12 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Yaxın Şərq
Yaxın Şərq

İsrail qüvvələri Fitr bayramı namazının qılınmasına mane olub

İsrail qüvvələri fələstinli müsəlmanların Fitr bayramı namazını qılmalarına icazə verməyib. Paytaxt Qüdsün strateji nöqtələrində dinc sakinlərə qarşı güc tətbiq edildiyi bildirilir. Qüds bələdiyyəsinin rəsmi bəyanatında qeyd olunur ki, İsrail qüvvələri namaz qılmaq istəyən insanları Dəməşq qapısı (Bab əl-Amud) bölgəsindən zorla uzaqlaşdırıblar. Məlumata görə, bayram namazını Əl-Əqsa məscidi yaxınlığında qılmağa çalışan fələstinlilərə qarşı Sahirə qapısı (Bab əs-Sahirə) istiqamətində gözyaşardıcı qaz bombalarından istifadə edilib.

20 Mart 2026 09:36
İsrail qüvvələri Fitr bayramı namazının qılınmasına mane olub

BAKI,VOA, Nailə Babazadə

İsrail qüvvələri fələstinli müsəlmanların Fitr bayramı namazını qılmalarına icazə verməyib. Paytaxt Qüdsün strateji nöqtələrində dinc sakinlərə qarşı güc tətbiq edildiyi bildirilir.

VOA xəbər verir ki, Qüds bələdiyyəsinin rəsmi bəyanatında qeyd olunur ki, İsrail qüvvələri namaz qılmaq istəyən insanları Dəməşq qapısı (Bab əl-Amud) bölgəsindən zorla uzaqlaşdırıblar. Məlumata görə, bayram namazını Əl-Əqsa məscidi yaxınlığında qılmağa çalışan fələstinlilərə qarşı Sahirə qapısı (Bab əs-Sahirə) istiqamətində gözyaşardıcı qaz bombalarından istifadə edilib.

Hadisə bayramın ilk saatlarında, minlərlə insanın ibadət üçün toplandığı vaxt baş verib. İsrail təhlükəsizlik qüvvələrinin Qüdsün qədim şəhər hissəsinə giriş-çıxışı məhdudlaşdırdığı və namaz vaxtı əraziyə əlavə qüvvələrin cəlb olunduğu bildirilir. Bu addımlar fələstinlilər arasında böyük narazılığa və ərazidə gərginliyin daha da artmasına səbəb olub.

Qeyd edək ki, bu hadisələr regionda davam edən hərbi eskalasiya və İsrailin Fələstin ərazilərində tətbiq etdiyi sərt məhdudiyyətlər fonunda baş verir. Beynəlxalq təşkilatlar dəfələrlə müqəddəs yerlərdə ibadət azadlığının təmin olunması barədə çağırışlar etsələr də, hələlik ərazidə sabitlik əldə olunmayıb.

Məqalədə: #Fələstin #Qəzza zolağı #Qəzza hücumu #Qəzza münaqişəsi #Qəzza blokadası #Fələstin-İsrail münaqişəsi #Fələstin-İsrail iki dövlətli həll #İsrail Fələstin müharibəsi

Mövzu üzrə digər xəbərlər

Səudiyyə Ərəbistanı neft kəmərinin vurulmasına reaksiya verdi
Səudiyyə Ərəbistanı

Səudiyyə Ərəbistanı neft kəmərinin vurulmasına reaksiya verdi

00:15
Livanda narkotik əməliyyatı - Bəşşar Əsədin qohumu saxlanıldı
Suriya

Livanda narkotik əməliyyatı - Bəşşar Əsədin qohumu saxlanıldı

11 Sentyabr 23:14
İsrail Livanın cənubuna yeni hava zərbələri endirib
Livan

İsrail Livanın cənubuna yeni hava zərbələri endirib

11 Sentyabr 20:00
Yəməndə qiymət artımı və yeni köç böhranı gözlənilir
Yəmən

Yəməndə qiymət artımı və yeni köç böhranı gözlənilir

11 Sentyabr 18:34

Son Xəbərlər

Səudiyyə Ərəbistanı neft kəmərinin vurulmasına reaksiya verdi
Səudiyyə Ərəbistanı neft kəmərinin vurulmasına reaksiya verdi
00:15
12 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
12 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
00:10
Tarixdə bu gün - 12 sentyabr
Tarixdə bu gün - 12 sentyabr
00:01
Livanda narkotik əməliyyatı - Bəşşar Əsədin qohumu saxlanıldı
Livanda narkotik əməliyyatı - Bəşşar Əsədin qohumu saxlanıldı
11 Sentyabr 23:14
"Şərq-Qərb" neft kəməri hücumlar səbəbindən ehtiyat tədbiri olaraq dayandırıldı – Səudiyyə
"Şərq-Qərb" neft kəməri hücumlar səbəbindən ehtiyat tədbiri olaraq dayandırıldı – Səudiyyə
11 Sentyabr 23:07
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.