9 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Yaxın Şərq
Yaxın Şərq

Tramp SDQ-yə qarşı Şəraanı dəstəklədiyini bildirib

Vaşinqton yeni Suriya rəhbərliyinin ölkəni birləşdirmə səylərini dəstəklədiyini açıqlayıb. ABŞ Prezidenti Donald Tramp Dəməşqin Suriya Demokratik Qüvvələrinə qarşı həyata keçirdiyi əməliyyatlardan sonra sahədəki inkişaflardan məmnunluğunu ifadə edərək, Suriya Prezidenti Əhməd əş-Şəraa ilə telefon danışığı apardığını bəyan edib. Məlumata görə, iki lider arasında baş tutan telefon danışığı Əhməd əş-Şəraanın Moskva səfəri ərəfəsində reallaşıb. Qeyd olunur ki, Moskva devrilmiş Suriya Prezidenti Bəşşar əl-Əsədin əsas siyasi dayaqlarından biri olub.

28 Yanvar 2026 20:06
Tramp SDQ-yə qarşı Şəraanı dəstəklədiyini bildirib
Bizi buradan izləyin və Bizə yazın

BAKI,AzerVoice, Orxan Qədirzadə

Vaşinqton yeni Suriya rəhbərliyinin ölkəni birləşdirmə səylərini dəstəklədiyini açıqlayıb.

AzerVoice xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp Dəməşqin Suriya Demokratik Qüvvələrinə qarşı həyata keçirdiyi əməliyyatlardan sonra sahədəki inkişaflardan məmnunluğunu ifadə edərək, Suriya Prezidenti Əhməd əş-Şəraa ilə telefon danışığı apardığını bəyan edib.

Məlumata görə, iki lider arasında baş tutan telefon danışığı Əhməd əş-Şəraanın Moskva səfəri ərəfəsində reallaşıb. Qeyd olunur ki, Moskva devrilmiş Suriya Prezidenti Bəşşar əl-Əsədin əsas siyasi dayaqlarından biri olub.

Donald Tramp jurnalistlərə açıqlamasında Əhməd əş-Şəraa ilə görüşünü yüksək qiymətləndirərək, söhbətin Suriya və regionla bağlı bütün əsas məsələləri əhatə etdiyini bildirib. ABŞ Prezidenti Suriyada proseslərin müsbət istiqamətdə irəlilədiyini və bundan məmnun olduqlarını vurğulayıb.

Trampın bu mövqeyi ABŞ Konqresindəki bəzi müttəfiqlərinin, xüsusilə senator Lindsi Qremin Suriyaya qarşı yenidən sanksiyaların tətbiqi çağırışları ilə ziddiyyət təşkil edir. Senator Qrem eyni zamanda Trampın regionda sabitliyin bərpasına töhfə verdiyini iddia edərək, Səudiyyə Ərəbistanını Suriyaya təsir imkanlarından istifadə etməyə çağırıb.

Məlumata əsasən, Suriya ordusu SDQ terror təşkilatı dəstələrinin müharibə dövründə nəzarətə götürdüyü ölkənin şimal və şərq bölgələrində nəzarəti bərpa etmək məqsədilə əməliyyatlara başlayıb. Əhməd əş-Şəraa Tramp ilə söhbəti zamanı Suriyanın ərazi bütövlüyünə, milli suverenliyinə sadiq qaldığını, dövlət institutlarının qorunması və vətəndaş barışının möhkəmləndirilməsində qətiyyətli olduqlarını vurğulayıb.

Xatırladaq ki, ABŞ uzun illər İŞİD-lə mübarizədə SDQ-ni əsas tərəfdaşlardan biri kimi dəstəkləyib. Lakin Əsəd rejiminin devrilməsindən sonra Vaşinqton Suriyada yeni hakimiyyətin ölkəni birləşdirmə cəhdlərinə dəstəyini açıq şəkildə ifadə etməyə başlayıb. ABŞ-ın Dəməşqdəki səfiri Tom Barrak da son açıqlamasında SDQ-nin İŞİD-lə mübarizədə rolunun artıq başa çatdığını bildirib.

Məqalədə: #Trump #Tramp Şamın SDQ-yə qarşı əməliyyatından sonra Şaranı tərifləyib #ABŞ Prezidenti Suriyada proseslərdən məmnunluğunu bildirib #Tramp və Şara arasında telefon danışığı baş tutub #Vaşinqton Suriyanın ərazi bütövlüyünə dəstəyini açıqlayıb #Suriya ordusunun SDQ-yə qarşı əməliyyatları ABŞ-da müzakirə olunur #Tramp: Suriyada işlər müsbət istiqamətdə gedir #Şam’ın SDG operasyonu sonrası Şara’yı övdü #ABD Başkanı Suriye’deki gelişmelerden memnun #Trump ile Suriye lideri Şara arasında kritik görüşme #Washington Suriye’nin toprak bütünlüğünü destekliyor #SDG’ye karşı operasyon ABD gündeminde #Trump: Suriye’de işler iyi gidiyor

Mövzu üzrə digər xəbərlər

Norveç Qaçqınlar Şurası İsrailin Livana hücumlarını dayandırmağa çağırıb
Livan

Norveç Qaçqınlar Şurası İsrailin Livana hücumlarını dayandırmağa çağırıb

18:35
İraq sularında 2 milyon barel neft daşıyan tanker hücuma məruz qalıb
İraq

İraq sularında 2 milyon barel neft daşıyan tanker hücuma məruz qalıb

18:20
Yəmən ordusundan genişmiqyaslı hücum - Qərbi Taiz və Qərb sahilində ağır toqquşmalar
Yəmən

Yəmən ordusundan genişmiqyaslı hücum - Qərbi Taiz və Qərb sahilində ağır toqquşmalar

14:45
Kərbəlaya xüsusi diqqət yetirilməyə vacibdi-Nizar Amidi
İraq

Kərbəlaya xüsusi diqqət yetirilməyə vacibdi-Nizar Amidi

12:45

Son Xəbərlər

Norveç Qaçqınlar Şurası İsrailin Livana hücumlarını dayandırmağa çağırıb
Norveç Qaçqınlar Şurası İsrailin Livana hücumlarını dayandırmağa çağırıb
18:35
ABŞ İrana qarşı müharibəni həm hərbi, həm də iqtisadi tədbirlərlə davam etdirəcək
ABŞ İrana qarşı müharibəni həm hərbi, həm də iqtisadi tədbirlərlə davam etdirəcək
18:29
İran həm danışıqlara, həm də cavab zərbələrinə hazır olduğunu açıqlayıb
İran həm danışıqlara, həm də cavab zərbələrinə hazır olduğunu açıqlayıb
18:25
İraq sularında 2 milyon barel neft daşıyan tanker hücuma məruz qalıb
İraq sularında 2 milyon barel neft daşıyan tanker hücuma məruz qalıb
18:20
Səudiyyə Ərəbistanı İranın İordaniyaya hücumlarını pisləyib
Səudiyyə Ərəbistanı İranın İordaniyaya hücumlarını pisləyib
18:15
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.