6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Yaxın Şərq
Yaxın Şərq

Livan ordusundan açıqlama: İsrail vətəndaşları sərhədi keçib

Livan ordusu beş İsrail vətəndaşının sərhədi keçərək Livan ərazisinə daxil olduğunu açıqlayıb. Hərbçilərin həmin şəxsləri saxlayaraq yenidən İsrail tərəfinə təhvil verdiyi bildirilib. Livan ordusu hadisəni ciddi insident və cinayət əməli kimi qiymətləndirib.

23 May 2026 18:15
Livan ordusundan açıqlama: İsrail vətəndaşları sərhədi keçib

BAKI,VOA,Yusif Şərifzadə

Livan ordusu İsrail vətəndaşlarının sərhədi keçərək Livan ərazisinə daxil olması ilə bağlı məlumat yayıb. Hadisə bölgədə davam edən təhlükəsizlik gərginliyi fonunda yeni diqqət mərkəzinə çevrilib.

VOA xəbər verir ki, Livan ordusunun X platformasında yaydığı açıqlamaya əsasən, beş İsrail vətəndaşı sərhədi keçərək Livan ərazisinə bir neçə metr daxil olub.

Məlumata görə, Livan hərbçiləri hadisəyə operativ müdaxilə edərək həmin şəxsləri saxlayıb və daha sonra İsrail tərəfinə qaytararaq İsrail polisinə təhvil verib.

Livan ordusu hadisəni sərt şəkildə qiymətləndirərək bunun qəbuledilməz olduğunu bildirib. Açıqlamada qeyd olunub:

“Bu keçid ciddi insidentdir və cinayət əməli hesab olunur.”

Məlumatda həmçinin vurğulanıb ki, radikal sağçı israilli qruplar zaman-zaman qonşu ərazilərə daxil olmağa cəhd göstərirlər. Belə hadisələrin daha əvvəl Qəzza bölgəsində və işğal altındakı İordan çayının qərb sahilində də müşahidə olunduğu qeyd edilib.

Analitiklər hesab edirlər ki, İsrail-Livan sərhədində onsuz da yüksək olan gərginlik fonunda bu cür hadisələr təhlükəsizlik risklərini daha da artıra bilər.

Məqalədə: #Livan xəbərləri #Livan ordusu #İsrail-Livan sərhədi #Sərhəd təhlükəsizliyi #Təhlükəsizlik böhranı #regional gərginlik #təhlükəsizlik insidenti #Yaxın Şərq qarşıdurması #sərhəd pozuntusu #İsrail vətəndaşları #hərbi nəzarət #İsrail-Livan münasibətləri #radikal qruplar

Mövzu üzrə digər xəbərlər

Livan prezidenti İsraildə saxlanılan vətəndaşların azad edilməsinə görə təşəkkür edib
Livan

Livan prezidenti İsraildə saxlanılan vətəndaşların azad edilməsinə görə təşəkkür edib

4 Sentyabr 18:19
İran və İordaniya arasında diplomatik gərginlik artır
İordaniya

İran və İordaniya arasında diplomatik gərginlik artır

4 Sentyabr 17:14
İsrail silahlı qruplarla əlaqəsi aşkarlanmayan beş Livan vətəndaşını azad edib
Livan

İsrail silahlı qruplarla əlaqəsi aşkarlanmayan beş Livan vətəndaşını azad edib

3 Sentyabr 18:44
Küveyt İranın hücumlarını bölgə üçün təhlükəli gərginlik adlandırıb
Küveyt

Küveyt İranın hücumlarını bölgə üçün təhlükəli gərginlik adlandırıb

3 Sentyabr 18:08

Son Xəbərlər

Qətərin Həməd limanında 90 min ton taxıl aşırılıb
Qətərin Həməd limanında 90 min ton taxıl aşırılıb
17:00
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Hərbi Dəniz Qüvvələrində olublar (FOTO)
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Hərbi Dəniz Qüvvələrində olublar (FOTO)
15:34
Oktyabr seçkiləri öncəsi qələbə axtarışı - Netanyahunun Əli ət-Tahir planı nədir?
Oktyabr seçkiləri öncəsi qələbə axtarışı - Netanyahunun Əli ət-Tahir planı nədir?
15:00
Qətərdə məktəblərdə məcburi yoxlamalar başlayır - uşaqların inkişafı erkən yaşdan izlənəcək
Qətərdə məktəblərdə məcburi yoxlamalar başlayır - uşaqların inkişafı erkən yaşdan izlənəcək
14:53
Əl-Racihi Bank 600 milyon dollarlıq sosial sukuk emissiyasını tamamlayıb
Əl-Racihi Bank 600 milyon dollarlıq sosial sukuk emissiyasını tamamlayıb
14:23
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.