10 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Yaxın Şərq
Yaxın Şərq

Tramp Qəzza Sabitlik Qüvvəsində rəhbərliyə general-mayor təyinini nəzərdən keçirir

ABŞ Prezidenti Donald Trampın Qəzza zolağında yerləşdirilməsi nəzərdə tutulan Beynəlxalq Sabitlik Qüvvəsinə (BSQ) rəhbərlik etmək üçün ABŞ ordusunun general-mayor rütbəli zabitini təyin etməyi nəzərdən keçirdiyi bildirilir. Məlumat ABŞ mərkəzli “Axios” nəşrinə danışan iki amerikalı və iki israilli rəsmi şəxsə əsaslanır.

12 Dekabr 2025 02:00
Tramp Qəzza Sabitlik Qüvvəsində rəhbərliyə general-mayor təyinini nəzərdən keçirir

BAKI, AzerVoice, Orxan Qədirzadə

ABŞ Prezidenti Donald Trampın Qəzza zolağında yerləşdirilməsi nəzərdə tutulan Beynəlxalq Sabitlik Qüvvəsinə (BSQ) rəhbərlik etmək üçün ABŞ ordusunun general-mayor rütbəli zabitini təyin etməyi nəzərdən keçirdiyi bildirilir.

AzerVoice xəbər verir ki, məlumat ABŞ mərkəzli “Axios” nəşrinə danışan iki amerikalı və iki israilli rəsmi şəxsə əsaslanır.

Mənbələrə görə, mümkün təyinat BSQ və Qəzza Barış Şurasını Vaşinqtonun son 20 ildə Yaxın Şərqdə həyata keçirdiyi ən genişmiqyaslı siyasi və hərbi təşəbbüslərdən birinə çevirəcək. Qeyd olunur ki, bu addım ABŞ-ın Qəzzanın təhlükəsizliyi və yenidən qurulması prosesinə dair məsuliyyətini daha da artıracaq.

Məlumata əsasən, ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Mayk Volts bu həftə İsrailin Baş naziri Benyamin Netanyahu ilə görüşündə mümkün təyinat barədə ilkin məlumat verib. İsrailli rəsmi Axios-a açıqlamasında Voltsın təklif olunan general-mayoru şəxsən tanıdığını və onu ciddi və peşəkar hərbçi kimi səciyyələndirdiyini bildirib.

ABŞ rəsmiləri həmçinin BSQ-nin idarəetmə modeli və Qəzzada qurulması planlaşdırılan yeni inzibati struktura dair sənədləşmələrin son mərhələyə daxil olduğunu açıqlayıblar. Məlumatlara görə, ABŞ administrasiyası BMT-nin sabiq Yaxın Şərq üzrə xüsusi koordinatoru Nikolay Mladenovu Qəzza Barış Şurasında təmsilçi vəzifəsinə namizəd kimi irəli sürüb.

Hesabatda qeyd olunur ki, Tramp Barış Şurasına Almaniya və İtalya nümayəndələrinin də qoşulması üçün dəvət göndərib. Bu qurum prezident Trampın 9 oktyabr tarixində elan etdiyi və 18 noyabrda BMT Təhlükəsizlik Şurası tərəfindən təsdiqlənmiş 20 maddəlik barış planının tərkib hissəsidir. Planın şərtlərinə görə, Şura atəşkəsin qorunması və Qəzzanın yenidən qurulması üzrə beynəlxalq proseslərin əlaqələndirilməsində əsas rol oynayacaq.

Donald Tramp dünən verdiyi açıqlamada Şuraya daxil olacaq üzvlərin 2026-cı ilin əvvəlində təqdim olunacağını bildirib.

Məqalədə: #ABŞ administrasiyası BSQ-nin rəhbərliyinə general-mayorun təyinatını müzakirə edir #Qəzza üçün formalaşdırılan Beynəlxalq Sabitlik Qüvvəsinin strukturu yekun mərhələdədir #Vaşinqtonun Qəzza planı: sabitlik qüvvələrinə rəhbərlik üçün namizəd müəyyənləşir #Трамп рассматривает назначение американского генерал-майора руководителем Международных сил стабильности в Газе #США завершают формирование структуры Международных сил стабильности (МСС) #Вашингтон определяет кандидата для руководства МСС и Советом по Газе #Trump reportedly considering appointing a U.S. major general to lead the International Stability Force in Gaza #U.S. finalizing structure of the International Stability Force (ISF) and Gaza governance model #Washington moves toward selecting leadership for Gaza Stability initiatives #Beynəlxalq Sabitlik Qüvvəsi

Mövzu üzrə digər xəbərlər

İsrail Fələstin tərəfdarlarının etirazları fonunda Sloveniyada ilk səfirliyini açdı
Fələstin

İsrail Fələstin tərəfdarlarının etirazları fonunda Sloveniyada ilk səfirliyini açdı

10:02
İsrailin Livanın cənubuna yeni hava zərbələri endirdiyi bildirilib
Livan

İsrailin Livanın cənubuna yeni hava zərbələri endirdiyi bildirilib

9 Sentyabr 21:44
İsrail iyun razılaşmasını 7 700 dəfə pozub - Livan
Livan

İsrail iyun razılaşmasını 7 700 dəfə pozub - Livan

9 Sentyabr 20:39
Təhlükəsizlik boşluğu İsrailə hücumlar üçün bəhanə verir - Cozef Aun
Livan

Təhlükəsizlik boşluğu İsrailə hücumlar üçün bəhanə verir - Cozef Aun

9 Sentyabr 20:23

Son Xəbərlər

Taifdəki gənc dəvə bir qaçışa milyonçu oldu
Taifdəki gənc dəvə bir qaçışa milyonçu oldu
11:23
Qəddafi ailəsinin taleyi: Aişə Qəddafinin həyatı və sürgün illəri
Qəddafi ailəsinin taleyi: Aişə Qəddafinin həyatı və sürgün illəri
11:00
Ankara ilə Ər-Riyad arasında birgə investisiyalar və texnologiya transferi ön plana çıxır
Ankara ilə Ər-Riyad arasında birgə investisiyalar və texnologiya transferi ön plana çıxır
10:37
"Yaşıl Səudiyyə Təşəbbüsü" genişlənir: 5000 kvadrat kilometrlik təbiət zonası beynəlxalq reyestrə daxil edilib
"Yaşıl Səudiyyə Təşəbbüsü" genişlənir: 5000 kvadrat kilometrlik təbiət zonası beynəlxalq reyestrə daxil edilib
10:06
İsrail Fələstin tərəfdarlarının etirazları fonunda Sloveniyada ilk səfirliyini açdı
İsrail Fələstin tərəfdarlarının etirazları fonunda Sloveniyada ilk səfirliyini açdı
10:02
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.