12 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Yaxın Şərq
Yaxın Şərq

İsrail ordusunun Tubas əməliyyatlarında ərazilər hərbi nəzarətə alınıb

İsrail ordusu, 29 noyabrda çəkildiyi Qərb Şəriyənin şimalındakı Tubas şəhəri və şəhər yaxınlığındakı Akaba qəsəbəsinə yenidən hərbi əməliyyat həyata keçirib. Şahidlərin verdiyi məlumata görə, Tubas və Akaba bölgələrinə çox sayda hərbi birləşmə ilə daxil olan İsrail ordusu, şəhərin və qəsəbənin küçələrinə yerləşib. Tubas və Akaba bölgələrində ikinci bir elan verilənədək küçəyə çıxma qadağası tətbiq olunub. Hərbi buldozerlər isə Tubasda yolları bağlamağa başlayıb.

1 Dekabr 2025 11:10
İsrail ordusunun Tubas əməliyyatlarında ərazilər hərbi nəzarətə alınıb









BAKI, AzerVoice, Nailə Babazadə

İsrail ordusu, 29 noyabrda çəkildiyi Qərb Şəriyənin şimalındakı Tubas şəhəri və şəhər yaxınlığındakı Akaba qəsəbəsinə yenidən hərbi əməliyyat həyata keçirib.

AzerVoice xəbər verir ki, şahidlərin verdiyi məlumata görə, Tubas və Akaba bölgələrinə çox sayda hərbi birləşmə ilə daxil olan İsrail ordusu, şəhərin və qəsəbənin küçələrinə yerləşib.

Tubas və Akaba bölgələrində ikinci bir elan verilənədək küçəyə çıxma qadağası tətbiq olunub. Hərbi buldozerlər isə Tubasda yolları bağlamağa başlayıb.

Fələstinlilərin evlərinə reydlər keçirən İsrail əsgərləri bəzi evləri hərbi qərargaha çevirib.

Tubas valiliyindən verilən açıqlamada bildirilib ki, İsrail ordusunun əvvəlki reydləri nəticəsində yüzlərlə Fələstinli yaralanıb, həbs edilib və həm dövlət, həm də özəl mülklərə ciddi ziyan dəyib.

Tubas Təhsil İdarəsi isə İsrail ordusunun yerli vaxtla saat 04:00-dan etibarən bölgədə küçəyə çıxma qadağası tətbiq etməsi səbəbindən şəhərdə bütün üzbəüz təhsilin dayandırıldığını və onlayn təhsilə keçildiyini açıqlayıb. Üzbəüz təhsilin bərpası barədə qərarın bölgədəki vəziyyətə görə veriləcəyi bildirilib.

İsrail ordusu 26 noyabrda Tubas şəhərinə genişmiqyaslı hücum başladığını elan etmiş, şəhərə “Bölgəniz terror yuvasına çevrilib. İsrail ordusu buna laqeyd qala bilməz, davam edərsə nəticələriniz Cenin və Tulkerim kimi olacaq” yazılı xəbərdarlıq elanları atmışdı.

Fələstin Məhbuslar Cəmiyyəti məlumat verir ki, İsrail ordusu Tubasda evləri reyd edib, sakinləri köçürüb və bəzi evləri hərbi qərargaha çevirib, 162 Fələstinliyi həbs edib. Əməliyyatlarda 150 nəfər yaralanıb. 29 noyabrda, əməliyyatın 4-cü günündə İsrail qüvvələri Tubasdan çəkilmişdi.

Qeyd edək ki, 7 oktyabr 2023-cü ildən İsrailin Qəzza zolağına başladığı hücumdan sonra işğal altındakı Qərb Şəriyə və Şərqi Qüdsdə Fələstinlilərə qarşı həbs, reyd və hücum hallarında artım müşahidə olunur.

Məqalədə: #Qəzza #Qəzza zolağı #Tubas #Qəzza hücumu #Qəzza böhranı və ərəb mövqeyi #Qəzza münaqişəsi #Qəzzanın yenidən qurulması #Qəzza müharibəsi #Qəzza blokadası #Humanitar fəlakət Qəzza #Uşaq ölümü Qəzza #Misirin Qəzza siyasəti #Ərəb dövlətləri və Qəzza #Qəzzada humanitar böhran #Qəzzanın işğalı #Qəzzanın bərpası 2025 #Qəzzada infrastruktur yeniləmələri #Körfəz ölkələrinin Qəzzaya dəstəyi

Mövzu üzrə digər xəbərlər

Səudiyyə Ərəbistanı neft kəmərinin vurulmasına reaksiya verdi
Səudiyyə Ərəbistanı

Səudiyyə Ərəbistanı neft kəmərinin vurulmasına reaksiya verdi

00:15
Livanda narkotik əməliyyatı - Bəşşar Əsədin qohumu saxlanıldı
Suriya

Livanda narkotik əməliyyatı - Bəşşar Əsədin qohumu saxlanıldı

11 Sentyabr 23:14
İsrail Livanın cənubuna yeni hava zərbələri endirib
Livan

İsrail Livanın cənubuna yeni hava zərbələri endirib

11 Sentyabr 20:00
Yəməndə qiymət artımı və yeni köç böhranı gözlənilir
Yəmən

Yəməndə qiymət artımı və yeni köç böhranı gözlənilir

11 Sentyabr 18:34

Son Xəbərlər

Səudiyyə Ərəbistanı neft kəmərinin vurulmasına reaksiya verdi
Səudiyyə Ərəbistanı neft kəmərinin vurulmasına reaksiya verdi
00:15
12 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
12 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
00:10
Tarixdə bu gün - 12 sentyabr
Tarixdə bu gün - 12 sentyabr
00:01
Livanda narkotik əməliyyatı - Bəşşar Əsədin qohumu saxlanıldı
Livanda narkotik əməliyyatı - Bəşşar Əsədin qohumu saxlanıldı
11 Sentyabr 23:14
"Şərq-Qərb" neft kəməri hücumlar səbəbindən ehtiyat tədbiri olaraq dayandırıldı – Səudiyyə
"Şərq-Qərb" neft kəməri hücumlar səbəbindən ehtiyat tədbiri olaraq dayandırıldı – Səudiyyə
11 Sentyabr 23:07
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.