5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Yaxın Şərq
Yaxın Şərq

Netanyahu ilə Tramp arasında telefon danışığı olub - Gündəm Ərdoğandır

İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ Prezidenti Donald Trampla telefon danışığı aparıb. Tərəflər söhbət zamanı ABŞ-ın Körfəz bölgəsindəki fəaliyyəti, regional təhlükəsizlik məsələləri və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın İsraillə bağlı açıqlamalarını müzakirə ediblər. İsrail Baş nazirinin Ofisinin yaydığı məlumata görə, telefon danışığı iki ölkə arasında müntəzəm təmaslar çərçivəsində baş tutub və tərəflər müxtəlif sahələrdə koordinasiyanın davam etdirilməsinin vacibliyini bir daha vurğulayıblar.

10 İyul 2026 06:00
Netanyahu ilə Tramp arasında telefon danışığı olub - Gündəm Ərdoğandır

BAKI,VOA Orxan Qədirzadə

İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ Prezidenti Donald Trampla telefon danışığı aparıb. Tərəflər söhbət zamanı ABŞ-ın Körfəz bölgəsindəki fəaliyyəti, regional təhlükəsizlik məsələləri və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın İsraillə bağlı açıqlamalarını müzakirə ediblər.

İsrail Baş nazirinin Ofisinin yaydığı məlumata görə, telefon danışığı iki ölkə arasında müntəzəm təmaslar çərçivəsində baş tutub və tərəflər müxtəlif sahələrdə koordinasiyanın davam etdirilməsinin vacibliyini bir daha vurğulayıblar.

Bəyanatda bildirilir ki, Benyamin Netanyahu söhbət zamanı Prezident Rəcəb Tayyib Ərdoğan və onun müttəfiqlərinin İsrailə qarşı səsləndirdiyi bəyanatları narahatlıq doğuran məsələ kimi qiymətləndirib.

Netanyahu həmçinin İsrail sərhədləri boyunca təhlükəsizlik zonalarının yaradılmasının vacibliyini vurğulayıb.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan son dövrlərdə İsrailin Yaxın Şərq siyasətini sərt tənqid edir. O, bu həftə İsrailin ABŞ istehsalı olan F-35 qırıcılarının Türkiyəyə satışının regiondakı qüvvələr balansını pozacağı ilə bağlı iddialarını "yanıldıcı məlumat" adlandırıb.

İsrail Baş nazirinin Ofisi bildirib ki, Donald Tramp telefon danışığında Netanyahunu ABŞ-ın Körfəz bölgəsində həyata keçirdiyi fəaliyyət barədə məlumatlandırıb.

Bununla yanaşı, İsrailin dövlət televiziya və radio qurumunun məlumatına görə, rəsmi Təl-Əviv İrana qarşı hərbi əməliyyatlarda iştirak etmək üçün ABŞ Prezidentindən siyasi razılıq gözləyir.

ABŞ son günlər Hörmüz boğazında kommersiya gəmilərinə hücumlara cavab olaraq İran ərazisində bir sıra hərbi obyektlərə zərbələr endirib.

Benyamin Netanyahu bundan əvvəl verdiyi açıqlamada İranla qarşıdurmanın hələ başa çatmadığını, regionda yeni təhlükələrin meydana çıxdığını və İsrailin bütün mümkün ssenarilərə hazırlaşdığını bildirmişdi.

Baş nazir qeyd edib ki, Yaxın Şərqdə vəziyyət sürətlə dəyişir və İsrail bütün təhlükəsizlik çağırışlarını diqqətlə izləyir.

Bu arada, İran ikinci gündür ardıcıl olaraq Küveyt və Bəhreyndə yerləşən ABŞ hərbi obyektlərinə raket və pilotsuz uçuş aparatları ilə zərbələr endirdiyini bildirir.

Hazırda ABŞ ilə İran arasında danışıqların gələcək taleyi ilə bağlı qeyri-müəyyənlik davam edir.

Məqalədə: #Türkiyə ABŞ münasibətləri #Netanyahu Tramp telefon danışığı #Benyamin Netanyahu Donald Tramp görüşü #İsrail ABŞ əlaqələri #ABŞ-ın Körfəz bölgəsində fəaliyyəti #Körfəz təhlükəsizliyi məsələləri #Rəcəb Tayyib Ərdoğan İsrail açıqlamaları #Ərdoğanın İsrail siyasətinə tənqidi #Türkiyə-İsrail münasibətləri #F-35 qırıcıları Türkiyə məsələsi #Türkiyəyə F-35 satışı

Mövzu üzrə digər xəbərlər

Qəzzada dağıntılar altından 11 meyit çıxarılıb
Yaxın Şərq

Qəzzada dağıntılar altından 11 meyit çıxarılıb

20:34
Nəsrullahdan sonra qalan xarabalıq - İki il ərzində "Hizbullah"ın itkiləri
ArabAZ analitika: Geosiyasi təhlillər

Nəsrullahdan sonra qalan xarabalıq - İki il ərzində "Hizbullah"ın itkiləri

20:31
Məhbusların azad edilməsi Livandakı hücumlara bəraət qazandıra bilməz - Hizbullah
Livan

Məhbusların azad edilməsi Livandakı hücumlara bəraət qazandıra bilməz - Hizbullah

18:17
İsrail qüvvələri İordan çayının qərb sahilində Yabad şəhərinə basqın edib
Yaxın Şərq

İsrail qüvvələri İordan çayının qərb sahilində Yabad şəhərinə basqın edib

18:07

Son Xəbərlər

İranın neftdaşıyan gəmilərdən ibarət donanması müdafiəsizdir - Pit Heqset
İranın neftdaşıyan gəmilərdən ibarət donanması müdafiəsizdir - Pit Heqset
20:47
Səudiyyə Ərəbistanı sənaye və investisiya imkanlarını Ciddədə təqdim edəcək
Səudiyyə Ərəbistanı sənaye və investisiya imkanlarını Ciddədə təqdim edəcək
20:37
Qəzzada dağıntılar altından 11 meyit çıxarılıb
Qəzzada dağıntılar altından 11 meyit çıxarılıb
20:34
Nəsrullahdan sonra qalan xarabalıq - İki il ərzində "Hizbullah"ın itkiləri
Nəsrullahdan sonra qalan xarabalıq - İki il ərzində "Hizbullah"ın itkiləri
20:31
İran dövlət mediası ABŞ-nin hədəfə aldığı neftdaşıyan gəmilərin heyətinin sahilə çıxarıldığını bildirib
İran dövlət mediası ABŞ-nin hədəfə aldığı neftdaşıyan gəmilərin heyətinin sahilə çıxarıldığını bildirib
19:56
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.