9 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Yaxın Şərq
Yaxın Şərq

İsrail ordusu Livandakı tarixi Şakif qalasını nəzarətə götürdüyünü açıqlayıb

İsrail ordusu Livanın cənubunda hərbi əməliyyatların genişləndirilməsi çərçivəsində strateji əhəmiyyətə malik Şakif qalasını nəzarətə götürdüyünü bəyan edib. Bildirilib ki, Litani çayına, Nəbatiyyə şəhərinə və ətraf yaşayış məntəqələrinə nəzarət imkanı verən strateji yüksəklikdə yerləşən Şakif qalası quru qoşunları tərəfindən ələ keçirilib

31 May 2026 17:54
İsrail ordusu Livandakı tarixi Şakif qalasını nəzarətə götürdüyünü açıqlayıb

BAKI,VOA, Fərid Mikayılov

İsrail ordusu Livanın cənubunda hərbi əməliyyatların genişləndirilməsi çərçivəsində strateji əhəmiyyətə malik Şakif qalasını nəzarətə götürdüyünü bəyan edib.

VOA xəbər verir ki, son günlər Livanın cənubunda yerləşən Vadi Seluki və Şakif yüksəklikləri istiqamətində genişmiqyaslı əməliyyatlar həyata keçirilib.

Bildirilib ki, Litani çayına, Nəbatiyyə şəhərinə və ətraf yaşayış məntəqələrinə nəzarət imkanı verən strateji yüksəklikdə yerləşən Şakif qalası quru qoşunları tərəfindən ələ keçirilib.

Livanın mədəniyyət naziri Qassan Səlamə isə İsraili tarixi abidəni məqsədli şəkildə hədəfə almaqda ittiham edib. Nazir bildirib ki, qala hərbi nəzarətə götürülməzdən əvvəl intensiv hücumlara məruz qalıb və nəticədə tarixi tikilidə ciddi ziyan yarandığı ehtimal olunur.

Onun sözlərinə görə, davam edən hərbi əməliyyatlar səbəbindən mütəxəssislərin əraziyə göndərilməsi və ziyanın dəqiq qiymətləndirilməsi hələlik mümkün deyil.

Qassan Səlamə həmçinin qeyd edib ki, Livanın cənubundakı bir sıra tarixi bazarlar, kitabxanalar və arxeoloji ərazilər də son aylarda zərər görüb. O, ölkəsinin bu məsələ ilə bağlı UNESCO çərçivəsində araşdırma aparılması üçün müraciət edəcəyini bildirib.

Qeyd edək ki, Livan və İsrail arasında əldə olunmuş atəşkəs razılaşmasına baxmayaraq, tərəflər bir-birini pozuntularda ittiham edir. Regionda gərginlik isə hələ də davam edir.

Məqalədə: #İsrail #Livan #İsrail ordusu

Mövzu üzrə digər xəbərlər

Norveç Qaçqınlar Şurası İsrailin Livana hücumlarını dayandırmağa çağırıb
Livan

Norveç Qaçqınlar Şurası İsrailin Livana hücumlarını dayandırmağa çağırıb

18:35
İraq sularında 2 milyon barel neft daşıyan tanker hücuma məruz qalıb
İraq

İraq sularında 2 milyon barel neft daşıyan tanker hücuma məruz qalıb

18:20
Yəmən ordusundan genişmiqyaslı hücum - Qərbi Taiz və Qərb sahilində ağır toqquşmalar
Yəmən

Yəmən ordusundan genişmiqyaslı hücum - Qərbi Taiz və Qərb sahilində ağır toqquşmalar

14:45
Kərbəlaya xüsusi diqqət yetirilməyə vacibdi-Nizar Amidi
İraq

Kərbəlaya xüsusi diqqət yetirilməyə vacibdi-Nizar Amidi

12:45

Son Xəbərlər

Norveç Qaçqınlar Şurası İsrailin Livana hücumlarını dayandırmağa çağırıb
Norveç Qaçqınlar Şurası İsrailin Livana hücumlarını dayandırmağa çağırıb
18:35
ABŞ İrana qarşı müharibəni həm hərbi, həm də iqtisadi tədbirlərlə davam etdirəcək
ABŞ İrana qarşı müharibəni həm hərbi, həm də iqtisadi tədbirlərlə davam etdirəcək
18:29
İran həm danışıqlara, həm də cavab zərbələrinə hazır olduğunu açıqlayıb
İran həm danışıqlara, həm də cavab zərbələrinə hazır olduğunu açıqlayıb
18:25
İraq sularında 2 milyon barel neft daşıyan tanker hücuma məruz qalıb
İraq sularında 2 milyon barel neft daşıyan tanker hücuma məruz qalıb
18:20
Səudiyyə Ərəbistanı İranın İordaniyaya hücumlarını pisləyib
Səudiyyə Ərəbistanı İranın İordaniyaya hücumlarını pisləyib
18:15
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.