11 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Yaxın Şərq
Yaxın Şərq

İsrail BMT qərarlarını pozmağa davam edir və Qəzzadakı müharibəni dayandırmayıb - Fələstin

Fələstinin Birləşmiş Millətlər Təşkilatı (BMT) yanında Daimi Nümayəndəsi Riyad Mansur bildirib ki, İsrail BMT-nin qəbul etdiyi qərarlara əməl etmək əvəzinə, onları pozmağı artırıb və Qəzza zolağındakı müharibəni dayandırmayıb. Mansur bu fikirləri BMT Təhlükəsizlik Şurasında Yaxın Şərqdəki vəziyyət, o cümlədən Fələstin məsələsi ilə bağlı keçirilən iclasda çıxışı zamanı səsləndirib.

17 Dekabr 2025 10:20
İsrail BMT qərarlarını pozmağa davam edir və Qəzzadakı müharibəni dayandırmayıb - Fələstin

BAKI, AzerVoice, Nailə Babazadə

Fələstinin Birləşmiş Millətlər Təşkilatı (BMT) yanında Daimi Nümayəndəsi Riyad Mansur bildirib ki, İsrail BMT-nin qəbul etdiyi qərarlara əməl etmək əvəzinə, onları pozmağı artırıb və Qəzza zolağındakı müharibəni dayandırmayıb.

AzerVoice xəbər verir ki, Mansur bu fikirləri BMT Təhlükəsizlik Şurasında Yaxın Şərqdəki vəziyyət, o cümlədən Fələstin məsələsi ilə bağlı keçirilən iclasda çıxışı zamanı səsləndirib.

Onun sözlərinə görə, Beynəlxalq Ədalət Məhkəməsi BMT və onun qurumları, xüsusilə də Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər Agentliyinin (UNRWA) humanitar fəaliyyətlərini asanlaşdırmaq vəzifəsini açıq şəkildə tanıyıb. Lakin İsrail bu humanitar səylərə mane olmağa davam edir.

Mansur qeyd edib ki, İsrail Fələstin xalqının həyati əhəmiyyət daşıyan humanitar yardımlara çıxışını əngəlləyir və məhkəməyə təqdim etdiyi cavablar BMT qərarlarını və beynəlxalq hüququ pozmaqda israr etdiyini göstərir. O, dekabrın 11-də İsrail qüvvələrinin işğal altındakı Şərqi Qüdsdə yerləşən UNRWA kompleksinə basqın edərək BMT bayrağını endirməsini, yerinə İsrail bayrağı asmasını və ərazini işğal etməsini qurumun nüfuzuna hörmətsizlik kimi qiymətləndirib.

Fələstin nümayəndəsi bildirib ki, İsrailin Qəzzaya qarşı apardığı hərbi əməliyyatlar nəticəsində 70 mindən çox fələstinli həlak olub, yüz minlərlə insan isə yaralanıb. Onun sözlərinə görə, 10 oktyabrdan sonra da atəşkəsə əməl olunmayıb və aralarında uşaqların da olduğu təxminən 400 fələstinli öldürülüb.

Mansur Qəzzaya humanitar yardımın girişinə qoyulan məhdudiyyətlərin davam etdiyini, yerindən didərgin düşmüş insanların qışın sərt şəraitində ciddi çətinliklərlə üzləşdiyini də vurğulayıb.

ABŞ administrasiyasının atəşkəs razılaşmasının icrası və israilli girovların azad edilməsi ilə bağlı səylərini müsbət qiymətləndirən Mansur, eyni zamanda İsrail həbsxanalarında saxlanılan minlərlə fələstinli məhbusun da azadlığa buraxılmasına çağırıb. O, fələstinli məhbusların qeyri-insani şəraitdə saxlanıldığını və son iki il ərzində işgəncə, pis rəftar və tibbi laqeydlik səbəbindən təxminən 100 nəfərin həyatını itirdiyini bildirib.

Mansur İsrailin saxladığı bütün fələstinli cənazələrin qaytarılmasını, dağıntılar altında qalan minlərlə insanın nəşinin çıxarılmasına şərait yaradılmasını və itkin düşən şəxslərin taleyinin aydınlaşdırılmasını tələb edib.

