10 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Yaxın Şərq
Yaxın Şərq

BMT Təhlükəsizlik Şurası Suriya Prezidenti və daxili işlər nazirinə qarşı sanksiyaları ləğv edib

BMT Təhlükəsizlik Şurası Suriya Prezidenti Əhməd əş-Şəraaya qarşı tətbiq olunan sanksiyaları ləğv edib. Məlumata görə, o, bazar ertəsi günü Ağ Evdə ABŞ Prezidenti Donald Tramp ilə görüşəcək.

7 Noyabr 2025 06:58
BMT Təhlükəsizlik Şurası Suriya Prezidenti və daxili işlər nazirinə qarşı sanksiyaları ləğv edib

BAKI,AzerVoice

BMT Təhlükəsizlik Şurası Suriya Prezidenti Əhməd əş-Şəraaya qarşı tətbiq olunan sanksiyaları ləğv edib. Məlumata görə, o, bazar ertəsi günü Ağ Evdə ABŞ Prezidenti Donald Tramp ilə görüşəcək.

Cümə axşamı ABŞ tərəfindən hazırlanmış qətnamə həmçinin Suriya daxili işlər naziri Ənəs Xətaba qarşı sanksiyaların ləğvini nəzərdə tutur.

Qətnamə 14 dövlət tərəfindən dəstəklənib, Çin isə səsvermədən çəkinib.

Təhlükəsizlik Şurası qətnaməsində “Suriyanın suverenliyinə, müstəqilliyinə, ərazi bütövlüyünə və milli birliyinə tam hörmətlə yanaşmaq” öhdəliyini bir daha təsdiqləyib, həmçinin Suriyanın humanitar yardımın təhlükəsiz və maneəsiz şəkildə çatdırılmasına, terrorizmlə mübarizəyə dair öhdəliklərini alqışlayıb.

Sənəddə Suriyadan “xarici terrorçu döyüşçülərin” yaratdığı təhlükəyə qarşı mübarizə aparması, bütün suriyalıların insan hüquqlarını qoruması, narkotiklərlə mübarizə, ədalət və barışıq prosesini irəli aparması, kimyəvi silahların qalıqlarını tamamilə aradan qaldırması və suriyalıların rəhbərlik etdiyi hərtərəfli siyasi proses qurması tələb olunur.

ABŞ-ın BMT-dəki səfiri Mayk Volts qərarı alqışlayaraq bildirib: “Bu sənədin qəbul edilməsi ilə Şura güclü siyasi mesaj göndərdi - Suriya yeni bir mərhələyə qədəm qoyub.”

Çinin səfiri Fu Kunq isə səsvermədən çəkinib və Suriyada “xarici terrorçu döyüşçülərin” hələ də təhlükə mənbəyi olaraq “həssas təhlükəsizlik vəziyyətindən istifadə edə biləcəyindən” narahatlığını bildirib. O, həmçinin Təhlükəsizlik Şurasının vəziyyəti “tam şəkildə qiymətləndirmədiyinə” görə təəssüfünü ifadə edib.

Suriya Xarici İşlər Nazirliyi səsvermədən sonra ABŞ-a və dost ölkələrə “dəstəklərinə görə təşəkkürünü” bildirib.
XİN rəhbəri Əsəd əş-Şeybani “X” platformasında paylaşım edib.

“Suriya ABŞ-a və dost dövlətlərə ölkəmizə və xalqımıza verdikləri dəstəyə görə minnətdarlığını bildirir.” O əlavə edib ki, Suriya diplomatiyası “aktiv iştirakı və sabit addımlarla irəliləmək bacarığı ilə maneələri aradan qaldıraraq daha açıq və sabit gələcəyə doğru yol açır.”-deyə o payılaşımda yazıb.

Əhməd əş-Şəraaya qarşı sanksiyaların rəsmi şəkildə qaldırılması daha çox simvolik xarakter daşıyır - çünki o, prezident kimi xaricə səfərləri zamanı oxşar müvəqqəti azadlıqlardan faydalanırdı. Qərar həmçinin onun aktivlərinin dondurulmasının və silah embarqosunun ləğvini nəzərdə tutur.

