İran hakimiyyətinin devrilməsi İsrailin növbəti əsas vəzifəsidir - Netanyahu
Benyamin Netanyahu İran hakimiyyətinin devrilməsini İsrailin qarşısında duran növbəti əsas vəzifə adlandırıb. O, bu məqsədə çatmağın mümkün olduğunu iddia edib. Netanyahu açıqlamanı İsrail ordusunun yüksək vəzifəli rəhbərləri ilə görüşdə verib. İsrailin Baş naziri İran hakimiyyətinin əvvəlkindən daha zəif vəziyyətdə olduğunu bildirib. Onun fikrincə, Tehran hakimiyyəti hazırda mövcudluğunu qorumaq uğrunda mübarizə aparır. İsrail mətbuatında İran hakimiyyətinin devrilməsi üçün şərait yaradılmasının son aylarda əsas məqsədlərdən biri olduğu bildirilir. Açıqlama ABŞ ilə İran arasında hərbi və iqtisadi qarşıdurmanın davam etdiyi bir dövrdə səsləndirilib. Netanyahunun bəyanatı İsrailin İranla bağlı siyasi məqsədlərinin daha da genişləndiyini göstərir.
Səhra komandirləri hədəfdə - İsrail Qəzzada sui-qəsdləri niyə artırır?
İsrail ordusunun Qəzza zolağında Fələstin qruplarının silahlı qanadlarının səhra komandirləri və aparıcı üzvlərinə qarşı sui-qəsd əməliyyatlarını artırdığı bildirilir. Hücumlarla yanaşı, “Sarı xətt” ətrafında mülki şəxslərə qarşı zərbələrin də intensivləşdiyi qeyd olunur.
Boş xəzinə ordunun döyüş hazırlığına zərbə vurur - Eyal Zamir
İsrail ordusunun Baş Qərargah rəisi Eyal Zamir ordunun maliyyə çatışmazlığı ilə üzləşdiyini bildirib. Onun sözlərinə görə, “boş xəzinə” hərbi qüvvələrin hazırlıq səviyyəsinə mənfi təsir göstərir. Zamir İsrail ordusunun hazırda müxtəlif istiqamətlərdə yüksək hazırlıq vəziyyətində olduğunu vurğulayıb. O, hərbi əməliyyatlarla yanaşı büdcə uğrunda da mübarizə aparıldığını bildirib. İsrail ordusunun rəhbəri mövcud maliyyə vəziyyətinin davam etməsinin hərbi hazırlığa zərər vuracağı barədə xəbərdarlıq edib. Ordunun İran, Livan, Qəzza və İordan çayının qərb sahili istiqamətlərində hazırlıq vəziyyətini qoruduğu bildirilir. İsraildə müdafiə xərclərinin artırılması ilə bağlı müzakirələr son dövrdə daha da güclənib. Ordunun təcili ehtiyaclarının ödənilməsi üçün əlavə maliyyə ayrılması məsələsi də gündəmdədir.
İstənilən cəbhədə müharibənin davamına hazırıq - Eyal Zamir
İsrail ordusunun Baş Qərargah rəisi Eyal Zamir ordunun bütün cəbhələrdə hərbi əməliyyatların davamına hazır olduğunu bildirib. O, Livan istiqamətində zərurət yaranarsa, İsrail qüvvələrinin daha dərinə irəliləyəcəyini deyib. İsrail atəşkəsə baxmayaraq Cənubi Livanda bəzi mövqelərdə qalmaqda davam edir. Paralel olaraq, "Hizbullah"ın tərksilahı və İsrail qoşunlarının çıxarılması ilə bağlı danışıqlar aparılır. Livan tərəfi Zamirin bəyanatına hələlik münasibət bildirməyib.
Ordu tam hazırlıq vəziyyətindədir - Eyal Zamir
İsrail ordusunun Baş Qərargah rəisi Eyal Zamir hərbi qüvvələrin İran və Livan istiqamətində yüksək hazırlıq vəziyyətində olduğunu açıqlayıb. O bildirib ki, yüzlərlə hava qüvvələri vasitəsi və on minlərlə hərbçi mümkün əməliyyatlara hazır saxlanılır. Zamir İsrailin bölgədəki hadisələri izlədiyini və ölkəyə qarşı hər hansı təhdidə cavab verəcəyini vurğulayıb.
