5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Yaxın Şərq
Yaxın Şərq

İsrail prezidenti Hersoq Netanyahunun əfv müraciətini qəbul etdi

İsrailin Baş naziri Benyamin Netanyahu illərdir davam edən korrupsiya məhkəməsi çərçivəsində bazar günü dövlət başçısına rəsmi əfv müraciəti təqdim edib.

30 Noyabr 2025 20:07
İsrail prezidenti Hersoq Netanyahunun əfv müraciətini qəbul etdi

BAKI, AzerVoice

İsrailin Baş naziri Benyamin Netanyahu illərdir davam edən korrupsiya məhkəməsi çərçivəsində bazar günü dövlət başçısına rəsmi əfv müraciəti təqdim edib. O hesab edir ki, barəsində aparılan cinayət işi İsrailin işlərini idarə etmək imkanına mane olur və əfvin verilməsi dövlətin ümumi maraqlarına xidmət edir.

Dövlətin yaradılmasından bəri ən uzun müddət baş nazir postunda qalan Netanyahu rüşvət, dələduzluq və etimadı sui-istifadə ittihamlarını uzun müddətdir rədd edir.

Onun vəkilləri prezidentin ofisinə göndərdikləri məktubda bildiriblər ki, Netanyahu hələ də hüquqi prosesin onu tam bəraətləndirəcəyi qənaətindədir.

Netanyahu, mənsub olduğu “Likud” Partiyasının yaydığı qısa videomüraciətdə deyib.

“Bu gün vəkillər əfv üçün müraciəti dövlət başçısına göndərdilər. Mən ölkənin mənafeyini düşünən hər kəsdən bu addımı dəstəkləməsini gözləyirəm” - deyə o bildirib.

Prezident İsxak Hersoqun ofisi günün əvvəlində müraciəti aldığını təsdiqləyib və vəkillərin məktubunu dərc edib.

Hersoqun ofisindən bildirilib ki, müraciət adi prosedura uyğun olaraq Ədliyyə Nazirliyinə göndəriləcək, nazirlik müvafiq rəyləri toplayacaq və bundan sonra prezidentin hüquqi müşavirinə təqdim ediləcək. Müşavir prezidentə yekun tövsiyəsini verməli olacaq.
Ədliyyə naziri Yariv Levin də Netanyahunun rəhbərlik etdiyi “Likud” Partiyasının üzvü və baş nazirə yaxın müttəfiq sayılır.

Vəkillər məktublarında qeyd ediblər ki, Netanyahuya qarşı aparılan cinayət işi cəmiyyətdəki parçalanmanı daha da dərinləşdirib və məhkəmə prosesinin dayandırılması milli barışığın əldə olunması üçün zəruridir. Onlar həmçinin vurğulayıblar ki, məhkəmənin davamlı iclasları baş nazir üçün ağır yükə çevrilib və onun vəzifə səlahiyyətlərini icra etməsini çətinləşdirir.

“Məndən həftədə üç dəfə məhkəmədə ifadə verməyim tələb olunur... Bu, qeyri-mümkün bir tələbdir və heç bir digər vətəndaşdan bu cür tələb olunmur”- Netanyahu videomüraciətində deyib.

O, dəfələrlə seçkilərdə qalib gələrək xalqın etimadını qazandığını xüsusi vurğulayıb.

Baş nazir və ya onun vəkilləri heç bir səhv etdiyini etiraf etməyiblər. İsraildə adətən əfv yalnız məhkəmə prosesi başa çatdıqdan və təqsir təsbit edildikdən sonra verilir.

Müdafiə tərəfi hesab edir ki, dövlət başçısının səlahiyyətləri ictimai maraqların təhlükə altında olduğu hallarda – bu işdə olduğu kimi – prosessə müdaxilə etməyə imkan verir. Onların fikrincə, burada məqsəd cəmiyyətdə yaranmış yarığın sağaldılması və milli birliyin möhkəmləndirilməsidir.

