15 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Yaxın Şərq
Yaxın Şərq

İsrailin Livana son 24 saatda həyata keçirdiyi hücumlarda 39 nəfər ölüb

İsrailin Livanın müxtəlif bölgələrinə son 24 saat ərzində həyata keçirdiyi hava hücumları nəticəsində azı 39 nəfər həyatını itirib, çox sayda insan yaralanıb. Məlumata əsasən, ölkənin şərqində yerləşən Nəbi Şit qəsəbəsinə həyata keçirilən 10 hava hücumu nəticəsində 16 nəfər ölüb, 35 nəfər yaralanıb. Cənubdakı Kalaviya qəsəbəsinə edilən hücum zamanı isə 2 nəfər həyatını itirib.

7 Mart 2026 13:15
İsrailin Livana son 24 saatda həyata keçirdiyi hücumlarda 39 nəfər ölüb

BAKI,VOA

İsrailin Livanın müxtəlif bölgələrinə son 24 saat ərzində həyata keçirdiyi hava hücumları nəticəsində azı 39 nəfər həyatını itirib, çox sayda insan yaralanıb.

VOA xəbər verir ki, İsrailə məxsus döyüş təyyarələri ölkənin şərq və cənub bölgələrinə, həmçinin paytaxt Beyrutun cənubundakı Dahiya ərazisinə intensiv hava zərbələri endirib.

Məlumata əsasən, ölkənin şərqində yerləşən Nəbi Şit qəsəbəsinə həyata keçirilən 10 hava hücumu nəticəsində 16 nəfər ölüb, 35 nəfər yaralanıb. Cənubdakı Kalaviya qəsəbəsinə edilən hücum zamanı isə 2 nəfər həyatını itirib.

Ed-Duveyr qəsəbəsində həyata keçirilən hücumda 5 nəfər ölüb, 9 nəfər yaralanıb. Kefr Rumman qəsəbəsinə endirilən zərbə nəticəsində isə 2 nəfərin öldüyü bildirilib.

Mərvaniyə qəsəbəsi yaxınlığında bir evin hədəf alındığı hücumda 1 nəfər həyatını itirib.

Sayda şəhərində yerləşən Məqasid İslam Cəmiyyəti binasına endirilən hava zərbəsi nəticəsində 5 nəfər ölüb, 7 nəfər yaralanıb.

İsrailin Toul qəsəbəsində yerləşən İmam Mehdi məscidini hədəf aldığı, hücum nəticəsində məscidin ciddi zərər gördüyü və məscidin müəzzininin öldüyü bildirilib.

Bundan başqa, Kefr Tibnit qəsəbəsində iki ev bombalanaraq dağıdılıb. Cəbşit qəsəbəsinə edilən hücum zamanı isə 2 nəfər həyatını itirib.

Beyrutun cənub ətraflarında yerləşən Cemus, Haret əl-Hureyk, Əl-Hadas və Burc əl-Baracine bölgələrinin də hədəf alındığı hücumlarda 2 nəfərin öldüyü bildirilib.

Məqalədə: #İsrail #Livan #Beyrut #İsrail və Livan münaqişəsi

Mövzu üzrə digər xəbərlər

İordaniya və Almaniya 96,5 milyon avroluq maliyyələşdirmə sazişləri imzalayıb
İordaniya

İordaniya və Almaniya 96,5 milyon avroluq maliyyələşdirmə sazişləri imzalayıb

22:12
İordaniya Kralı Fransa parlamentinin nümayəndə heyətini qəbul edib
İordaniya

İordaniya Kralı Fransa parlamentinin nümayəndə heyətini qəbul edib

22:04
Əhməd əş-Şaraa BƏƏ rəhbərliyi ilə Suriyanın gələcəyini müzakirə edib
Suriya

Əhməd əş-Şaraa BƏƏ rəhbərliyi ilə Suriyanın gələcəyini müzakirə edib

21:44
İraq bir ixrac dəhlizindən asılı qala bilməz - Əli əz-Zeydi
İraq

İraq bir ixrac dəhlizindən asılı qala bilməz - Əli əz-Zeydi

21:16

Son Xəbərlər

İordaniya və Almaniya 96,5 milyon avroluq maliyyələşdirmə sazişləri imzalayıb
İordaniya və Almaniya 96,5 milyon avroluq maliyyələşdirmə sazişləri imzalayıb
22:12
Liviyada etirazlar neft hasilatını dayandırıb - NOC fors-major elan edə bilər
Liviyada etirazlar neft hasilatını dayandırıb - NOC fors-major elan edə bilər
22:08
Qətərin Baş nazirinin müavini Britaniya Kral Müdafiə Kollecinin rəhbəri ilə görüşüb
Qətərin Baş nazirinin müavini Britaniya Kral Müdafiə Kollecinin rəhbəri ilə görüşüb
22:06
İordaniya Kralı Fransa parlamentinin nümayəndə heyətini qəbul edib
İordaniya Kralı Fransa parlamentinin nümayəndə heyətini qəbul edib
22:04
Qətər və Səudiyyə Ərəbistanı milli ödəniş kartlarının qarşılıqlı istifadəsinə başlayır
Qətər və Səudiyyə Ərəbistanı milli ödəniş kartlarının qarşılıqlı istifadəsinə başlayır
22:01
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.