6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Yaxın Şərq
Yaxın Şərq

İsrail Baş Qərargah rəisi: 2026-cı il İsrailin təhlükəsizliyi üçün “həlledici il” olacaq

İsrail ordusunun Baş Qərargah rəisi Eyal Zamir 2026-cı ili ölkənin təhlükəsizliyi baxımından “həlledici il” adlandıraraq, İsrailin Fələstinin “HƏMAS” hərəkatını tərksilah etmək niyyətində qətiyyətli olduğunu bəyan edib.

1 Yanvar 2026 16:44
İsrail Baş Qərargah rəisi: 2026-cı il İsrailin təhlükəsizliyi üçün “həlledici il” olacaq

BAKI, AzerVoice

İsrail ordusunun Baş Qərargah rəisi Eyal Zamir 2026-cı ili ölkənin təhlükəsizliyi baxımından “həlledici il” adlandıraraq, İsrailin Fələstinin “HƏMAS” hərəkatını tərksilah etmək niyyətində qətiyyətli olduğunu bəyan edib.

AzerVoice xəbər verir ki, Agence France-Presse agentliyinin məlumatına görə, Zamir bu açıqlamanı Qəzza zolağına səfəri zamanı hərbçilər qarşısında çıxış edərkən verib. Onun sözlərinə görə, 2026-cı il İsrail üçün təhlükəsizlik reallığının formalaşdırılması baxımından mühüm mərhələ olacaq.

“Biz ‘HƏMAS’ və digər terror təşkilatlarını tərksilah etməkdə tam qərarlıyıq. ‘HƏMAS’ın yenidən hərbi imkanlarını bərpa etməsinə və bizə təhdid yaratmasına imkan verməyəcəyik”, – deyə Zamir vurğulayıb.

Qeyd edək ki, bu açıqlama İsrailin Baş naziri Benyamin Netanyahu ilə ABŞ Prezidenti Donald Tramp arasında Floridada keçirilən görüşdən bir neçə gün sonra səsləndirilib. Həmin görüşdə də “HƏMAS”ın tərksilah olunması məsələsi gündəmə gətirilmişdi.

İsrail ordusunun rəsmi nümayəndəsi Aviçay Adraee sosial şəbəkə platforması “X”də (keçmiş Twitter) bildirib ki, Baş Qərargah rəisi Eyal Zamir cənub Qəzza bölgəsində yerində baxış keçirib. Səfərdə Cənub Hərbi Dairəsinin komandanı general-mayor Yaniv Assur, 143-cü diviziyanın komandanı briqada generalı Barak Xiram, “Qolani” briqadasının, 188-ci zirehli briqadanın və digər hərbi birləşmələrin komandirləri iştirak edib.

Zamir həmçinin qeyd edib ki, 2025-ci ildə İsrail ordusu misli görünməmiş hərbi nailiyyətlər əldə edib. Onun sözlərinə görə, “HƏMAS”ın əsas döyüş bölmələri məhv edilib, 7 oktyabr hadisələrindən sonra mövcud olan təhlükə aradan qaldırılıb və girov götürülən şəxslərin sağ qalanları evlərinə qaytarılıb.

Baş Qərargah rəisi İsrail ordusunun Qəzzada saxlanılan son girovun – köməkçi zabit Ran Qviliyin cəsədinin geri qaytarılması istiqamətində də səylərini davam etdirdiyini bildirib

Məlumata görə, “HƏMAS” ilə İsrail arasında əldə olunan atəşkəs razılaşmasının ikinci mərhələsi İsrail qüvvələrinin Qəzza zolağından çıxarılmasını və “HƏMAS”ın silahları təhvil verməsini nəzərdə tutur. Bu məsələ hələ də razılaşmanın ən mürəkkəb və açıq qalan məqamlarından biri olaraq qalır.

Razılaşmaya əsasən, növbəti mərhələdə Qəzza sektorunun müvəqqəti administrasiya tərəfindən idarə olunması və beynəlxalq sabitlik qüvvələrinin bölgəyə yerləşdirilməsi planlaşdırılır. İsrail tərəfi isə ikinci mərhələ üzrə danışıqlara başlamazdan əvvəl son girovun cəsədinin geri qaytarılmasını gözləyir.

Məqalədə: #İsrail #Benyamin Netanyahu #Fələstin #Qəzza zolağı #ABŞ #Donald Tramp #HƏMAS #Eyal Zamir #Aviçay Adraee

Mövzu üzrə digər xəbərlər

İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
Livan

İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub

5 Sentyabr 22:32
İran ABŞ hərbi gəmilərinə qarşı hücumların gücləndiriləcəyi barədə xəbərdarlıq edib
İran

İran ABŞ hərbi gəmilərinə qarşı hücumların gücləndiriləcəyi barədə xəbərdarlıq edib

5 Sentyabr 22:09
ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib
Digər Dövlətlər

ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib

5 Sentyabr 21:45
İsrail Livanın cənubunda iki bölgəyə zərbələr endirib
Livan

İsrail Livanın cənubunda iki bölgəyə zərbələr endirib

5 Sentyabr 21:43

Son Xəbərlər

Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Hərbi Dəniz Qüvvələrində olublar (FOTO)
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Hərbi Dəniz Qüvvələrində olublar (FOTO)
15:34
Oktyabr seçkiləri öncəsi qələbə axtarışı - Netanyahunun Əli ət-Tahir planı nədir?
Oktyabr seçkiləri öncəsi qələbə axtarışı - Netanyahunun Əli ət-Tahir planı nədir?
15:00
Qətərdə məktəblərdə məcburi yoxlamalar başlayır - uşaqların inkişafı erkən yaşdan izlənəcək
Qətərdə məktəblərdə məcburi yoxlamalar başlayır - uşaqların inkişafı erkən yaşdan izlənəcək
14:53
Əl-Racihi Bank 600 milyon dollarlıq sosial sukuk emissiyasını tamamlayıb
Əl-Racihi Bank 600 milyon dollarlıq sosial sukuk emissiyasını tamamlayıb
14:23
Misirdə tanınmış televiziya aparıcısı və prodüseru Sara Xəlifəyə edam hökmü çıxarılıb
Misirdə tanınmış televiziya aparıcısı və prodüseru Sara Xəlifəyə edam hökmü çıxarılıb
13:56
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.