14 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Yaxın Şərq
Yaxın Şərq

Qəzzada aclıqdan ölənlərin sayı 367 nəfərə çatıb

İsrailin hücumları və blokadası səbəbiylə aclığın yaşandığı Qəzzada aclıqdan ölənlərin sayı son 24 saatda 6 nəfər artaraq 131-i uşaq olmaqla 367-yə çatıb. Bu barədə Qəzzadakı Fələstin Səhiyyə Nazirliyi yazılı açıqlama yayıb. Bildirilib ki, bölgədə uzun müddətdir davam edən ərzaq çatışmazlığı və yardım qıtlığı nəticəsində ölüm halları kritik həddə çatıb. Açıqlamaya görə, 2023-cü il 7 oktyabrdan bu günədək Qəzzada aclıqdan ölənlərin ümumi sayı 367 nəfərə yüksəlib. Onlardan 131-i uşaqlardır. Beynəlxalq ictimaiyyətin diqqətini çəkən bu vəziyyətlə bağlı Birləşmiş Millətlər Təşkilatının (BMT) dəstəklədiyi Qida Təhlükəsizliyi Mərhələ Təsnifatı (IPC) tərəfindən yayımlanan son hesabatda, 15 avqust 2025 tarixindən etibarən Qəzzada aclığın ən yüksək – fəlakət səviyyəsi olan 5-ci mərhələyə çatdığı sübutlarla təsdiqlənib.

3 Sentyabr 2025 11:20
Qəzzada aclıqdan ölənlərin sayı 367 nəfərə çatıb

BAKI, AzerVoice, Nailə Babazadə

İsrailin hücumları və blokadası səbəbiylə aclığın yaşandığı Qəzzada aclıqdan ölənlərin sayı son 24 saatda 6 nəfər artaraq 131-i uşaq olmaqla 367-yə çatıb.

AzerVoice xəbər verir ki, bu barədə Qəzzadakı Fələstin Səhiyyə Nazirliyi yazılı açıqlama yayıb. Bildirilib ki, bölgədə uzun müddətdir davam edən ərzaq çatışmazlığı və yardım qıtlığı nəticəsində ölüm halları kritik həddə çatıb.

Açıqlamaya görə, 2023-cü il 7 oktyabrdan bu günədək Qəzzada aclıqdan ölənlərin ümumi sayı 367 nəfərə yüksəlib. Onlardan 131-i uşaqlardır.

Beynəlxalq ictimaiyyətin diqqətini çəkən bu vəziyyətlə bağlı Birləşmiş Millətlər Təşkilatının (BMT) dəstəklədiyi Qida Təhlükəsizliyi Mərhələ Təsnifatı (IPC) tərəfindən yayımlanan son hesabatda, 15 avqust 2025 tarixindən etibarən Qəzzada aclığın ən yüksək – fəlakət səviyyəsi olan 5-ci mərhələyə çatdığı sübutlarla təsdiqlənib.

İsrailin hücumları və humanitar yardımın qarşısını alan sərt blokadası altında olan Qəzza zolağı, aclığın yayıldığı, su, dərman, tibbi ləvazimat və gigiyenik məhsulların tapılmadığı insani fəlakət yaşamaqdadır.

Əsasən uşaqlar olmaqla, Qəzzədə aclıq səbəbilə ölüm halları artır. Yerli və beynəlxalq qurumlar İsrailin aclığı və susuzluğu “silah” kimi istifadə etdiyini bildirirlər.

Mülki infrastrukturun 88 faizini dağıdan İsrail ordusu, sürgün əmrləri ilə yerindən etdiyi fələstinliləri tez-tez sığındıqları bölgələrdə hədəfə alır.

Təxminən 2,3 milyon əhalisi olan Qəzzədə, İsrailin hücumları və məcburi köçürmələri nəticəsində 2 milyon insan yerindən edilib, bir çoxu dəfələrlə məcburi köçürülüb.

Ən əsas ehtiyaclardan məhrum şəkildə yerindən edilən fələstinlilər, çürük çadır düşərgələrində, həddindən artıq sıxlıq olan, gigiyena vasitələrinin çatışmadığı, tualetlərin belə yetərsiz olduğu, yoluxucu xəstəliklərin yayıldığı məktəblərdə sağ qalmağa çalışırlar.

İsrail ordusu isə gündəlik həyata keçirdiyi hücumlarla bu çadırları və mülki yaşayış məntəqələrini bombalayır.

Məqalədə: #Qəzza #Qəzza zolağı #aclıq #humanitar yardım #humanitar böhran #Qəzza hücumu #Qəzza münaqişəsi #Qəzzanın yenidən qurulması #Qəzza müharibəsi #Humanitar fəlakət Qəzza #Uşaq ölümü Qəzza #Qəzzanın işğalı #Qəzza sakinlərinin köçü #Humanitar yardım təşəbbüsləri #BMT-nin Qəzza hesabatı #Fələstin humanitar yardımı #Qəzzanın yenidənqurma xərcləri #Qəzzada müharibədən sonrakı vəziyyət #Qəzza böhranı və Qərbin mövqeyi #Susuzluq və aclıq #Qəzzada aclıq və səfalət #Humanitar yardımların siyasi alət kimi istifadəsi #Qəzzada aclıq və resurs çatışmazlığı #uşaqlar aclıqdan ölür #Qəzzədə aclıq

Mövzu üzrə digər xəbərlər

İordaniya və Misir misirli işçilərin vəziyyətini müzakirə edib
Misir

İordaniya və Misir misirli işçilərin vəziyyətini müzakirə edib

13 Sentyabr 19:43
İraq və İran Səudiyyə Ərəbistanına hücumu müzakirə edib
İran

İraq və İran Səudiyyə Ərəbistanına hücumu müzakirə edib

13 Sentyabr 19:40
İordaniya Kralı II Abdullah BƏƏ-yə səfər edib
BƏƏ

İordaniya Kralı II Abdullah BƏƏ-yə səfər edib

13 Sentyabr 18:43
İraq İran sərhədi yaxınlığında PUA buraxılış qurğuları aşkarlayıb
İraq

İraq İran sərhədi yaxınlığında PUA buraxılış qurğuları aşkarlayıb

13 Sentyabr 18:03

Son Xəbərlər

Bakı və Ər-Riyad arasında strateji körpü - Qarabağdan yaşıl enerjiyə uzanan böyük müttəfiqlik
Bakı və Ər-Riyad arasında strateji körpü - Qarabağdan yaşıl enerjiyə uzanan böyük müttəfiqlik
09:00
Yuxuda köstəbək görmək
Yuxuda köstəbək görmək
08:00
Səudiyyə Ərəbistanı ilk milli avtomobil brendini sentyabrın 21-də təqdim edəcək
Səudiyyə Ərəbistanı ilk milli avtomobil brendini sentyabrın 21-də təqdim edəcək
07:56
İslamabad Ər-Riyadla tam həmrəyliyini bəyan etdi
İslamabad Ər-Riyadla tam həmrəyliyini bəyan etdi
07:26
Siyasi sui-qəsdlərdən səhra cəbhələrinə - 14 sentyabrda ərəb dünyasının güc balansını dəyişən 20 tarixi fakt
Siyasi sui-qəsdlərdən səhra cəbhələrinə - 14 sentyabrda ərəb dünyasının güc balansını dəyişən 20 tarixi fakt
02:00
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.