14 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Yaxın Şərq
Yaxın Şərq

İsrail ordusu Qəzzanın şimalında məktəblini sinif yoldaşlarının gözü qarşısında qətlə yetirib

Qəzza zolağının Təhsil və Ali Təhsil Nazirliyinin verdiyi məlumata görə, cümə axşamı İsrail ordusu Beyt Lahiya şəhərində fələstinli azyaşlı qız Ritac Reyhanı qətlə yetirib. İnsident uşaqlar məktəb çadırında dərs masası arxasında əyləşdiyi zaman baş verib. Nazirliyin bəyanatında bildirilir ki, "Əbu Ubeydə bin əl-Cərrah" məktəbinin 3-cü sinif şagirdi olan Ritac İsrail hərbçilərinin açdığı atəş nəticəsində həyatını itirib. Hadisə onun sinif yoldaşları arasında ağır psixoloji travmaya və şoka səbəb olub.

9 Aprel 2026 22:51
İsrail ordusu Qəzzanın şimalında məktəblini sinif yoldaşlarının gözü qarşısında qətlə yetirib

BAKI,VOA

Qəzza zolağının Təhsil və Ali Təhsil Nazirliyinin verdiyi məlumata görə, cümə axşamı İsrail ordusu Beyt Lahiya şəhərində fələstinli azyaşlı qız Ritac Reyhanı qətlə yetirib.

VOA xəbər verir ki, insident uşaqlar məktəb çadırında dərs masası arxasında əyləşdiyi zaman baş verib.

Nazirliyin bəyanatında bildirilir ki, "Əbu Ubeydə bin əl-Cərrah" məktəbinin 3-cü sinif şagirdi olan Ritac İsrail hərbçilərinin açdığı atəş nəticəsində həyatını itirib. Hadisə onun sinif yoldaşları arasında ağır psixoloji travmaya və şoka səbəb olub.

Fələstin rəsmiləri bu hadisəni İsrailin "uzun və qara vəhşilik siyahısına əlavə olunan növbəti qanlı cinayət" kimi xarakterizə ediblər. Nazirlik vurğulayıb ki, bu, təsadüfi bir hadisə deyil, iki il yarımdan artıqdır davam edən, on minlərlə uşağın ölümünə, infrastrukturun tamamilə məhvinə və Qəzzadakı bütün məktəblərin yerlə-yeksan edilməsinə səbəb olan təcavüzün tərkib hissəsidir.

Beynəlxalq ictimaiyyətin səssizliyini "cinayətə şərik olmaq" kimi qiymətləndirən qurum, təcili araşdırma aparılmasına və məsuliyyət daşıyanların cəzalandırılmasına çağırıb.

Çadırlarda təhsil mübarizəsi

2023-cü ilin oktyabrından bəri davam edən müharibə nəticəsində Qəzzada təhsil prosesi tamamilə dayanıb. Yüzlərlə məktəb dağıdılıb, qalanları isə məcburi köçkünlər üçün sığınacağa çevrilib. Bu vəziyyət təxminən 700 min şagirdi təhsil hüququndan məhrum edib.

Buna baxmayaraq, bəzi ərazilərdə könüllü müəllimlər sıxlıq olan çadırlarda dərslər keçməyə çalışırlar. Lakin bu müvəqqəti siniflər həm əlverişsiz hava şəraiti, həm də daimi təhlükəsizlik riskləri ilə üz-üzədir.

Atəşkəs pozuntuları və ümumi itkilər

Məlumata görə, İsrail ordusu hər gün atəşkəs razılaşmasını pozaraq atəş açmağa və bombardmanlara davam edir. Atəşkəs qüvvəyə mindiyi gündən bəri bu pozuntular nəticəsində 738 fələstinli şəhid olub, 2036 nəfər isə yaralanıb.

ABŞ-ın dəstəyi ilə aparılan bu genişmiqyaslı müharibə nəticəsində 72 mindən çox insan ölüb,172 mindən çox yaralanıb və bölgənin 90%-i tamamilə dağıdılıb.

Məqalədə: #Qəzza #Qəzza zolağı #İsrail ordusu #Qəzza hücumu #Qəzza böhranı və ərəb mövqeyi #Qəzza münaqişəsi #Trampın Qəzza planı #Qəzzanın yenidən qurulması #Qəzza müharibəsi #Qəzza blokadası #Humanitar fəlakət Qəzza #Qəzzada infrastruktur yeniləmələri #uşaq ölümləri #2026 müharibəsi #Ritac Reyhan #Beyt Lahiya #Qəzza məktəbləri

Mövzu üzrə digər xəbərlər

İordaniya Ərəb Əmək Konfransına sədrlik edir
İordaniya

İordaniya Ərəb Əmək Konfransına sədrlik edir

13:40
İran Yəməndəki müharibəyə müdaxilə etmədiyini açıqlayıb
İran

İran Yəməndəki müharibəyə müdaxilə etmədiyini açıqlayıb

13:27
İraq Türkiyə ixracatının yeddinci ən böyük bazarı olub
İraq

İraq Türkiyə ixracatının yeddinci ən böyük bazarı olub

12:55
İsrailin müdafiə naziri Livanın cənubu ilə bağlı hədələyici açıqlama verib
Yaxın Şərq

İsrailin müdafiə naziri Livanın cənubu ilə bağlı hədələyici açıqlama verib

12:24

Son Xəbərlər

Cənubi Koreya husilərin Səudiyyə Ərəbistanına hücumunu pisləyib
Cənubi Koreya husilərin Səudiyyə Ərəbistanına hücumunu pisləyib
14:05
Çin husiləri Səudiyyə Ərəbistanına hücumları dayandırmağa çağırıb
Çin husiləri Səudiyyə Ərəbistanına hücumları dayandırmağa çağırıb
14:00
İordaniya Ərəb Əmək Konfransına sədrlik edir
İordaniya Ərəb Əmək Konfransına sədrlik edir
13:40
İran Yəməndəki müharibəyə müdaxilə etmədiyini açıqlayıb
İran Yəməndəki müharibəyə müdaxilə etmədiyini açıqlayıb
13:27
"Naza" filminin müəllifləri vətənə xəyanətdə ittiham olunur
"Naza" filminin müəllifləri vətənə xəyanətdə ittiham olunur
13:12
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.