İsrail prezidenti Hersoq Netanyahunun əfv müraciətini qəbul etdi
İsrailin Baş naziri Benyamin Netanyahu illərdir davam edən korrupsiya məhkəməsi çərçivəsində bazar günü dövlət başçısına rəsmi əfv müraciəti təqdim edib.
İsrail Prezidenti Netanyahunun korrupsiya işlərində əfv edilə biləcəyini istisna etmir
İsrailin “Haaretz” qəzetinin məlumatına görə, ölkə prezidenti İsxak Hersoq, hazırda korrupsiya ittihamları ilə mühakimə olunan Baş nazir Benyamin Netanyahunun əfv olunması imkanını nəzərdən keçirə biləcəyini açıqlayıb.
Britaniyada İsrail prezidentinin həbsi üçün məhkəməyə müraciət edilib
Böyük Britaniyada Fələstin tərəfdarı qruplardan olan “Əl-Əqsa Dostları” İsrail prezidenti İsxaq Hersoq barəsində həbs qərarı çıxarılması üçün məhkəməyə müraciət edib. Bu barədə təşkilatın sədri İsmayıl Patel açıqlama verib. O, Hersoqun Qəzzadakı mülki şəxslərə qarşı həyata keçirilən hücumları təşviq etməkdə ittiham olunduğunu və bu səbəbdən cinayət işi prosesi başladıldığını bildirib. Patel qeyd edib ki, Baş prokurorluğa Hersoq haqqında həbs qərarı çıxarılması üçün müraciət edilib. Onun sözlərinə görə, müraciət və ittihamlar Hersoqun 2023-cü ilin 12 və 15 oktyabr tarixlərində verdiyi iki açıqlamaya əsaslanır. Qəzzadakı mülki şəxslərə və obyektlərə qarşı edilən hücumlarla bağlı olan bu açıqlamaların bəzi hissələri İsrailin hərbi rəsmiləri tərəfindən dəfələrlə təkrar olunub.
ABŞ-dan İsrailə qarşı viza təhdidi
ABŞ-ın İsraildəki səfiri Mayk Hakabi İsrailin xristian təşkilatları və onların xarici işçilərinə viza verilməsini çətinləşdirdiyini bildirib və bu vəziyyətin davamı halında, ABŞ səfirliyinin də israilli turistlərin vizalarına məhdudiyyətlər tətbiq edəcəyini bəyan edib.
İsrail ərəb ölkələri ilə münasibətlərini normallaşdırmalıdır - Hersoq
İsrail son hərbi uğurlardan sonra ərəb ölkələri ilə münasibətlərini normallaşdırmalıdır.
Girovların azad olunması üçün çətin qərarlar qəbul edə bilərik - İsrail Prezidenti
İsrail Prezidenti İsxak Hersoq, Qəzza zolağında saxlanılan israilli girovların azad olunmasına dair razılaşmaların əldə ediləcəyinə ümid etdiyini bildirib və bu məqsədə çatmaq üçün çətin qərarların qəbul edilə biləcəyini də istisna etməyib.