5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Yaxın Şərq
Yaxın Şərq

Parlament seçkilərinin təxirə salınması ilə bağlı narahatlıq yoxdur - İraq XİN

İraqın xarici işlər naziri Fuad Hüseyn ölkədə 11 noyabrda keçirilməsi planlaşdırılan parlament seçkilərinin təxirə salınacağına dair narahatlıqların əsassız olduğunu bildirib. Nazir vurğulayıb ki, İraq Seçki Komissiyası işini normal qaydada davam etdirir və artıq namizədlərin təbliğat kampaniyası başlayıb.

8 Oktyabr 2025 02:00
Parlament seçkilərinin təxirə salınması ilə bağlı narahatlıq yoxdur - İraq XİN

BAKI,AzerVoice

İraqın xarici işlər naziri Fuad Hüseyn ölkədə 11 noyabrda keçirilməsi planlaşdırılan parlament seçkilərinin təxirə salınacağına dair narahatlıqların əsassız olduğunu bildirib. Nazir vurğulayıb ki, İraq Seçki Komissiyası işini normal qaydada davam etdirir və artıq namizədlərin təbliğat kampaniyası başlayıb.

“Hazırda seçkilərin təxirə salınması ilə bağlı daxili səviyyədə heç bir narahatlıq yoxdur. Komissiya fəaliyyətini qaydasında aparır, seçki prosesi plan üzrə gedir.”-deyə Fuad Hüseyn İraq xəbər agentliyinə açıqlamasında bildirib.

Nazir əlavə edib ki, bölgədə böyükmiqyaslı regional münaqişə riski barədə müəyyən narahatlıqlar var, lakin bunların seçki prosesinə təsir edəcək səviyyədə olmadığını qeyd edib.

“Bəzi dairələr mümkün müharibə və ya regional qarşıdurmanın seçkilərə təsir göstərə biləcəyini düşünür. Lakin hazırkı qiymətləndirmələr bu təhlükənin real olmadığını göstərir.”-deyə Hüseyn qeyd edib.

Fuad Hüseyn həmçinin vurğulayıb ki, İraqda demokratik proses sabit şəkildə davam edir və ölkə artıq altıncı demokratik parlament seçkilərinə hazırlaşır.

Sədr hərəkatının seçkiləri boykotu

Digər tərəfdən, şiə milli cərəyanının lideri Müqtəda əs-Sədr bir daha hərəkatının seçkiləri boykot edəcəyini təsdiqləyib.
O, “Sərəya əs-Səlam” hərəkatından bir məsul şəxsin iki üzvün seçkilərə qatılması ilə bağlı sualına cavabında bildirib ki:“Onlar bizdən deyillər… onlar dünya mənfəəti axtaranlardır.”

Sədr tərəfdarlarını xəbərdar edərək bildirib ki, bəzi namizədlər onun və ya “Sədr Hərəkatı”nın adından istifadə edərək təbliğat aparmağa cəhd göstərə bilər.

“Bəzi namizədlər bizimlə əlaqələri olduğunu iddia edirlər, bəziləri yaxınlıq göstərir, bəziləri isə proqramlarını bizim tələblərimizə uyğun kimi təqdim edir. Lakin bunların heç biri həqiqətə uyğun deyil.”-deyə əs-Sədr bildirib.

Məqalədə: #Fuad Hüseyn #Müqtəda Sədr #Müqtəda əs-Sədr #Müqtəda əs-Sədrin yeni təlimatları #İraq parlament seçkiləri #Müqtəda əs-Sədr seçkilərdən niyə çəkildi? #Müqtəda əs-Sədrin seçki boykotu nə deməkdir? #Müqtəda əs-Sədrin İranla münasibətləri #Həşd əş-Şaabi İraqda nə rol oynayır? #İraqda Həşd üzvlərinin sayı nə qədərdir? #İraq parlamenti Həşd haqqında hansı qanunu qəbul edib? #Müqtəda əs-Sədr seçkilər #Müqtəda Sədr seçki qərarı #İraqda şiə siyasi parçalanması #Müqtəda əs-Sədr hərəkatı

Mövzu üzrə digər xəbərlər

İraq İran müharibəsinin nəticələrini ABŞ nümayəndəsi ilə müzakirə edib
İraq

İraq İran müharibəsinin nəticələrini ABŞ nümayəndəsi ilə müzakirə edib

3 Sentyabr 19:33
İraq Bağdadda pilotsuz uçuş aparatlarının hazırlanması cəhdinin qarşısını alıb
İraq

İraq Bağdadda pilotsuz uçuş aparatlarının hazırlanması cəhdinin qarşısını alıb

28 Avqust 21:05
İraqda hansı qruplar silahları təhvil verməyib?
İraq

İraqda hansı qruplar silahları təhvil verməyib?

22 Avqust 16:00
Müqtada əs-Sədr İrana çağırış etdi-İraqı münaqişəyə çəkməyin
İraq

Müqtada əs-Sədr İrana çağırış etdi-İraqı münaqişəyə çəkməyin

29 İyul 13:24

Son Xəbərlər

İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
22:32
“OpenAI” gözlənilməz süni intellekt davranışları barədə xəbərdarlıq edib
“OpenAI” gözlənilməz süni intellekt davranışları barədə xəbərdarlıq edib
22:21
Berlində haker hücumundan sonra böhran tədbirləri başladılıb
Berlində haker hücumundan sonra böhran tədbirləri başladılıb
22:14
İran ABŞ hərbi gəmilərinə qarşı hücumların gücləndiriləcəyi barədə xəbərdarlıq edib
İran ABŞ hərbi gəmilərinə qarşı hücumların gücləndiriləcəyi barədə xəbərdarlıq edib
22:09
ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib
ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib
21:45
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.