14 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Yaxın Şərq
Yaxın Şərq

Tramp HƏMAS rəhbərlərini günahsız sayır

ABŞ Prezidenti Donald Tramp bazar günü bildirib ki, İsrail ilə “HƏMAS” hərəkatı arasında elan olunan atəşkəs hələ də qüvvədədir. O, bu bəyanatı İsrailin “HƏMAS” mövqelərinə qarşı onlarla hava hücumu həyata keçirməsindən sonra verib. Tramp prezident təyyarəsində jurnalistlərə açıqlamasında “Atəşkəs qüvvədədir” deyərək, “HƏMAS” rəhbərliyinin bu pozuntulara birbaşa aidiyyəti olmadığını vurğulayıb və məsuliyyəti “hərəkat daxilindəki bəzi üsyançı qrupların” üzərinə atıb.

20 Oktyabr 2025 07:55
Tramp HƏMAS rəhbərlərini günahsız sayır

BAKI, AzerVoice

ABŞ Prezidenti Donald Tramp bazar günü bildirib ki, İsrail ilə “HƏMAS” hərəkatı arasında elan olunan atəşkəs hələ də qüvvədədir. O, bu bəyanatı İsrailin “HƏMAS” mövqelərinə qarşı onlarla hava hücumu həyata keçirməsindən sonra verib. Tramp prezident təyyarəsində jurnalistlərə açıqlamasında “Atəşkəs qüvvədədir” deyərək, “HƏMAS” rəhbərliyinin bu pozuntulara birbaşa aidiyyəti olmadığını vurğulayıb və məsuliyyəti “hərəkat daxilindəki bəzi üsyançı qrupların” üzərinə atıb.

“Hər halda, məsələ lazımi qaydada həll olunacaq. Qətiyyətlə, amma qaydasında.”-deyə o əlavə edib.

İsrail ordusu isə bu gün səhər saatlarında “HƏMAS”ın atəşkəsi pozduğunu əsas gətirərək Qəzzada əməliyyatları bərpa etdiyini açıqlamışdı.

Ordu məlumatında “HƏMAS” silahlılarının Qəzzanın cənubundakı Rəfah bölgəsində mühəndislik texnikalarına hücum etdikləri bildirilib. Cavab olaraq İsrail hava zərbələri və artilleriya atəşi həyata keçirib. “HƏMAS”ın hərbi qanadı olan “İzzəddin əl-Qəssam briqadaları” isə Rəfahda baş verən hadisələrdən xəbərsiz olduqlarını bəyan edib.

İsrailin müdafiə naziri İsrael Kats da gün ərzində açıqlama verərək, ordunun “HƏMAS” hədəflərinə qarşı “qətiyyətli şəkildə hərəkət etməsi” barədə göstəriş aldığını bildirib və hərəkatı “atəşkəsi pozduğu hər bir hadisə üçün ağır bədəl ödəyəcəyi” ilə hədələyib.

Məqalədə: #Donald Tramp #HƏMAS #HAMAS #HƏMAS və Hizbullah əlaqələri #İsrail və HƏMAS müharibəsi #Qətər–Hamas əlaqələri

Mövzu üzrə digər xəbərlər

İordaniya və Misir misirli işçilərin vəziyyətini müzakirə edib
Misir

İordaniya və Misir misirli işçilərin vəziyyətini müzakirə edib

13 Sentyabr 19:43
İraq və İran Səudiyyə Ərəbistanına hücumu müzakirə edib
İran

İraq və İran Səudiyyə Ərəbistanına hücumu müzakirə edib

13 Sentyabr 19:40
İordaniya Kralı II Abdullah BƏƏ-yə səfər edib
BƏƏ

İordaniya Kralı II Abdullah BƏƏ-yə səfər edib

13 Sentyabr 18:43
İraq İran sərhədi yaxınlığında PUA buraxılış qurğuları aşkarlayıb
İraq

İraq İran sərhədi yaxınlığında PUA buraxılış qurğuları aşkarlayıb

13 Sentyabr 18:03

Son Xəbərlər

Yuxuda köstəbək görmək
Yuxuda köstəbək görmək
08:00
Səudiyyə Ərəbistanı ilk milli avtomobil brendini sentyabrın 21-də təqdim edəcək
Səudiyyə Ərəbistanı ilk milli avtomobil brendini sentyabrın 21-də təqdim edəcək
07:56
İslamabad Ər-Riyadla tam həmrəyliyini bəyan etdi
İslamabad Ər-Riyadla tam həmrəyliyini bəyan etdi
07:26
Siyasi sui-qəsdlərdən səhra cəbhələrinə - 14 sentyabrda ərəb dünyasının güc balansını dəyişən 20 tarixi fakt
Siyasi sui-qəsdlərdən səhra cəbhələrinə - 14 sentyabrda ərəb dünyasının güc balansını dəyişən 20 tarixi fakt
02:00
Tarixdə bu gün - 14 sentyabr
Tarixdə bu gün - 14 sentyabr
00:01
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.