13 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Yaxın Şərq
Yaxın Şərq

İsrailin hücumuna məruz qalmış Nasser xəstəxanasında Səudiyyə tərəfindən böyük layihə

Səudiyyə Ərəbistanı humanitar qurumu “Kral Salman Humanitar Yardım və Xeyriyyə Mərkəzi” Qəzza zolağının cənubunda, Xan Yunisdə yerləşən Nasser Tibb Kompleksində mühüm layihə həyata keçirib. Layihə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ilə əməkdaşlıq çərçivəsində reallaşdırılıb. Yeni layihə çərçivəsində ən yüksək standartlara cavab verən tibbi anbar yaradılıb və ora böyük həcmdə əsas tibbi ləvazimat göndərilərək müxtəlif şöbələrə paylanıb. Bundan başqa, böyrək çatışmazlığından əziyyət çəkən və mütəmadi dializ müalicəsinə ehtiyacı olan xəstələr üçün kompleksdəki dializ şöbəsi ən müasir avadanlıq və tibbi cihazlarla təchiz olunub. Bu addım həm xəstələrin həyatına ümid bəxş edib, həm də kompleksin müasir müalicə xidmətləri göstərmək imkanlarını əhəmiyyətli dərəcədə artırıb.

31 Avqust 2025 22:12
İsrailin hücumuna məruz qalmış Nasser xəstəxanasında Səudiyyə tərəfindən böyük layihə

BAKI, AzerVoice, Səməd Əyyubov

Səudiyyə Ərəbistanı humanitar qurumu “Kral Salman Humanitar Yardım və Xeyriyyə Mərkəzi” Qəzza zolağının cənubunda, Xan Yunisdə yerləşən Nasser Tibb Kompleksində mühüm layihə həyata keçirib.

AzerVoice xəbər verir ki,layihə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ilə əməkdaşlıq çərçivəsində reallaşdırılıb.

Yeni layihə çərçivəsində ən yüksək standartlara cavab verən tibbi anbar yaradılıb və ora böyük həcmdə əsas tibbi ləvazimat göndərilərək müxtəlif şöbələrə paylanıb. Bundan başqa, böyrək çatışmazlığından əziyyət çəkən və mütəmadi dializ müalicəsinə ehtiyacı olan xəstələr üçün kompleksdəki dializ şöbəsi ən müasir avadanlıq və tibbi cihazlarla təchiz olunub. Bu addım həm xəstələrin həyatına ümid bəxş edib, həm də kompleksin müasir müalicə xidmətləri göstərmək imkanlarını əhəmiyyətli dərəcədə artırıb.

Kompleksin direktoru doktor Atif əl-Hut Səudiyyə Ərəbistanına, xüsusilə “Kral Salman Humanitar Yardım Mərkəzi”nə dəstəyə görə təşəkkür edib. Onun sözlərinə görə, bu təşəbbüs səhiyyə xidmətlərinin yaxşılaşdırılmasına və davamlılığının təmin edilməsinə mühüm töhfə verir. Əl-Hut həmçinin yeni tibbi anbarın səmərəliliyi artıracağını, dializ şöbəsinin isə xəstələrin həyat keyfiyyətinə müsbət təsir göstərəcəyini vurğulayıb.

Layihə Səudiyyə Ərəbistanının Fələstin xalqına böhran və çətinliklərdə dəstək göstərmək, səhiyyə sektorunda dərman və tibbi ləvazimat çatışmazlığını aradan qaldırmaq məqsədilə həyata keçirdiyi humanitar təşəbbüslərin bir hissəsidir.

Qeyd edək ki, Nasser Tibb Kompleksi hazırda bölgənin cənubunda bütün şöbələri ilə fəaliyyət göstərən yeganə tibbi müəssisədir. Kompleks əsasən məcburi köçkünlərdən ibarət təxminən 730 min insana xidmət göstərir. Ətrafdakı digər xəstəxanalar isə imkan baxımından daha məhdud xidmətlər təklif edir.

Məqalədə: #Qəzza #Qəzza zolağı #Səudiyyə Ərəbistanı #Qəzza hücumu #Qəzza münaqişəsi #Qəzzanın yenidən qurulması #Qəzza müharibəsi #Qəzza blokadası #xəstəxana #Nasser xəstəxanası #Nasser Xəstəxanasına edilən İsrail hücumu #Kral Salman Humanitar Yardım və Xeyriyyə Mərkəzi

Mövzu üzrə digər xəbərlər

İordaniya Kralı II Abdullah BƏƏ-yə səfər edib
BƏƏ

İordaniya Kralı II Abdullah BƏƏ-yə səfər edib

18:43
İraq İran sərhədi yaxınlığında PUA buraxılış qurğuları aşkarlayıb
İraq

İraq İran sərhədi yaxınlığında PUA buraxılış qurğuları aşkarlayıb

18:03
Hakan Fidan Suriyaya səfərə gedib
Suriya

Hakan Fidan Suriyaya səfərə gedib

14:59
İraq PUA hücumundan sonra İranla sərhəd keçidlərini yenidən açır
İraq

İraq PUA hücumundan sonra İranla sərhəd keçidlərini yenidən açır

13:16

Son Xəbərlər

İordaniya Kralı II Abdullah BƏƏ-yə səfər edib
İordaniya Kralı II Abdullah BƏƏ-yə səfər edib
18:43
Səudiyyə Ərəbistanında erkən islama aid 60-dan çox kitabə aşkarlandı (FOTO)
Səudiyyə Ərəbistanında erkən islama aid 60-dan çox kitabə aşkarlandı (FOTO)
18:36
İran yük gəmisi Hörmüz boğazında hücuma məruz qalıb - 1 ölüb
İran yük gəmisi Hörmüz boğazında hücuma məruz qalıb - 1 ölüb
18:27
İraq İran sərhədi yaxınlığında PUA buraxılış qurğuları aşkarlayıb
İraq İran sərhədi yaxınlığında PUA buraxılış qurğuları aşkarlayıb
18:03
Osmanlı salnamələrində Əmir Teymur - Qəddar hökmdar, yoxsa ilahi cəzanın vasitəçisi?
Osmanlı salnamələrində Əmir Teymur - Qəddar hökmdar, yoxsa ilahi cəzanın vasitəçisi?
18:00
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.