15 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Yaxın Şərq
Yaxın Şərq

İsrail fələstinlilərə məxsus 7,5 milyon dolları israilli ailələrə paylayıb

Nəşrin yazdığına görə, Qüdsdəki İcra Ofisi son günlərdə 25 milyon yeni şekeli (təxminən 7,54 milyon dollar) məbləğində vəsaiti, hücumlarda öldürülən və yaralananların ailələrini təmsil edən vəkillərin hesablarına köçürüb. Bu, İsrail Maliyyə Nazirliyində Fələstin Administrasiyasına məxsus vəsaitlər üzərinə qoyulan həbs qərarı əsasında həyata keçirilib.

5 Oktyabr 2025 20:26
İsrail fələstinlilərə məxsus 7,5 milyon dolları israilli ailələrə paylayıb

BAKI,AzerVoice

İsrail hökuməti Fələstin Vergi Fondundan (kompensasiyadan) 7,54 milyon dollar məbləğində vəsaiti fələstinlilər tərəfindən həyata keçirilən hücumlarda həlak olan israillilərin ailələrinə yönəldib. Bu barədə bazar günü İsrailin Maariv qəzeti məlumat yayıb.

Nəşrin yazdığına görə, Qüdsdəki İcra Ofisi son günlərdə 25 milyon yeni şekeli (təxminən 7,54 milyon dollar) məbləğində vəsaiti, hücumlarda öldürülən və yaralananların ailələrini təmsil edən vəkillərin hesablarına köçürüb. Bu, İsrail Maliyyə Nazirliyində Fələstin Administrasiyasına məxsus vəsaitlər üzərinə qoyulan həbs qərarı əsasında həyata keçirilib.

Qəzetin məlumatına görə, Ədliyyə Nazirliyinə tabe olan İcra və Yığım Xidməti məhkəmə qərarları ilə müəyyən edilmiş mülki və cəza təzminatlarının ödənilməsini təmin edir və bu ödənişlər guya “terrorizm qurbanlarının ailələri”nə yönəldilir.

Məlumatda qeyd olunur ki, uzunmüddətli həbsdə olan fələstinli məhkumlardan birbaşa vəsaitin yığılması çətin olduğuna görə, İsrail hakimiyyəti onların ailələrinə Fələstin hökuməti tərəfindən ödənilən maaş və müavinətləri “terrorla əlaqəli gəlir” kimi dondurur və müsadirə edir.

Maariv yazır ki, 2019-cu ildən etibarən 41 israilli ailə Qüds Mərkəzi Məhkəməsinin qərarı əsasında Fələstin Administrasiyasına qarşı mülki iddia qaldırıb və onlara müxtəlif hücumlarla bağlı kompensasiya ödənilməsi barədə hökm çıxarılıb.

Bu qərarın icrası çərçivəsində İsrailin əlində saxlanılan Fələstin vəsaitləri üzərinə həbs qoyulub. Hazırda ümumi borc məbləği 67 milyon 636 min şekel (təxminən 20,4 milyon dollar) təşkil edir.

Qəzetin məlumatına görə, son həftələrdə İsrailin Gömrük və ƏDV İdarəsində tutulan fələstinli vəsaitlərdən təxminən 23,7 milyon şekel (7,2 milyon dollar) müsadirə olunub.

“Maqasa” adlanan bu vergi sistemi - İsrailin Fələstin ərazisinə idxal edilən mallardan yığdığı və Fələstin hökumətinə köçürməli olduğu vergi gəlirlərini əhatə edir.

Lakin 2019-cu ildən bəri İsrail bu vəsaitlərin bir hissəsini müxtəlif bəhanələrlə öz xeyrinə kəsməyə başlayıb. Nəticədə Fələstin Administrasiyası ciddi maliyyə böhranı ilə üzləşib və artıq bir neçə aydır dövlət qulluqçularına maaşları tam şəkildə ödəyə bilmir.

7 oktyabr 2023-cü ildən - Qəzzada soyqırımın başlanmasından sonra - İsrail hökuməti Fələstin gəlirlərinin yalnız 30–35%-ni köçürür, qalan hissəni isə Qəzza zolağına ayrılan maaş və sosial xərclər adı ilə dayandırır.

Fələstin tərəfi sonuncu dəfə 2024-cü ilin iyul ayında, üç aylıq fasilədən sonra, may ayı üçün maaşları yalnız 60% səviyyəsində ödəyə bilib.

