13 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Yaxın Şərq
Yaxın Şərq

Misirdə parlament seçkilərinin ikinci mərhələsi başlayıb

Misirdə parlament seçkilərinin ikinci mərhələsi çərçivəsində bazar ertəsi günü səsvermə keçirilib. Bu mərhələ, ilk turda qeydə alınan çoxsaylı pozuntulara görə nəticələrin ləğv edildiyi dairələrdə təkrar səsvermə qərarı fonunda keçirilir.

24 Noyabr 2025 19:09
Misirdə parlament seçkilərinin ikinci mərhələsi başlayıb

BAKI,AzerVoice, Orxan Qədirzadə

Misirdə parlament seçkilərinin ikinci mərhələsi çərçivəsində bazar ertəsi günü səsvermə keçirilib. Bu mərhələ, ilk turda qeydə alınan çoxsaylı pozuntulara görə nəticələrin ləğv edildiyi dairələrdə təkrar səsvermə qərarı fonunda keçirilir.

AzerVoice xəbər verir ki, ölkə ağır iqtisadi vəziyyətlə üzləşdiyi bir vaxtda keçirilən iki mərhələli seçkilər hakimiyyətin apardığı genişmiqyaslı islahatlar və sərt büdcə məhdudiyyətləri tədbirləri ilə müşayiət olunur. Valyutanın üzən məzənnəyə keçirilməsi, subsidiyaların azaldılması kimi qərarlar beynəlxalq maliyyə institutları tərəfindən müsbət qarşılanıb, lakin bu addımlar elektrik, su və əsas istehlak məhsullarının qiymətlərinin artmasına səbəb olaraq əhalinin sosial durumunu daha da çətinləşdirib.

Seçkilərin birinci mərhələsi noyabrın 10–11-də Giza, İsgəndəriyyə də daxil olmaqla 14 əyalətdə keçirilmişdi. Lakin geniş yayılmış pozuntu iddiaları səbəbindən Prezident Əbdülfəttah əs-Sisi araşdırma aparılması barədə göstəriş verib. Milli Seçki Komissiyası nəticələri 7 əyalətdə 19 dairə üzrə ləğv edərək dekabrın 3-4-də təkrar səsvermə təyin edib.

Misir parlamentinin aşağı palatasında 568 yer uğrunda mübarizə aparılır. Bu yerlərin yarısı üzrə 2 500-dən çox müstəqil namizəd yarışır. Qalan yerlər siyasi partiyalara ayrılıb. Prezident isə əlavə olaraq daha 28 deputat təyin edəcək və bununla parlament üzvlərinin ümumi sayı 596-ya çatacaq.

İkinci mərhələdə 34 milyondan çox vətəndaşın səsvermə hüququ var. Yeni parlament yanvar ayında mövcud qanunverici orqanın fəaliyyət müddəti başa çatmadan and içəcək.

Misirdə siyasi idarəetmə əsasən prezidentin əlində cəmləşib və Əbdülfəttah əs-Sisi son 11 ildə ölkəni dəyişməz şəkildə idarə edir.

Məqalədə: #Misirdə parlament seçkiləri #Misirdə iqitsadi vəziyyət #Seçki pozuntuları və nəticələrin ləğvi #Milli Seçki Komissiyası Misir #Misirin iqtisadi böhranı #İqtisadi islahatlar və subsidiyaların azaldılması #Qiymət artımı və inflyasiya #Əl-Sisi hökumətinin siyasəti #Misirdə hakimiyyət bölgüsü #Misirdə siyasi sabitlik

Mövzu üzrə digər xəbərlər

İraq PUA hücumundan sonra İranla sərhəd keçidlərini yenidən açır
İraq

İraq PUA hücumundan sonra İranla sərhəd keçidlərini yenidən açır

13:16
İordaniya sərhədində narkotik daşıyan şarlar ələ keçirilib
İordaniya

İordaniya sərhədində narkotik daşıyan şarlar ələ keçirilib

13:02
İordaniyada biznes və investisiya üçün hansı imkanlar var?
Biznes

İordaniyada biznes və investisiya üçün hansı imkanlar var?

13:00
İraqda Əcil neft yatağının inkişafı üzrə 25 illik müqavilə imzalanıb
İraq

İraqda Əcil neft yatağının inkişafı üzrə 25 illik müqavilə imzalanıb

10:17

Son Xəbərlər

İraq PUA hücumundan sonra İranla sərhəd keçidlərini yenidən açır
İraq PUA hücumundan sonra İranla sərhəd keçidlərini yenidən açır
13:16
İordaniya sərhədində narkotik daşıyan şarlar ələ keçirilib
İordaniya sərhədində narkotik daşıyan şarlar ələ keçirilib
13:02
İordaniyada biznes və investisiya üçün hansı imkanlar var?
İordaniyada biznes və investisiya üçün hansı imkanlar var?
13:00
Səudiyyə Ərəbistanında 11 sərhəd qanunu pozucusu saxlanılıb
Səudiyyə Ərəbistanında 11 sərhəd qanunu pozucusu saxlanılıb
12:50
Əbu-Dabidə 35-ci Beynəlxalq Kitab Sərgisi açılıb
Əbu-Dabidə 35-ci Beynəlxalq Kitab Sərgisi açılıb
11:17
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.