15 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Yaxın Şərq
Yaxın Şərq

Netanyahu Qəzzaya dair aydın plan təqdim etməyib - İsrail Baş Qərargah rəisi

İsrail ordusunun Baş Qərargah rəisi, general Eyal Zamir, “Knesset”də çıxışı zamanı Baş nazir Benyamin Netanyahudan Qəzzadakı əməliyyatların növbəti mərhələsi ilə bağlı heç bir aydın göstəriş almadığını bildirib. Onun sözləri, ordunun Qəzzaya hücumlarını genişləndirməyə hazırlaşdığı bir vaxtda, İsrail ordusunun hazırlıq vəziyyətinə dair narahatlıqları artırıb.

15 Sentyabr 2025 12:13
Netanyahu Qəzzaya dair aydın plan təqdim etməyib - İsrail Baş Qərargah rəisi

BAKI, AzerVoice, Nailə Babazadə

İsrail ordusunun Baş Qərargah rəisi, general Eyal Zamir, “Knesset”də çıxışı zamanı Baş nazir Benyamin Netanyahudan Qəzzadakı əməliyyatların növbəti mərhələsi ilə bağlı heç bir aydın göstəriş almadığını bildirib.

AzerVoice xəbər verir ki,onun sözləri, ordunun Qəzzaya hücumlarını genişləndirməyə hazırlaşdığı bir vaxtda, İsrail ordusunun hazırlıq vəziyyətinə dair narahatlıqları artırıb.

“Yediot Aharonot” qəzetinin məlumatına görə, Zamir “Knesset”in Xarici İşlər və Müdafiə Komitəsinin ən gizli struktur vahidlərindən biri olan kəşfiyyat üzrə alt komitəsinə qapalı iclasda məlumat verib. O, millət vəkillərinə “Baş nazir bizə növbəti addımlar barədə heç nə demir. Nəyə hazırlaşmalı olduğumuzu bilmirik. Əgər hərbi hökumət istəyirlərsə, açıq şəkildə deməlidirlər.” - deyə qeyd edib.

Zamir həmçinin ABŞ tərəfindən maliyyələşdirilən və Qəzzada fəaliyyət göstərən Humanitar Yardım Fondunun ərzaq və yardım paylanmasını da kəskin tənqid edib. O, proqramı “uğursuz” adlandıraraq, dörd mərkəzlə işləməyin effektiv olmadığını, buna baxmayaraq mərkəzlərin sayının 12-yə çatdırılmasının izahsız olduğunu qeyd edib.

General, əhalinin təxliyəsindən sonra belə, beynəlxalq hüquqa uyğun olaraq Qəzzaya humanitar yardımların daxil olmağa davam edəcəyini vurğulayıb. Bununla yanaşı, o, xəbərdarlıq edib ki, fərqli siyasi qərar qəbul edilməzsə, əməliyyatların nəticəsi İsrail qüvvələrinin Qəzzanın mərkəzi qaçqın düşərgələrinə girməsi olacaq. Bu isə geniş ərazilərin hərbi idarəetmə altına keçməsi deməkdir – Zamirin sözlərinə görə, ordunun arzulamadığı bir ssenaridir.

Məqalədə: #Qəzza #İsrail #Qəzza zolağı #Qəzza hücumu #Qəzza böhranı və ərəb mövqeyi #Qəzza münaqişəsi #Trampın Qəzza planı #Qəzzanın yenidən qurulması #Qəzza müharibəsi #Qəzza blokadası #Humanitar fəlakət Qəzza #Ərəb dövlətləri və Qəzza #Qəzzada humanitar böhran #Qəzzanın işğalı #Eyal Zamir

Mövzu üzrə digər xəbərlər

İraq bir ixrac dəhlizindən asılı qala bilməz - Əli əz-Zeydi
İraq

İraq bir ixrac dəhlizindən asılı qala bilməz - Əli əz-Zeydi

21:16
Qəzzada müharibə nəticəsində ölənlərin sayı 73 min 789-a çatıb
Fələstin

Qəzzada müharibə nəticəsində ölənlərin sayı 73 min 789-a çatıb

20:48
İsraillə danışıqların məqsədi müharibəni bitirməkdir - Nəvaf Salam
Livan

İsraillə danışıqların məqsədi müharibəni bitirməkdir - Nəvaf Salam

20:28
Əhməd əş-Şaraa Dubayda ərəb mediasının rəhbərləri ilə görüşüb
Suriya

Əhməd əş-Şaraa Dubayda ərəb mediasının rəhbərləri ilə görüşüb

20:24

Son Xəbərlər

İraq bir ixrac dəhlizindən asılı qala bilməz - Əli əz-Zeydi
İraq bir ixrac dəhlizindən asılı qala bilməz - Əli əz-Zeydi
21:16
Böyük Britaniya Səudiyyə Ərəbistanı və Yəmən hökumətinə dəstəyini bildirib
Böyük Britaniya Səudiyyə Ərəbistanı və Yəmən hökumətinə dəstəyini bildirib
21:13
Səudiyyə Ərəbistanının Şərq-Qərb neft kəməri bir neçə günə fəaliyyətini bərpa edəcək - ABŞ
Səudiyyə Ərəbistanının Şərq-Qərb neft kəməri bir neçə günə fəaliyyətini bərpa edəcək - ABŞ
21:11
Qəzzada müharibə nəticəsində ölənlərin sayı 73 min 789-a çatıb
Qəzzada müharibə nəticəsində ölənlərin sayı 73 min 789-a çatıb
20:48
BƏƏ-Suriya münasibətləri dostluq və qardaşlığa əsaslanır - Məhəmməd bin Rəşid
BƏƏ-Suriya münasibətləri dostluq və qardaşlığa əsaslanır - Məhəmməd bin Rəşid
20:44
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.