14 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Yaxın Şərq
Yaxın Şərq

İsrailin məqsədi ölkədə daxili qarışıqlıq yaratmaqdır - Livan

Livan Silahlı Qüvvələrinin rəhbəri Rudolf Heykel ölkənin cənubunda yerləşən hərbi birliklərə baş çəkərək, İsrailin artan hərbi təzyiqləri və regional sabitlik barədə mühüm bəyanatlar verib. Komandir və əsgərlərlə görüşən Heykel, Livan ordusunun bütün çətinliklərə baxmayaraq, ölkənin suverenliyini qorumaq üçün böyük fədakarlıq göstərdiyini vurğulayıb.

9 Aprel 2026 20:31
İsrailin məqsədi ölkədə daxili qarışıqlıq yaratmaqdır - Livan

BAKI,VOA, Nailə Babazadə

Livan Silahlı Qüvvələrinin rəhbəri Rudolf Heykel ölkənin cənubunda yerləşən hərbi birliklərə baş çəkərək, İsrailin artan hərbi təzyiqləri və regional sabitlik barədə mühüm bəyanatlar verib.

VOA xəbər verir ki, komandir və əsgərlərlə görüşən Heykel, Livan ordusunun bütün çətinliklərə baxmayaraq, ölkənin suverenliyini qorumaq üçün böyük fədakarlıq göstərdiyini vurğulayıb.

Rudolf Heykel İsrailin son dövrlərdə intensivləşən hücumlarını "sistematik və strateji" addım kimi qiymətləndirib. O bildirib ki, bu hücumların əsas hədəfi Livanın daxili sabitliyini sarsıtmaq və ölkədə xaos yaratmaqdır. Baş Qərargah rəisi ordunu hədəf alan qarayaxma kampaniyalarına da reaksiya verərək, hərbi qurumun dövlət otoritetini bütün ölkə ərazisində bərpa etmək əzmində olduğunu qeyd edib.

Xəbər verilir ki, İsrail ordusu dünən günorta saatlarında Beyrutla yanaşı, ölkənin şərq və cənub bölgələrinə heç bir ön xəbərdarlıq etmədən təxminən 100 hava zərbəsi endirib. Livan Mülki Müdafiə İdarəsinin məlumatına görə, bu hücumlar nəticəsində ən azı 254 nəfər həyatını itirib. Bu rəqəm 2026-cı il martın 2-dən bəri davam edən münaqişənin ən qanlı günü kimi qeydə alınıb.

Bu hadisələr ABŞ və İran arasında əldə olunmuş müvəqqəti atəşkəs razılaşmasının elan edildiyi, lakin tərəflərin Livan cəbhəsi ilə bağlı ziddiyyətli bəyanatlar verdiyi bir vaxta təsadüf edir. Rudolf Heykel ordunun vəzifəsinin başında olduğunu və hər hansı daxili və ya xarici təhdidə qarşı ölkəni qorumağa davam edəcəyini bir daha təsdiqləyib.

Məqalədə: #Livan #İsrail və Livan münaqişəsi #İsrail-Livan sərhədi #İsrail Livan münasibətləri #Livan-İsrail gərginliyi #Livan-İsrail münasibətləri #Livan İsrail gərginliyi

Mövzu üzrə digər xəbərlər

İordaniya və Misir misirli işçilərin vəziyyətini müzakirə edib
Misir

İordaniya və Misir misirli işçilərin vəziyyətini müzakirə edib

13 Sentyabr 19:43
İraq və İran Səudiyyə Ərəbistanına hücumu müzakirə edib
İran

İraq və İran Səudiyyə Ərəbistanına hücumu müzakirə edib

13 Sentyabr 19:40
İordaniya Kralı II Abdullah BƏƏ-yə səfər edib
BƏƏ

İordaniya Kralı II Abdullah BƏƏ-yə səfər edib

13 Sentyabr 18:43
İraq İran sərhədi yaxınlığında PUA buraxılış qurğuları aşkarlayıb
İraq

İraq İran sərhədi yaxınlığında PUA buraxılış qurğuları aşkarlayıb

13 Sentyabr 18:03

Son Xəbərlər

Yuxuda köstəbək görmək
Yuxuda köstəbək görmək
08:00
Səudiyyə Ərəbistanı ilk milli avtomobil brendini sentyabrın 21-də təqdim edəcək
Səudiyyə Ərəbistanı ilk milli avtomobil brendini sentyabrın 21-də təqdim edəcək
07:56
İslamabad Ər-Riyadla tam həmrəyliyini bəyan etdi
İslamabad Ər-Riyadla tam həmrəyliyini bəyan etdi
07:26
Siyasi sui-qəsdlərdən səhra cəbhələrinə - 14 sentyabrda ərəb dünyasının güc balansını dəyişən 20 tarixi fakt
Siyasi sui-qəsdlərdən səhra cəbhələrinə - 14 sentyabrda ərəb dünyasının güc balansını dəyişən 20 tarixi fakt
02:00
Tarixdə bu gün - 14 sentyabr
Tarixdə bu gün - 14 sentyabr
00:01
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.