Flora Kərimova və ərəb vokal məktəbi - müqayisəli təhlil və tarixi reallıqlar
Azərbaycan estradasının və vokal sənətinin ən mürəkkəb simalarından olan Xalq artisti Flora Kərimovanın yaradıcılığı ərəb musiqi irsi ilə müqayisə edildikdə, həm ifa texnikası, həm də sənətkar xarakteri baxımından çox aydın paralellər üzə çıxır.
Nə üçün açarı Tehranın əlində olan Hizbullah heç vaxt milli müqavimət hesab edilə bilməz?
Livanda onilliklər boyu toplanmış siyasi, iqtisadi və məzhəb ziddiyyətləri kimi köklü problemlər mövcuddur; bu problemlərə dövləti daxildən gəmirən və livanlıların sərvətlərini itirməsinə gətirib çıxaran korrupsiya da əlavə olunub.
İsrailin Livanda ağ fosfordan istifadə etdiyi təsdiqlənib
"The New York Times" qəzeti apardığı araşdırmanın nəticələrini dərc edərək bildirib ki, yoxlanılmış vizual sübutlar və videoqeydlər İsrail ordusunun Livanın cənubunda əhalinin sıx yaşadığı məskunlaşma məntəqələrində tərkibində ağ fosfor olan hərbi sursatlardan istifadə etdiyini göstərir.
Livan ordusundan açıqlama: İsrail vətəndaşları sərhədi keçib
Livan ordusu beş İsrail vətəndaşının sərhədi keçərək Livan ərazisinə daxil olduğunu açıqlayıb. Hərbçilərin həmin şəxsləri saxlayaraq yenidən İsrail tərəfinə təhvil verdiyi bildirilib. Livan ordusu hadisəni ciddi insident və cinayət əməli kimi qiymətləndirib.
Türkiyə Livana 730 ton humanitar yardım göndərib
Türkiyənin AFAD və Türk Qızılayı tərəfindən hazırlanan, daxilində 730 ton humanitar yardım olan gəmi Livanın paytaxtı Beyrutun limanına çatıb. İsrailin hücumları nəticəsində ölkə daxilində bir milyondan çox insanın (əhalinin təxminən 20%-i) didərgin düşməsi fonunda göndərilən bu yardım paketinə 7 min 200 çadır, 10 mindən çox qida bağlaması, 28 min ədyal və minlərlə gigiyena dəsti daxildir. Yardımların Livan Yüksək Yardım Komitəsinə təhvil verilərək qısa müddətdə sığınacaq mərkəzlərində və ondan kənarda yaşayan ehtiyac sahibi ailələrə paylanması planlaşdırılır.
Livan səhiyyə nazirliyi bambardman nəticəsində ölənlərin sayını açıqladı
Livanın səhiyyə naziri İsrail ordusunun ötən gün ölkə ərazisinə endirdiyi genişmiqyaslı hava zərbələrinin ağır nəticələrinə dair yenilənmiş məlumatları açıqlayıb. Rəsmi rəqəmlər itkilərin kəskin şəkildə artdığını təsdiqləyir.
Səudiyyə Ərəbistanı öz vətəndaşlarını Livanı dərhal tərk etməyə çağırıb
Səudiyyə Ərəbistanı cümə günü Livandakı vətəndaşlarına müraciət edərək, bu ölkədəki mövcud vəziyyəti nəzərə alaraq onları ərazini dərhal tərk etməyə çağırıb.VOA xəbər verir ki, Səudiyyə Ərəbistanının Beyrutdakı səfirliyi vətəndaşlardan Livana səfər qadağası qərarına ciddi şəkildə əməl etmələrini tələb edib. Diplomatik nümayəndəlik hazırda Livan Respublikasında olan vətəndaşları baş verən hadisələrin fəsadlarını və təhlükəsizlik risklərini nəzərə alaraq ölkəni təcili şəkildə tərk etməyə səsləyib.
Beyrut küçələrindən İrana uzanan zəncir: Livanın iradəsi kimin əlindədir?
