hökumətində druz və əlavi təmsilçiləri varmı? #İsrailin Suriya daxilində druz və kürdlərlə əlaqələri #Suriyanın ərazi bütövlüyü #Druzların qorunması bəhanəsi #Suveyda hadisələri #Suriya ordusu və druz icması #İsrail druz siyasəti #Suveyda idarəetmə modeli #Druzların İsrailə münasibəti #Suriyada druz liderləri #Qənavat druz icması #Süveyda druzlar #Suriya druzlarının siyasi mövqeyi #İsrail və druz siyasəti #Suriyada druzların bölünməsi #İsrailin Süveyda müdaxiləsi #Süveyda #Druz dağı #Druz Hərbi Şurası #Suveyda döyüşləri #Druzların siyasi mövqeyi #Druz muxtariyyəti təşəbbüsü #İsrailin Dəməşqə hava hücumları və druz icmasına dəstək bəhanəsi

Mövzu üzrə digər xəbərlər

İordaniya və Çin Əqəbədə yaşıl hidrogen layihəsi üzrə memorandum imzalayıb
İordaniya

İordaniya və Çin Əqəbədə yaşıl hidrogen layihəsi üzrə memorandum imzalayıb

14 Sentyabr 22:07
Suriya BAEA ilə 15 illik nüvə dosyesinin bağlandığını açıqlayıb
Suriya

Suriya BAEA ilə 15 illik nüvə dosyesinin bağlandığını açıqlayıb

14 Sentyabr 21:33
İordaniya 2030-cu ildə xristian dünyası üçün mühüm yubiley keçirəcək
İordaniya

İordaniya 2030-cu ildə xristian dünyası üçün mühüm yubiley keçirəcək

14 Sentyabr 21:26
İraq qonşulara qarşı hücum meydanına çevrilməyəcək - Baş Nazir
İraq

İraq qonşulara qarşı hücum meydanına çevrilməyəcək - Baş Nazir

14 Sentyabr 20:56

Son Xəbərlər

Bəhreynin turizm sektoru yeni tərəfdaşlıqlar axtarışındadır
Bəhreynin turizm sektoru yeni tərəfdaşlıqlar axtarışındadır
09:09
Bakının Qafqaz İslam Ordusu tərəfindən azad olunmasından 108 il ötür
Bakının Qafqaz İslam Ordusu tərəfindən azad olunmasından 108 il ötür
09:02
Bu gün Məhəmməd Əli üçüncü dəfə dünya çempionu oldu
Bu gün Məhəmməd Əli üçüncü dəfə dünya çempionu oldu
09:00
Husi terroru nəticəsində daha 13 səudiyyəli yaralanıb
Husi terroru nəticəsində daha 13 səudiyyəli yaralanıb
07:45
Osmanlı qarnizonunun süqutundan Paris paktına -15 sentyabrda ərəb əlkələrində nələr baş verdi
Osmanlı qarnizonunun süqutundan Paris paktına -15 sentyabrda ərəb əlkələrində nələr baş verdi
00:10
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.