13 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Yaxın Şərq
Yaxın Şərq

İsrail ordusunun atəşkəsdən sonra Qəzzaya hücumlarında 23 fələstinli həlak olub

Qəzza Səhiyyə Nazirliyi İsrail ordusunun atəşkəsin qüvvəyə minməsindən sonra da davam edən hücumları nəticəsində 23 fələstinlinin həlak olduğunu, 122 nəfərin isə yaralandığını açıqlayıb. Nazirliyin məlumatına görə, İsrail ordusunun atəşkəsə baxmayaraq həyata keçirdiyi hücumlarda 381 nəfər dağıntılar altından çıxarılıb. Qəzza zolağında hələ də minlərlə insanın dağıntılar altında qaldığı bildirilir.

16 Oktyabr 2025 17:52
İsrail ordusunun atəşkəsdən sonra Qəzzaya hücumlarında 23 fələstinli həlak olub

BAKI, AzerVoice, Nailə Babazadə

Qəzza Səhiyyə Nazirliyi İsrail ordusunun atəşkəsin qüvvəyə minməsindən sonra da davam edən hücumları nəticəsində 23 fələstinlinin həlak olduğunu, 122 nəfərin isə yaralandığını açıqlayıb.

AzerVoice xəbər verir ki, nazirliyin məlumatına görə, İsrail ordusunun atəşkəsə baxmayaraq həyata keçirdiyi hücumlarda 381 nəfər dağıntılar altından çıxarılıb. Qəzza zolağında hələ də minlərlə insanın dağıntılar altında qaldığı bildirilir.

Açıqlamada qeyd olunub ki, İsrailin 2023-cü ilin oktyabrında başladığı hücumlar nəticəsində ölənlərin ümumi sayı 67 min 967 nəfərə, yaralıların sayı isə 170 min 179 nəfərə çatıb.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp 9 oktyabrda Misirdə aparılan danışıqlarda İsrail və HƏMAS arasında atəşkəs planının ilk mərhələsinin razılaşdırıldığını açıqlamışdı. Razılaşma İsrail hökumətinin təsdiqi ilə 10 oktyabrda qüvvəyə minib və həmin gün saat 12:00-dan etibarən Qəzza zolağında atəşkəs elan olunub.

Lakin bölgədən gələn son məlumatlara əsasən, İsrail ordusu atəşkəsə baxmayaraq hücumlarını tam dayandırmayıb və Qəzzada mülki itkilər davam edir.

Məqalədə: #Qəzza #Qəzza zolağı #Qəzza hücumu #Qəzza böhranı və ərəb mövqeyi #Qəzza münaqişəsi #Qəzzanın yenidən qurulması #Qəzza müharibəsi #Qəzza blokadası #Humanitar fəlakət Qəzza #Uşaq ölümü Qəzza #Ərəb dövlətləri və Qəzza #Qəzzada humanitar böhran #Qəzzanın işğalı #Qəzza sakinlərinin köçü #İsrail və Qəzza münaqişəsi #İsrail Qəzza işğalı

Mövzu üzrə digər xəbərlər

İordaniya və Misir misirli işçilərin vəziyyətini müzakirə edib
Misir

İordaniya və Misir misirli işçilərin vəziyyətini müzakirə edib

19:43
İraq və İran Səudiyyə Ərəbistanına hücumu müzakirə edib
İran

İraq və İran Səudiyyə Ərəbistanına hücumu müzakirə edib

19:40
İordaniya Kralı II Abdullah BƏƏ-yə səfər edib
BƏƏ

İordaniya Kralı II Abdullah BƏƏ-yə səfər edib

18:43
İraq İran sərhədi yaxınlığında PUA buraxılış qurğuları aşkarlayıb
İraq

İraq İran sərhədi yaxınlığında PUA buraxılış qurğuları aşkarlayıb

18:03

Son Xəbərlər

Peyğəmbərin həyat və əxlaqından bəhs edən mötəbər əsər Azərbaycan dilində nəşr olunub
Peyğəmbərin həyat və əxlaqından bəhs edən mötəbər əsər Azərbaycan dilində nəşr olunub
21:23
Səudiyyə iqtisadiyyatında gərgin saatlar - Aparıcı səhmlərin qiyməti düşdü
Səudiyyə iqtisadiyyatında gərgin saatlar - Aparıcı səhmlərin qiyməti düşdü
20:06
Süni intellektin banisi Ceffri Hintondan bəşəriyyətə ciddi xəbərdarlıq
Süni intellektin banisi Ceffri Hintondan bəşəriyyətə ciddi xəbərdarlıq
19:51
İordaniya və Misir misirli işçilərin vəziyyətini müzakirə edib
İordaniya və Misir misirli işçilərin vəziyyətini müzakirə edib
19:43
İraq və İran Səudiyyə Ərəbistanına hücumu müzakirə edib
İraq və İran Səudiyyə Ərəbistanına hücumu müzakirə edib
19:40
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.