Müxalifət lideri Yair Lapid yaydığı bəyanatda bildirib ki, Netanyahunun əfv alması yalnız üç şərtlə mümkün ola bilər: günahın etirafı, peşmanlığın ifadə edilməsi və dərhal siyasətdən getmək.

Bu ay ABŞ Prezidenti Donald Tramp da Hersoq ünvanına göndərdiyi məktubda Netanyahunun əfv olunmasını xahiş etmişdi.

Məqalədə: #İsrail #Benyamin Netanyahu #ABŞ #Donald Tramp #Yair Lapid #İsaaq Hersoq #İsraildə siyasi elita və məhkəmə çəkişmələri #Netanyahuya qarşı rüşvət #dələduzluq və etimadı sui-istifadə ittihamları #Prezidentin əfv səlahiyyətinin siyasi istifadəsi #Likud Partiyasının Netanyahunu müdafiə strategiyası #İsrail cəmiyyətində parçalanma və milli barışıq çağırışları #Yair Lapidin Netanyahunun siyasətdən getməsi tələbi #Donald Trampın İsrail daxili proseslərinə təsiri #Əfv mexanizmi və ictimai maraq arqumenti #Davam edən məhkəmə proseslərinin hökumətin idarəçiliyinə təsiri #Netanyahunun prezident İsxak Hersoqdan əfv istəməsinin İsrail siyasətinə mümkün təsirləri #İsraildə korrupsiya ittihamı ilə üzləşən baş nazirə əfv verilməsi presedenti varmı #Netanyahu əfv alsa #bunun məhkəmə sisteminə ictimai etimad baxımından doğuracağı nəticələr #Yair Lapidin əfv üçün günahı etiraf və siyasətdən getmə şərtinin siyasi mənası #Donald Trampın Netanyahunun əfv olunması ilə bağlı məktubunun diplomatik və simvolik əhəmiyyəti #İsraildə davam edən korrupsiya məhkəməsi fonunda milli barışıq və cəmiyyətin parçalanması debatları

Mövzu üzrə digər xəbərlər

ABŞ ordusu İranın hədəfə alınan neftdaşıyan gəmilərinin adlarını açıqlayıb
Digər Dövlətlər

ABŞ ordusu İranın hədəfə alınan neftdaşıyan gəmilərinin adlarını açıqlayıb

18:25
İran gəmilərinə zərbələr hərbi gəmilərimizə hücumdan sonra endirilib - ABŞ
İran

İran gəmilərinə zərbələr hərbi gəmilərimizə hücumdan sonra endirilib - ABŞ

18:20
Məhbusların azad edilməsi Livandakı hücumlara bəraət qazandıra bilməz - Hizbullah
Livan

Məhbusların azad edilməsi Livandakı hücumlara bəraət qazandıra bilməz - Hizbullah

18:17
ABŞ-nin hərbi üstünlüyünə baxmayaraq müqavimət göstərdik - Iran
İran

ABŞ-nin hərbi üstünlüyünə baxmayaraq müqavimət göstərdik - Iran

18:12

Son Xəbərlər

Qətərdə Quran üçün süni intellekt əsaslı yeni tətbiq istifadəyə verilib
Qətərdə Quran üçün süni intellekt əsaslı yeni tətbiq istifadəyə verilib
19:32
Bəhreyn və Misir XİN rəhbərləri Hörmüz boğazındakı vəziyyəti müzakirə edib
Bəhreyn və Misir XİN rəhbərləri Hörmüz boğazındakı vəziyyəti müzakirə edib
18:53
Fransada “kiçik qayıqlar” sazişi siyasi mübahisəyə səbəb olub
Fransada “kiçik qayıqlar” sazişi siyasi mübahisəyə səbəb olub
18:45
Xorvatiyada on minlərlə insan niyə küçələrə çıxıb?
Xorvatiyada on minlərlə insan niyə küçələrə çıxıb?
18:38
ABŞ ordusu İranın hədəfə alınan neftdaşıyan gəmilərinin adlarını açıqlayıb
ABŞ ordusu İranın hədəfə alınan neftdaşıyan gəmilərinin adlarını açıqlayıb
18:25
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.