Dünya Bankının 2024-cü ilin fevral hesabatına əsasən, “maqasa” gəlirləri Fələstin Administrasiyasının ümumi gəlirlərinin üçdə ikisini təşkil edir.

Hökumətin aylıq əmək haqqı fondu 1 milyard şekel (təxminən 298 milyon dollar) həcmindədir və bu vəsait 245 min nəfərə - o cümlədən 144 min aktiv məmur və hərbçiyə, həmçinin təqaüdçülərə və sosial yardım alanlara ödənilir.

İsrailin baş naziri Binyamin Netanyahu və bir sıra nazirlər, xüsusilə də daxili təhlükəsizlik naziri İtamar Ben Qvir, dəfələrlə Fələstin Administrasiyasının “terror təşkilatı” olduğunu iddia edərək onun “tam məhv edilməsini” tələb ediblər.

Bu təzyiqlər fonunda İsrail ordusu və məskunlaşmış yəhudi kolonları Qərb sahilində hücumlarını artırıblar.

Rəsmi fələstinli mənbələrə görə, 1048 fələstinli həlak olub, 10 mindən çoxu yaralanıb, 19 min nəfərdən çoxu, o cümlədən 400 uşaq həbs edilib.

Bundan əlavə, 7 oktyabr 2023-cü ildən bəri İsrailin ABŞ-ın dəstəyi ilə həyata keçirdiyi Qəzza soyqırımı nəticəsində 67 min 74 fələstinli şəhid olub, 169 min 430 nəfər yaralanıb, onların çoxu uşaqlar və qadınlardır. Qəzzada aclıqdan 459 nəfər, o cümlədən 154 uşaq həyatını itirib.

Məqalədə: #Fələstin #Binyamin Netanyahu #İtamar Ben-Qvirin #İsrail cinayətləri #İtamar Ben Qvir #İsrail hökuməti #İtamar Ben-Qvir Kimdir? #Fələstin administrasiyası #Maariv #Fələstin Vergi Fondu #İsrail Maliyyə Nazirliyi #terrorizm qurbanlarının ailələr #terrorla əlaqəli gəlir #Qüds Mərkəzi Məhkəməsi #İsrailin Gömrük və ƏDV İdarəsi #Maqasa vergisi #İsrail terroru

Mövzu üzrə digər xəbərlər

İordaniya və Çin Əqəbədə yaşıl hidrogen layihəsi üzrə memorandum imzalayıb
İordaniya

İordaniya və Çin Əqəbədə yaşıl hidrogen layihəsi üzrə memorandum imzalayıb

14 Sentyabr 22:07
Suriya BAEA ilə 15 illik nüvə dosyesinin bağlandığını açıqlayıb
Suriya

Suriya BAEA ilə 15 illik nüvə dosyesinin bağlandığını açıqlayıb

14 Sentyabr 21:33
İordaniya 2030-cu ildə xristian dünyası üçün mühüm yubiley keçirəcək
İordaniya

İordaniya 2030-cu ildə xristian dünyası üçün mühüm yubiley keçirəcək

14 Sentyabr 21:26
İraq qonşulara qarşı hücum meydanına çevrilməyəcək - Baş Nazir
İraq

İraq qonşulara qarşı hücum meydanına çevrilməyəcək - Baş Nazir

14 Sentyabr 20:56

Son Xəbərlər

Osmanlı qarnizonunun süqutundan Paris paktına -15 sentyabrda ərəb əlkələrində nələr baş verdi
Osmanlı qarnizonunun süqutundan Paris paktına -15 sentyabrda ərəb əlkələrində nələr baş verdi
00:10
Tarixdə bu gün - 15 sentyabr
Tarixdə bu gün - 15 sentyabr
00:01
Skott Bessent İranla bağlı məlumat verənlərin mükafatlandırıla biləcəyini açıqlayıb
Skott Bessent İranla bağlı məlumat verənlərin mükafatlandırıla biləcəyini açıqlayıb
14 Sentyabr 22:34
İordaniya və Çin Əqəbədə yaşıl hidrogen layihəsi üzrə memorandum imzalayıb
İordaniya və Çin Əqəbədə yaşıl hidrogen layihəsi üzrə memorandum imzalayıb
14 Sentyabr 22:07
Anthropic maliyyə sektoru üçün yeni Claude alətini təqdim edib
Anthropic maliyyə sektoru üçün yeni Claude alətini təqdim edib
14 Sentyabr 21:57
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.