Livan özünü növbəti dəfə çoxşaxəli bir çıxılmaz vəziyyətdə tapıb. Vətəndaşlarının əksəriyyətinin dili ilə desək, ölkə özünün seçmədiyi bir müharibəyə sürüklənib. Bu çıxılmaz vəziyyət, müxtəlif tayfa qruplarına öz müstəqil xarici siyasətlərini yürütmək, "öz ordularına" və paralel sosial institutlarına sahib olmaq hüququ verən daxili parçalanmanı daha da dərinləşdirir. Belə ki, hökumətdə təmsil olunan "Şiə İkiliyi" (Hizbullah və Amal), elə həmin hökumətin Xarici İşlər Nazirliyinin İran səfirinin akkreditasiyasını ləğv etmək barədə qərarını rədd edir.
Hizbullahın səhvləri Livanı uçuruma aparır, SEPAH milli təhlükəsizliyimizə təhdiddir – Livan baş naziri
Livan hökumətinin başçısı hakim Nəvaf Salam ,Beyrut İsrailin Livana qarşı müharibəsini dayandırmaq, bunun ümumilikdə livanlılara, xüsusən də məcburi köçkünlərə göstərdiyi fəlakətli təsirləri azaltmaq üçün siyasi və diplomatik müstəvidə əlindən gələni edir. Baş nazir Salam qeyd edib ki, diplomatik səylər hələ arzulanan nəticəni verməyib. Buna səbəb Livanın vəziyyətinin regiondakı böhranlar və davam edən müharibə ilə bağlı olmasıdır.
İsrailin Hava Hücumunda Livanda 6 Nəfər Həlak Olub
İsrail hərbi təyyarələrinin Livanın cənubunda yerləşən Nəbatiyə şəhərinə bağlı Cəbşit qəsəbəsinə endirdiyi hava zərbələri nəticəsində 6 nəfər həyatını itirib. Ölənlərdən 4-nün eyni ailənin üzvləri olduğu bildirilir. Livanın rəsmi xəbər agentliyi NNA-nın yaydığı məlumata görə, İsrail hərbi təyyarələri Cəbşit qəsəbəsində bir neçə hava hücumu həyata keçirib. Hücum nəticəsində 6 nəfər həlak olub, onlardan 4-ü eyni ailənin üzvləri olub. Bildirilir ki, İsrail təyyarələri səhər saatlarında qəsəbədə başqa bir yaşayış evini də hədəfə alıb. Hücum nəticəsində həmin ev tamamilə dağılıb.
Doha Livan ordusuna dəstək üzrə beynəlxalq hazırlıq görüşünə ev sahibliyi edəcək
Qətərin paytaxtı Dohada bazar günü Livan Silahlı Qüvvələri və Daxili Təhlükəsizlik Qüvvələrinə dəstək məqsədilə Parisdə keçiriləcək beynəlxalq konfrans ərəfəsində hazırlıq iclası baş tutacaq. Doha görüşündə Fransa, ABŞ, Səudiyyə Ərəbistanı, Qətər və Misir olmaqla beş sponsor ölkə, eləcə də digər dövlətlər və beynəlxalq təşkilatlar iştirak edəcək. Məqsəd Livan ordusunun ehtiyaclarını müəyyənləşdirmək və martın 5-də Parisdə keçiriləcək əsas konfrans üçün maliyyə və hərbi dəstək mexanizmlərini formalaşdırmaqdır.
Küveyt Livanın səkkiz xəstəxanasını terror siyahısına salıb
Küveyt Xarici İşlər Nazirliyi bazar günü yaydığı sənədlə "terrorizmlə mübarizə" qaydaları çərçivəsində Livanın səkkiz xəstəxanasını müvafiq siyahıya daxil etdiyini bildirib. Küveyt tərəfinin bu addımı regionda geniş rezonans doğurub. Livanın Səhiyyə Nazirliyi Küveytin bu qərarını "böyük təəccüblə" qarşıladıqlarını bəyan edib. Nazirlik tərəfindən verilən rəsmi açıqlamada qeyd olunub ki, bu məsələ ilə bağlı Küveytin hər hansı bir qurumundan əvvəlcədən heç bir məlumat və ya bildiriş daxil olmayıb. Bildirilib ki, nazirlik məsələyə aydınlıq gətirilməsi üçün rəsmi müraciət edəcək.