İsrail Baş Qərargahından sərt mesaj: Məhdudiyyət tanımayacağıq
İsrail ordusunun Baş Qərargah rəisi Eyal Zamir Hizbullaha qarşı həyata keçirilən əməliyyatların coğrafi məhdudiyyətlərlə məhdudlaşmayacağını bəyan edib. O, İsrailin təşkilata “misli görünməmiş zərər” vurduğunu iddia edərək, təhlükənin mövcud olduğu bütün istiqamətlərdə əməliyyatların davam etdiriləcəyini bildirib. Zamir həmçinin müharibənin başlanğıcından bəri minlərlə Hizbullah döyüşçüsünün öldürüldüyünü irəli sürüb və təşkilatın pilotsuz uçuş aparatlarının yaratdığı təhlükəyə baxmayaraq, İsrail ordusunun vəziyyətə nəzarət edə bildiyini vurğulayıb.
Netanyahu təhlükəsizlik müşavirəsi keçirdi: Livanda yeni əməliyyatlar başlayır?
İsrailin siyasi və hərbi rəhbərliyi regionda artan təhlükəsizlik gərginliyi fonunda yeni müşavirə keçirib. Baş nazir Benyamin Netanyahu müdafiə və hərbi rəhbərliklə təhlükəsizlik məsələlərini müzakirə edib. Görüşün Livanda mümkün genişmiqyaslı hərbi əməliyyatlarla bağlı ehtimalların gücləndiyi bir dövrə təsadüf etməsi diqqət çəkir. Son günlər İsrailin Livanın cənubu və Bəqaa vadisində hava və hərbi əməliyyatlarının intensivləşməsi regionda vəziyyətin daha da mürəkkəbləşə biləcəyi ilə bağlı narahatlıqları artırıb. Analitiklər hesab edirlər ki, sərhəd boyunca davam edən qarşılıqlı hərbi fəaliyyətlər yeni təhlükəsizlik ssenarilərini gündəmə gətirə bilər.
İsrail Müdafiə qüvvələri qəfil hücumlara qarşı təlimlər keçirib
İsrail Müdafiə Qüvvələrinin Baş Qərargah rəisi Eyal Zamir bildirib ki, qəfil hücumlara qarşı yüksək hazırlıq vacibdir. “Broil and Fire” adlı təlimdə hərbçilər genişmiqyaslı terror hücumlarına qarşı fəaliyyət göstərməyi məşq edib, sərhədlərin və bölgə sakinlərinin qorunması əsas prioritetdir. Ehtiyat qüvvələr də gecə səfərbər olunub.
İsrail ordusu bütün cəbhələrdə döyüşə hazırdır – Baş Qərargah rəisi
İsrail ordusu regionda gərginliyin davam etdiyi şəraitdə yüksək döyüş hazırlığını qoruyur. Eyal Zamir İsrailin “Müstəqillik Günü” münasibətilə keçirilən tədbirdə çıxışı zamanı bildirib ki, ölkə ordusu bütün cəbhələrdə dərhal və güclü döyüşə qayıtmağa hazırdır.
İsraildə hərbi xidmətin müddəti uzadılır
İsrailin Baş naziri Benyamin Netanyahu orduda yaranmış kadr çatışmazlığı səbəbindən məcburi hərbi xidmət müddətinin uzadılmasının gündəmə gətiriləcəyini açıqlayıb. Netanyahu qeyd edib ki, yəhudilər üçün müqəddəs sayılan Pesah (Həmdənsiz çörək bayramı) bayramından sonra məcburi hərbi xidmətlə bağlı yeni qanun layihəsi və xidmət müddətinin artırılması məsələsi müzakirəyə çıxarılacaq.
İsrail Baş Qərargah rəisi: 2026-cı il İsrailin təhlükəsizliyi üçün “həlledici il” olacaq
İsrail ordusunun Baş Qərargah rəisi Eyal Zamir 2026-cı ili ölkənin təhlükəsizliyi baxımından “həlledici il” adlandıraraq, İsrailin Fələstinin “HƏMAS” hərəkatını tərksilah etmək niyyətində qətiyyətli olduğunu bəyan edib.
İsrail ordusu 7 oktyabr hücumuna görə bir neçə generalı vəzifədən uzaqlaşdırıb
İsrail ordusu 2023-cü il 7 oktyabrda HƏMAS tərəfindən həyata keçirilən, ölkə tarixinin ən ağır hücumu sayılan basqının qarşısının alınmamasına görə bir neçə yüksək rütbəli zabiti cəzalandırıb.