12 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Yaxın Şərq
Yaxın Şərq

Livanda raket daşıyan "Hizbullah" üzvləri həbs edilib

Paytaxt Beyrutda raket və digər hərbi silahların qanunsuz dövriyyəsi və daşınması ittihamı ilə dörd nəfər barəsində məhkəmə prosesi başlayıb. "Şərq əl-Avsat" qəzetinin yaydığı məlumata görə, hərbi müstəntiq Qada Əbu Əlvan tərəfindən dindirilən iki "Hizbullah" üzvü barəsində həbs qərarı çıxarılıb. Sözügedən şəxslər iki həftə əvvəl Cəbəl-Livan bölgəsinin Kəfrahuna kəndində Bəqaa vadisindən ölkənin cənubuna 21 ədəd raket daşıyarkən saxlanılıblar.

24 Mart 2026 20:36
Livanda raket daşıyan "Hizbullah" üzvləri həbs edilib

BAKI, VOA, Orxan Qədirzadə

Paytaxt Beyrutda raket və digər hərbi silahların qanunsuz dövriyyəsi və daşınması ittihamı ilə dörd nəfər barəsində məhkəmə prosesi başlayıb.

VOA xəbər verir ki, "Şərq əl-Avsat" qəzetinin yaydığı məlumata görə, hərbi müstəntiq Qada Əbu Əlvan tərəfindən dindirilən iki "Hizbullah" üzvü barəsində həbs qərarı çıxarılıb. Sözügedən şəxslər iki həftə əvvəl Cəbəl-Livan bölgəsinin Kəfrahuna kəndində Bəqaa vadisindən ölkənin cənubuna 21 ədəd raket daşıyarkən saxlanılıblar.

Məhkəmə prosesində iştirak edən mənbələrin bildirdiyinə görə, təqsirləndirilən şəxslər raketləri daşıdıqlarını etiraf ediblər. Lakin onlar bu hərəkətlərini "İsrail işğalına qarşı müqavimət borcu" kimi əsaslandırmağa çalışıblar. Buna baxmayaraq, məhkəmə bu fəaliyyəti Livan hökumətinin "Hizbullah"ın hərbi və təhlükəsizlik fəaliyyətlərini qadağan edən rəsmi qərarının kobud şəkildə pozulması kimi qiymətləndirib.

Məhkəmə qərarı Livanın Silah haqqında qanununun 72-ci və Cinayət Məcəlləsinin 288-ci maddələrinə əsaslanıb. Bu maddələr lisenziyasız silah daşınmasını və dövlətin bitərəflik siyasətini pozaraq ölkəni hərbi təhlükəyə məruz qoyan hərəkətləri cinayət hesab edir. Müstəntiq hakimlər Corc Mezher və Rayan Əl-Masri tərəfindən digər üzvlər barəsində də oxşar ittihamlarla – pulemyot və tapançaların qanunsuz daşınmasına görə həbs qərarları verilib. Məhkəmə həmçinin bütün ələ keçirilmiş silahların Livan ordusunun xeyrinə müsadirə edilməsinə dair göstəriş verib.

Hüquq müdafiəçiləri və vəkillərin bir hissəsinin Ədliyyə Sarayı önündə keçirdikləri etiraz aksiyalarına və azadlığa buraxılma tələblərinə baxmayaraq, hərbi prokurorluq girov müqabilində azadlığa buraxılma vəsatətlərini rədd edib.

Məqalədə: #Livan hərbi məhkəməsindən tarixi qərar: Hizbullah üzvləri həbs edilib. #21 raketin gizli daşınması ifşa olundu: Livan ordusu silahları müsadirə edib. #Hökumətin qadağasını pozan Hizbullah üzvləri barəsində həbs qətimkan tədbiri seçilib. #Livan prokurorluğu: Silah daşınması ölkəni hərbi təhlükəyə məruz qoyur. #Müstəntiq hakimdən sərt addım: Hizbullahın sığınacaq bəhanələri rədd edilib. #Beyrutda gərginlik: Raket qaçaqmalçılığı ilə bağlı məhkəmə prosesi davam edir.

Mövzu üzrə digər xəbərlər

Səudiyyə Ərəbistanı neft kəmərinin vurulmasına reaksiya verdi
Səudiyyə Ərəbistanı

Səudiyyə Ərəbistanı neft kəmərinin vurulmasına reaksiya verdi

00:15
Livanda narkotik əməliyyatı - Bəşşar Əsədin qohumu saxlanıldı
Suriya

Livanda narkotik əməliyyatı - Bəşşar Əsədin qohumu saxlanıldı

11 Sentyabr 23:14
İsrail Livanın cənubuna yeni hava zərbələri endirib
Livan

İsrail Livanın cənubuna yeni hava zərbələri endirib

11 Sentyabr 20:00
Yəməndə qiymət artımı və yeni köç böhranı gözlənilir
Yəmən

Yəməndə qiymət artımı və yeni köç böhranı gözlənilir

11 Sentyabr 18:34

Son Xəbərlər

Səudiyyə Ərəbistanı neft kəmərinin vurulmasına reaksiya verdi
Səudiyyə Ərəbistanı neft kəmərinin vurulmasına reaksiya verdi
00:15
12 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
12 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
00:10
Tarixdə bu gün - 12 sentyabr
Tarixdə bu gün - 12 sentyabr
00:01
Livanda narkotik əməliyyatı - Bəşşar Əsədin qohumu saxlanıldı
Livanda narkotik əməliyyatı - Bəşşar Əsədin qohumu saxlanıldı
11 Sentyabr 23:14
"Şərq-Qərb" neft kəməri hücumlar səbəbindən ehtiyat tədbiri olaraq dayandırıldı – Səudiyyə
"Şərq-Qərb" neft kəməri hücumlar səbəbindən ehtiyat tədbiri olaraq dayandırıldı – Səudiyyə
11 Sentyabr 23:07
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.