12 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Yaxın Şərq
Yaxın Şərq

Minlərlə livanlı İsrail ilə əldə olunan yeni razılaşmaya etiraz edir

Minlərlə livanlı ölkənin suverenliyinə təhdid olaraq dəyərləndirdikləri, ABŞ-nin vasitəçiliyi ilə İsrail arasında əldə olunan "çərçivə sazişi"nə etiraz etmək üçün müxtəlif şəhər və qəsəbələrdə küçələrə axışıb. Etirazçılar paytaxtdakı hökumət binalarının yaxınlığında, Ramlet əl-Bayda və Səlim Salam rayonlarında əsas yolları bağlayaraq təkərlər yandırıblar. Mşərəfiyə və Beyrutun cənub ətraflarında (Dahiyə) təşkil olunan oturaq aksiyalarda İsrail rejimi ilə hər hansı birbaşa danışıqlara son qoyulması və sazişin təcili ləğv edilməsi tələb olunub.

27 İyun 2026 13:34
Minlərlə livanlı İsrail ilə əldə olunan yeni razılaşmaya etiraz edir

BAKI,VOA, Fərid Mikayılov

Minlərlə livanlı ölkənin suverenliyinə təhdid olaraq dəyərləndirdikləri, ABŞ-nin vasitəçiliyi ilə İsrail arasında əldə olunan "çərçivə sazişi"nə etiraz etmək üçün müxtəlif şəhər və qəsəbələrdə küçələrə axışıb.

VOA xəbər verir ki, Beyrut və digər bölgələrdə alovlanan aksiyalar rəsmi hökumətin Vaşinqton tərəfindən dəstəklənən bu razılaşmanı elan etməsindən dərhal sonra başlayıb.

Etirazçılar paytaxtdakı hökumət binalarının yaxınlığında, Ramlet əl-Bayda və Səlim Salam rayonlarında əsas yolları bağlayaraq təkərlər yandırıblar. Mşərəfiyə və Beyrutun cənub ətraflarında (Dahiyə) təşkil olunan oturaq aksiyalarda İsrail rejimi ilə hər hansı birbaşa danışıqlara son qoyulması və sazişin təcili ləğv edilməsi tələb olunub.

Aksiyalar ABŞ dövlət katibi Marko Rubionun Livan və İsrail arasında razılığın əldə olunduğunu elan etməsindən sonra kritik həddə çatıb. İsrail tərəfi, o cümlədən Baş nazir Benyamin Netanyahu sazişi yüksək qiymətləndirərək İsrail ordusunun Livanın cənubunda yaradılan təhlükəsizlik zolağında qalacağını və livanlıların bu ərazilərə qayıtmasına icazə verilməyəcəyini bəyan edib. Livan xalqı isə bu şərtlərin İsrail işğalını qanuniləşdirdiyini bildirərək müqaviməti davam etdirəcəklərini vurğulayıb.

Məqalədə: #İsrail #ABŞ #Livan #Beyrut #Vaşinqton

Mövzu üzrə digər xəbərlər

Səudiyyə Ərəbistanı neft kəmərinin vurulmasına reaksiya verdi
Səudiyyə Ərəbistanı

Səudiyyə Ərəbistanı neft kəmərinin vurulmasına reaksiya verdi

00:15
Livanda narkotik əməliyyatı - Bəşşar Əsədin qohumu saxlanıldı
Suriya

Livanda narkotik əməliyyatı - Bəşşar Əsədin qohumu saxlanıldı

11 Sentyabr 23:14
İsrail Livanın cənubuna yeni hava zərbələri endirib
Livan

İsrail Livanın cənubuna yeni hava zərbələri endirib

11 Sentyabr 20:00
Yəməndə qiymət artımı və yeni köç böhranı gözlənilir
Yəmən

Yəməndə qiymət artımı və yeni köç böhranı gözlənilir

11 Sentyabr 18:34

Son Xəbərlər

Səudiyyə Ərəbistanı neft kəmərinin vurulmasına reaksiya verdi
Səudiyyə Ərəbistanı neft kəmərinin vurulmasına reaksiya verdi
00:15
12 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
12 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
00:10
Tarixdə bu gün - 12 sentyabr
Tarixdə bu gün - 12 sentyabr
00:01
Livanda narkotik əməliyyatı - Bəşşar Əsədin qohumu saxlanıldı
Livanda narkotik əməliyyatı - Bəşşar Əsədin qohumu saxlanıldı
11 Sentyabr 23:14
"Şərq-Qərb" neft kəməri hücumlar səbəbindən ehtiyat tədbiri olaraq dayandırıldı – Səudiyyə
"Şərq-Qərb" neft kəməri hücumlar səbəbindən ehtiyat tədbiri olaraq dayandırıldı – Səudiyyə
11 Sentyabr 23:07
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.