7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Yaxın Şərq
Yaxın Şərq

Fələstin dövlətinin tanınması fonunda İsrail ordusu bütün bölgələrdə hərəkətə keçib

İsrail ordusu İvrit təqviminə görə yeni ilin başlanğıcı sayılan Roş Aşana bayramı münasibətilə 22–23 sentyabr tarixlərində ölkənin bütün bölgələrində yerləşən hərbi birləşmələrin gücləndirildiyini açıqlayıb. Ordunun yaydığı rəsmi bəyanatda qeyd olunub ki, vəziyyətin qiymətləndirilməsindən sonra müxtəlif bölgələrdə həm müdafiə, həm də hücum məqsədilə birliklər yüksək hazırlıq vəziyyətinə gətirilib və əlavə qüvvələrlə gücləndirilib.

22 Sentyabr 2025 16:30
Fələstin dövlətinin tanınması fonunda İsrail ordusu bütün bölgələrdə hərəkətə keçib

BAKI, AzerVoice, Nailə Babazadə

İsrail ordusu İvrit təqviminə görə yeni ilin başlanğıcı sayılan Roş Aşana bayramı münasibətilə 22–23 sentyabr tarixlərində ölkənin bütün bölgələrində yerləşən hərbi birləşmələrin gücləndirildiyini açıqlayıb.

AzerVoice xəbər verir ki, ordunun yaydığı rəsmi bəyanatda qeyd olunub ki, vəziyyətin qiymətləndirilməsindən sonra müxtəlif bölgələrdə həm müdafiə, həm də hücum məqsədilə birliklər yüksək hazırlıq vəziyyətinə gətirilib və əlavə qüvvələrlə gücləndirilib.

Bu qərar, Qəzza zolağında 65 mindən çox fələstinlinin ölümünə səbəb olan və beynəlxalq aləmdə ciddi tənqidlərə yol açan İsrail hücumlarının yaratdığı siyasi təzyiqlərin artdığı bir dövrə təsadüf edir. Məhz bu təzyiqlərin nəticəsində bir sıra ölkələr, o cümlədən Böyük Britaniya, Kanada, Avstraliya və Portuqaliya Fələstin dövlətini rəsmi şəkildə tanıdıqlarını bəyan ediblər.

İsrailin dövlət televiziyası KAN, ordunun bu addımını gerginliyin artması ehtimalı ilə, xüsusilə də işğal altındakı İordan çayının qərb sahilində (Qərbi Şəriə) yerləşən birliklərin gücləndirilməsi kimi şərh edib.

Tel-Əviv rəhbərliyi qərara sərt reaksiya verib. Sağçı nazirlər işğal altındakı Qərbi Şəriənin ilhaqını tələb ediblər. Baş nazir Benyamin Netanyahu isə İsrailin bu bölgədəki qanunsuz yəhudi yaşayış məntəqələrinin sayını ikiqat artırdığını və Fələstin dövlətinin tanınması ilə bağlı qərarlara ABŞ səfərindən qayıtdıqdan sonra cavab veriləcəyini bildirib.

Məqalədə: #İsrail #İsrail XİN #İsrail ordusu #İsrail zabitləri #İsrailin təhlükəsizlik siyasəti #İsrail və Fələstin münaqişəsi 2025 #Fələstin-İsrail münaqişəsi #Fələstin-İsrail iki dövlətli həll #İsrail Fələstin müharibəsi

Mövzu üzrə digər xəbərlər

İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
Livan

İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub

5 Sentyabr 22:32
ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib
Digər Dövlətlər

ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib

5 Sentyabr 21:45
İsrail Livanın cənubunda iki bölgəyə zərbələr endirib
Livan

İsrail Livanın cənubunda iki bölgəyə zərbələr endirib

5 Sentyabr 21:43
Qəzza şəhərinin Zeytun məhəlləsində dağıntılar altından 106 insan qalığı çıxarılıb
Yaxın Şərq

Qəzza şəhərinin Zeytun məhəlləsində dağıntılar altından 106 insan qalığı çıxarılıb

5 Sentyabr 21:41

Son Xəbərlər

Ford İraqda yeni rəsmi distribyutor təyin edib
Ford İraqda yeni rəsmi distribyutor təyin edib
16:04
İraqda məzhəbçi çağırış edənlər həbs ediləcək
İraqda məzhəbçi çağırış edənlər həbs ediləcək
15:58
Səudiyyə Ərəbistanı Yəməndə 863 mina və partlayıcı qurğunu zərərsizləşdirib
Səudiyyə Ərəbistanı Yəməndə 863 mina və partlayıcı qurğunu zərərsizləşdirib
15:55
"44" bədii filminin premyerasının vaxtı məlum olub
"44" bədii filminin premyerasının vaxtı məlum olub
15:47
Səudiyyə Ərəbistanı Əl-Xəfci şəhərində yeni sahil layihəsi həyata keçirəcək
Səudiyyə Ərəbistanı Əl-Xəfci şəhərində yeni sahil layihəsi həyata keçirəcək
15:34
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.