6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Yaxın Şərq
Yaxın Şərq

Qəzzada İsrail zərbəsi nəticəsində "Əl-Cəzirə"nin operatoru həlak olub

Qəzzanın Bureyc qaçqın düşərgəsində İsrail hava zərbəsi nəticəsində "Əl-Cəzirə Mübaşir" kanalının operatoru Əhməd Vişah həlak olub. "Əl-Cəzirə" hadisəni jurnalistlərə qarşı növbəti hücum kimi qiymətləndirib. Gün ərzində Qəzzada baş verən hücumlarda azı 10 nəfərin öldüyü bildirilir. Əhməd Vişahın qardaşı Məhəmməd Vişah da bu ilin aprel ayında İsrail atəşi nəticəsində həyatını itirmişdi. İsrail ordusu onun HƏMAS-la əlaqəli olduğunu iddia etsə də, bununla bağlı sübut təqdim etməyib. Jurnalistləri Müdafiə Komitəsinin məlumatına görə, 2023-cü ilin oktyabrından bəri Qəzzada azı 260 jurnalist öldürülüb. Hadisə beynəlxalq media qurumlarının diqqətini cəlb edib. Bölgədə jurnalistlərin təhlükəsizliyi ilə bağlı narahatlıqlar artır.

20 İyun 2026 22:02
Qəzzada İsrail zərbəsi nəticəsində "Əl-Cəzirə"nin operatoru həlak olub

BAKI,VOA,Yusif Şərifzadə

Qəzzanın mərkəzində yerləşən Bureyc qaçqın düşərgəsinə endirilən İsrail hava zərbəsi nəticəsində "Əl-Cəzirə Mübaşir" kanalının operatoru Əhməd Vişah həlak olub.

VOA xəbər verir ki, bu barədə "Əl-Cəzirə" media şəbəkəsi bəyanat yayıb.

Bəyanatda jurnalistin hədəfə alınaraq öldürülməsi kəskin şəkildə pislənilib və hadisə beynəlxalq hüququn kobud şəkildə pozulması kimi qiymətləndirilib.

"Əl-Cəzirə" qeyd edib ki, jurnalistlərin hədəfə alınması və informasiya çatdırılmasının qarşısının alınması yolverilməzdir.

Məlumata görə, gün ərzində Qəzzanın müxtəlif bölgələrində həyata keçirilən İsrail hücumları nəticəsində azı 10 nəfər həyatını itirib.

Bildirilib ki, Əhməd Vişahın qardaşı Məhəmməd Vişah da bu ilin 8 aprel tarixində İsrail atəşi nəticəsində öldürülüb.

Fələstin Mülki Müdafiə Xidmətinin məlumatına görə, o, avtomobillə hərəkətdə olarkən hədəfə alınıb.

İsrail ordusu isə ertəsi gün açıqlama yayaraq heç bir sübut təqdim etmədən Məhəmməd Vişahın HƏMAS-ın raket və silah istehsalı bölməsində mühüm şəxs olduğunu iddia edib.

Jurnalistləri Müdafiə Komitəsinin məlumatına əsasən, 2023-cü ilin oktyabr ayından bəri Qəzzada öldürülən fələstinli jurnalistlərin sayı azı 260 nəfərə çatıb.

Məqalədə: #Qəzza #İsrail #Fələstin #Əl-Cəzirə #Media təhlükəsizliyi #Jurnalistlər #Əhməd Vişah #Məhəmməd Vişah #Bureyc qaçqın düşərgəsi #Jurnalistləri Müdafiə Komitəsi

Mövzu üzrə digər xəbərlər

İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
Livan

İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub

5 Sentyabr 22:32
ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib
Digər Dövlətlər

ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib

5 Sentyabr 21:45
İsrail Livanın cənubunda iki bölgəyə zərbələr endirib
Livan

İsrail Livanın cənubunda iki bölgəyə zərbələr endirib

5 Sentyabr 21:43
Qəzza şəhərinin Zeytun məhəlləsində dağıntılar altından 106 insan qalığı çıxarılıb
Yaxın Şərq

Qəzza şəhərinin Zeytun məhəlləsində dağıntılar altından 106 insan qalığı çıxarılıb

5 Sentyabr 21:41

Son Xəbərlər

Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Hərbi Dəniz Qüvvələrində olublar (FOTO)
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Hərbi Dəniz Qüvvələrində olublar (FOTO)
15:34
Oktyabr seçkiləri öncəsi qələbə axtarışı - Netanyahunun Əli ət-Tahir planı nədir?
Oktyabr seçkiləri öncəsi qələbə axtarışı - Netanyahunun Əli ət-Tahir planı nədir?
15:00
Qətərdə məktəblərdə məcburi yoxlamalar başlayır - uşaqların inkişafı erkən yaşdan izlənəcək
Qətərdə məktəblərdə məcburi yoxlamalar başlayır - uşaqların inkişafı erkən yaşdan izlənəcək
14:53
Əl-Racihi Bank 600 milyon dollarlıq sosial sukuk emissiyasını tamamlayıb
Əl-Racihi Bank 600 milyon dollarlıq sosial sukuk emissiyasını tamamlayıb
14:23
Misirdə tanınmış televiziya aparıcısı və prodüseru Sara Xəlifəyə edam hökmü çıxarılıb
Misirdə tanınmış televiziya aparıcısı və prodüseru Sara Xəlifəyə edam hökmü çıxarılıb
13:56
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.