14 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Yaxın Şərq
Yaxın Şərq

İsrail maneələri Qəzzada humanitar fəaliyyəti iflic edir - BMT

Birləşmiş Millətlər Təşkilatı və 200-dən çox yerli və beynəlxalq yardım qurumu İsrailin tətbiq etdiyi inzibati və əməliyyat maneələrinin Qəzzada humanitar fəaliyyətləri çökmə həddinə gətirdiyi barədə xəbərdarlıq edib. Birgə bəyanatda bildirilir ki, “qeyri-müəyyən, özbaşına və yüksək dərəcədə siyasiləşdirilmiş” qeydiyyat prosesi humanitar əməliyyatlar üçün ciddi risk yaradır.

18 Dekabr 2025 20:05
İsrail maneələri Qəzzada humanitar fəaliyyəti iflic edir - BMT

BAKI, AzerVoice, Orxan Qədirzadə

Birləşmiş Millətlər Təşkilatı və 200-dən çox yerli və beynəlxalq yardım qurumu İsrailin tətbiq etdiyi inzibati və əməliyyat maneələrinin Qəzzada humanitar fəaliyyətləri çökmə həddinə gətirdiyi barədə xəbərdarlıq edib. Birgə bəyanatda bildirilir ki, “qeyri-müəyyən, özbaşına və yüksək dərəcədə siyasiləşdirilmiş” qeydiyyat prosesi humanitar əməliyyatlar üçün ciddi risk yaradır.

AzerVoice xəbər verir ki, əyanata görə, onlarla beynəlxalq qeyri-hökumət təşkilatı 31 dekabr tarixinədək yenidən qeydiyyatdan keçmədiyi təqdirdə de-registrasiya ilə üzləşə bilər və bu, onların 60 gün ərzində fəaliyyətini dayandırması deməkdir. Qeyd olunur ki, beynəlxalq yardım təşkilatlarının Qəzzada fəaliyyətinin dayandırılması əsas və həyati xidmətlərə çıxışa “fəlakətli təsir” göstərəcək.

BMT və yardım qurumları vurğulayır ki, Qəzzada sahə xəstəxanalarının, ilkin səhiyyə mərkəzlərinin, sığınacaq proqramlarının, su və sanitariya xidmətlərinin, kəskin qidalanma çatışmazlığı olan uşaqlar üçün qidalanma mərkəzlərinin, eləcə də mina təmizləmə fəaliyyətlərinin böyük hissəsi məhz beynəlxalq təşkilatlar tərəfindən həyata keçirilir və ya dəstəklənir.

Bəyanatda bildirilir ki, bəzi təşkilatlar mart ayında tətbiq olunan sistem üzrə qeydiyyatdan keçsə də, davam edən yenidən qeydiyyat prosesi və digər “özbaşına maneələr” nəticəsində milyonlarla dollar dəyərində ərzaq, tibbi ləvazimatlar, gigiyena vasitələri və sığınacaq materialları Qəzza xaricində qalıb və ehtiyacı olan əhaliyə çatdırıla bilmir.

İsrailin BMT-dəki nümayəndəliyi məsələ ilə bağlı şərh verməyib. ABŞ prezidenti Donald Trampın Qəzza planının birinci mərhələsi çərçivəsində oktyabrın 10-da başlayan atəşkəs fonunda humanitar yardım axını artsa da, HƏMAS razılaşdırılandan daha az yardım maşınının daxil olduğunu bildirir. Yardım agentlikləri isə ehtiyaclarla müqayisədə yardımın kifayət etmədiyini və bir çox vacib məhsulların İsrail tərəfindən bloklandığını deyir. İsrail isə bu iddiaları rədd edir və atəşkəs öhdəliklərinə əməl etdiyini bildirir.

BMT və yardım təşkilatları vurğulayır ki, beynəlxalq QHT-lərin fəaliyyətinin çökməsi halında BMT bu boşluğu doldura bilməyəcək və humanitar yardım humanitar prinsiplərdən kənar alternativ aktorlarla əvəz edilə bilməz. Bəyanatda qeyd olunur ki, “humanitar çıxış könüllü, şərti və ya siyasi məsələ deyil” və yardımların Fələstin əhalisinə gecikmədən çatdırılması təmin olunmalıdır.

Məqalədə: #UN #BMT: İsrail maneələri Qəzzada humanitar əməliyyatları iflic edir #Yardım təşkilatları xəbərdarlıq edir: Qəzzada xidmətlər çökmə həddindədir #BMT və QHT-lər: İsrail qeydiyyat prosesi humanitar yardımı bloklayır #Qəzzada humanitar yardım risk altındadır – BMT-dən xəbərdarlıq #Beynəlxalq QHT-lərin çıxışı Qəzzada həyati xidmətləri təhlükəyə atır #UN Warns Israeli Restrictions Risk Collapse of Gaza Aid Operations #Aid Groups Say Israel Impediments Endanger Humanitarian Work in Gaza #NGOs Sound Alarm Over Politicized Registration Blocking Gaza Aid #Gaza Humanitarian Response at Risk Amid Israeli Restrictions #UN Says Deregistration of Aid Groups Would Be Catastrophic for Gaza

Mövzu üzrə digər xəbərlər

İordaniya və Misir misirli işçilərin vəziyyətini müzakirə edib
Misir

İordaniya və Misir misirli işçilərin vəziyyətini müzakirə edib

13 Sentyabr 19:43
İraq və İran Səudiyyə Ərəbistanına hücumu müzakirə edib
İran

İraq və İran Səudiyyə Ərəbistanına hücumu müzakirə edib

13 Sentyabr 19:40
İordaniya Kralı II Abdullah BƏƏ-yə səfər edib
BƏƏ

İordaniya Kralı II Abdullah BƏƏ-yə səfər edib

13 Sentyabr 18:43
İraq İran sərhədi yaxınlığında PUA buraxılış qurğuları aşkarlayıb
İraq

İraq İran sərhədi yaxınlığında PUA buraxılış qurğuları aşkarlayıb

13 Sentyabr 18:03

Son Xəbərlər

İslamabad Ər-Riyadla tam həmrəyliyini bəyan etdi
İslamabad Ər-Riyadla tam həmrəyliyini bəyan etdi
07:26
Siyasi sui-qəsdlərdən səhra cəbhələrinə - 14 sentyabrda ərəb dünyasının güc balansını dəyişən 20 tarixi fakt
Siyasi sui-qəsdlərdən səhra cəbhələrinə - 14 sentyabrda ərəb dünyasının güc balansını dəyişən 20 tarixi fakt
02:00
Tarixdə bu gün - 14 sentyabr
Tarixdə bu gün - 14 sentyabr
00:01
Cin sözünün mənası nədir? Etimologiyası və dini mənası
Cin sözünün mənası nədir? Etimologiyası və dini mənası
13 Sentyabr 22:00
Tramp İran məsələsində Venesuela variantını istisna etmir
Tramp İran məsələsində Venesuela variantını istisna etmir
13 Sentyabr 21:59
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.