Qəzzanın işğal altındakı Fələstin torpaqlarının və Fələstin dövlətinin ayrılmaz hissəsi olduğunu vurğulayan Mansur, İordan çayının qərb sahili, Şərqi Qüds və Qəzza zolağının vahid ərazi kimi birləşdirilməli olduğunu bildirib. O, bu ərazilərin vahid Fələstin hakimiyyəti, vahid hökumət, vahid qanun və vahid legitim təhlükəsizlik qüvvəsi altında idarə olunmasının vacibliyini qeyd edib.

Fələstin rəhbərliyinin Qəzza zolağı da daxil olmaqla bütün Fələstin ərazilərində məsuliyyəti üzərinə götürməyə hazır olduğunu bildirən Mansur, BMT Təhlükəsizlik Şurasının da təsdiqlədiyi kimi, İsrailin Qəzza zolağından dərhal və tam şəkildə geri çəkilməsinin zəruri olduğunu vurğulayıb.

O, həmçinin İordan çayının qərb sahilində israilli məskunlaşanların zorakılığının və fələstinli icmaların sıxışdırılmasının misli görünməmiş şəkildə artdığını bildirib və bu vəziyyətin İsrailin davam edən köçürmə siyasəti kontekstində qiymətləndirilməli olduğunu deyib.

Beynəlxalq Ədalət Məhkəməsinin məsləhətçi rəyinə istinad edən Mansur vurğulayıb ki, İsrail işğal altındakı ərazilərdə mövcudluğunu möhkəmləndirməməli, əksinə bu mövcudluğa son verməlidir. Onun sözlərinə görə, “qanunsuz işğal və aparteid rejimi sona çatmalıdır”.

Məqalədə: #Qəzza #Qəzza zolağı #Qəzza hücumu #Qəzza böhranı və ərəb mövqeyi #Qəzza münaqişəsi #Trampın Qəzza planı #Qəzzanın yenidən qurulması #Qəzza müharibəsi #Qəzza blokadası #Uşaq ölümü Qəzza #Ərəb dövlətləri və Qəzza #Qəzzada humanitar böhran #Qəzzanın işğalı #Qəzzanın bərpası 2025 #Qəzzada infrastruktur yeniləmələri

Mövzu üzrə digər xəbərlər

Livanda İsrail hücumlarında ölənlərin sayı 4 min 383-ə çatıb
Livan

Livanda İsrail hücumlarında ölənlərin sayı 4 min 383-ə çatıb

10 Sentyabr 21:25
Britaniya və Bəhreyn Yəmənlə bağlı BMT-ni təcili toplantıya çağırıb
Yəmən

Britaniya və Bəhreyn Yəmənlə bağlı BMT-ni təcili toplantıya çağırıb

10 Sentyabr 20:41
Yəmən Bab əl-Məndəbdə hərbi dəyişikliklərə qarşı xəbərdarlıq edib
Yəmən

Yəmən Bab əl-Məndəbdə hərbi dəyişikliklərə qarşı xəbərdarlıq edib

10 Sentyabr 20:34
İran İordaniyadakı ABŞ təyyarələrini vurub
İordaniya

İran İordaniyadakı ABŞ təyyarələrini vurub

10 Sentyabr 20:16

Son Xəbərlər

Qlobal fırtınalardan regional cəbhələrə: 11 sentyabrda ərəb coğrafiyasını sarsıdan 20 tarixi fakt
Qlobal fırtınalardan regional cəbhələrə: 11 sentyabrda ərəb coğrafiyasını sarsıdan 20 tarixi fakt
00:10
Tarixdə bu gün - 11 sentyabr
Tarixdə bu gün - 11 sentyabr
00:01
2.7L EcoBoost və off-road üçün Tremor - Yeni nəsil Ford Everest V6-nın detalları
2.7L EcoBoost və off-road üçün Tremor - Yeni nəsil Ford Everest V6-nın detalları
10 Sentyabr 23:00
Peru ABŞ-nin narkotik kartellərinə qarşı koalisiyasına qoşulur
Peru ABŞ-nin narkotik kartellərinə qarşı koalisiyasına qoşulur
10 Sentyabr 22:00
OpenAI maliyyə sektoru üçün xüsusi ChatGPT təqdim edib
OpenAI maliyyə sektoru üçün xüsusi ChatGPT təqdim edib
10 Sentyabr 21:41
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.