Məlumata görə, Prezident Donald Tramp 10 noyabrda Suriya liderini Vaşinqtonda danışıqlar üçün qəbul edəcək. Əş-Şəraa bildirib ki, ölkəsində sülhün bərpası istiqamətində “əla nəticələr” əldə olunub.

Bu, onun ABŞ-a ilk rəsmi səfəri olacaq, baxmayaraq ki, o, ötən ilin sentyabrında BMT Baş Assambleyasının Nyu-York sessiyasında çıxış etməklə Suriyadan onilliklər sonra bu tribunada söz alan ilk prezident olmuşdu.

May ayında isə Əhməd əş-Şəraa, keçmiş prezident Bəşşar Əsədi devirdikdən sonra, Tramp ilə ilk dəfə Ər-Riyadda ABŞ prezidentinin regional səfəri çərçivəsində görüşmüşdü.

Vaşinqton iyul ayında Əhməd əş-Şəraanın rəhbərlik etdiyi silahlı qruplaşmanı - “Heyət Təhrir əş-Şam”ı terror təşkilatları siyahısından çıxarmışdı.

Dəməşq bazar günü bildirib ki, prezident Vaşinqtonda keçiriləcək görüşlərdə qalan sanksiyaların qaldırılması, yenidənqurma və terrorizmlə mübarizə məsələlərini müzakirə edəcək.

Məqalədə: #BMT #Suriya #BMT Təhlükəsizlik Şurası #Milli Təhlükəsizlik Şurası #Əhməd Şəraa #Suriya xəbərləri #Suriya münaqişəsi #Suriya münaqişəsi və Türkiyənin rolu #Suriya inqilabı #Suriya Xarici İşlər Nazirliyi #Suriya hökuməti #İran-Suriya münasibətləri #Suriya hava məkanı #Suriya-Rusiya əlaqələri #Suriya-Azərbaycan münasibətləri #Əhməd Şəraa hakimiyyəti və sələfi keçmişi #Əhməd əş-Şəraa siyasəti #Tramp Şəraa görüşü #Əhməd əş-Şəraa kimdir #Əhməd Şəraa və Netanyahu görüşü #Əhməd əş-Şəraa #Tramp və Əhməd əş Şəraa görüşü #Əhməd Əl-Şəraa Bakıda #İlham Əliyev və Əhməd Əl-Şəraa görüşü

Mövzu üzrə digər xəbərlər

Livanda İsrail hücumlarında ölənlərin sayı 4 min 383-ə çatıb
Livan

Livanda İsrail hücumlarında ölənlərin sayı 4 min 383-ə çatıb

21:25
Britaniya və Bəhreyn Yəmənlə bağlı BMT-ni təcili toplantıya çağırıb
Yəmən

Britaniya və Bəhreyn Yəmənlə bağlı BMT-ni təcili toplantıya çağırıb

20:41
Yəmən Bab əl-Məndəbdə hərbi dəyişikliklərə qarşı xəbərdarlıq edib
Yəmən

Yəmən Bab əl-Məndəbdə hərbi dəyişikliklərə qarşı xəbərdarlıq edib

20:34
İran İordaniyadakı ABŞ təyyarələrini vurub
İordaniya

İran İordaniyadakı ABŞ təyyarələrini vurub

20:16

Son Xəbərlər

Peru ABŞ-nin narkotik kartellərinə qarşı koalisiyasına qoşulur
Peru ABŞ-nin narkotik kartellərinə qarşı koalisiyasına qoşulur
22:00
OpenAI maliyyə sektoru üçün xüsusi ChatGPT təqdim edib
OpenAI maliyyə sektoru üçün xüsusi ChatGPT təqdim edib
21:41
İran hücum əməliyyatlarına başlamaq ərəfəsindədir - SEPAH
İran hücum əməliyyatlarına başlamaq ərəfəsindədir - SEPAH
21:28
Livanda İsrail hücumlarında ölənlərin sayı 4 min 383-ə çatıb
Livanda İsrail hücumlarında ölənlərin sayı 4 min 383-ə çatıb
21:25
Qətər İnvestisiya Təşkilatı Positron AI-yə sərmayə yatırıb
Qətər İnvestisiya Təşkilatı Positron AI-yə sərmayə yatırıb
21:07
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.