5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Yaxın Şərq
Yaxın Şərq

Suriyanın şimal-şərqində aşirət səfərbərliyi gərginliyi artırır

Suriyanın şimal-şərqində Həsəkə valisinin karvanına edilən hücum bölgədə gərginliyin artdığını göstərib. Hadisə Rəs əl-Ayn şəhərində baş verib və etirazçılar valinin avtomobillərini daşqalaq ediblər. Son həftələr Həsəkənin ərəb əhalisinin yaşadığı ərazilərində narazılıq daha da güclənib. Bölgədə içməli su, çörək və yanacaq çatışmazlığı həyat şəraitini ağırlaşdırıb. Artan yoxsulluq bəzi ailələri doğma yerlərini tərk etməyə məcbur edib. Müşahidəçilər vəziyyətin daha geniş təhlükəsizlik problemlərinə səbəb ola biləcəyini bildirirlər. Ekspertlər aşirətlərin fəallaşmasını bölgədə yeni siyasi və təhlükəsizlik mərhələsinin əlaməti hesab edirlər.

30 İyul 2026 20:25
Suriyanın şimal-şərqində aşirət səfərbərliyi gərginliyi artırır

BAKI,VOA

İyulun 22-də SuriyanınRəs əl-Ayn şəhərində Həsəkə valisinin karvanına edilən hücum yerli, ötəri bir iğtişaş sərhədlərini aşan dərin bir böhranı üzə çıxarıb. Vali “Əl-Ülük” su stansiyasının təkrar açılış mərasimində iştirak etmək üçün əraziyə gələrkən ehtiraslı nümayişçilər onun avtomobil karvanının qarşısını kəsib və nəqliyyat vasitələrini daşqalaq ediblər.

VOA ArabAZ-a istinadən xəbər verir ki, bu səfər, nəzərdə tutulduğu kimi, dövlət xidmətlərinin bərpasında əldə olunan irəliləyişi nümayiş etdirmək əvəzinə, Həsəkədə keçid dövrünün idarə olunma üsuluna qarşı toplanmış narazılığın nə qədər dərin olduğunu gözlər önünə sərib.

Bu insident əyalət daxilində, xüsusən də ərəblərin çoğunluq təşkil etdiyi cənub bölgələrində həftələrdir davam edən gərginliyin eskalasiyasından sonra baş verib. Etiraz aksiyalarının miqyasının genişlənməsi və silahlı toqquşma hədələrinin artması tək bir həqiqətə dəlalət edir: xalqın qəzəbi dərinləşir, hakimiyyətə inam aşınır və böhranı dinc yollarla nizamlamaq imkanları günü-gündən daralır.

Qəzəbin səbəbləri çoxşaxəli və bir-biri ilə sıx bağlıdır. İçməli su, çörək və yanacaq qıtlığı şəraitində yaşayış standartları kəskin şəkildə pisləşməyə davam edir. Yoxsulluq dərinləşir; məlumatlara görə, bəzi ailələr təməl ehtiyaclarını ödəmək iqtidarında olmadıqları üçün əyaləti tərk etmək məcburiyyətində qalıblar.

Eyni zamanda, yerli sakinlərin öz kəndlərinə qayıda bilməməsi və ya kənd təsərrüfatı torpaqlarına çıxış əldə edə bilməməsi narazılığı daha da alovlandırır. Suriyanın neft və kənd təsərrüfatı məhsullarının böyük hissəsini təmin edən bir bölgədə bu cür məhrumiyyətlər yerli icmalarda maraqlarının gözardı edildiyi və gələcəkləri ilə bağlı qərarların onlardan uzqda qəbul olunduğu hissini gücləndirib.

Kürd rəhbərliyindəki “Suriya Demokratik Qüvvələri” (SDQ) tərəfindən saxlanılan məhbusların taleyi də gərginliyi bəsləyən əsas amillərdən biridir. Eitrazçılar onların azad edilməsini və bu ilin əvvəlində “İSİD”lə əlaqəli məhbusların deportasiyası zamanı İraqa aparıldığı bildirilən şəxslərin taleyinə aydınlıq gətirilməsini tələb edirlər.

Mövcud faktiki təhlükəsizlik təsisatlarına inamsızlığın dərin kök saldığı Həsəkədə bir çoxları hökumətin sükutunu zəiflik və ya laqeydlik kimi qiymətləndirir.

Yerli təmsilçilik məsələsi də geniş mübahisə mövzusuna çevrilib. Son inzibati təyinatlar – valinin və Əyalət İcraiyyə Şurası üzvlərinin təyin olunması – rəsmilərin seçilmə üsulu və yeni təsisatların kimin maraqlarını müdafiə edəcəyi ilə bağlı suallar doğurub. Erazidəki etirazçılar və yerli tənqidçilər bildirirlər ki, SDQ və ya onun təsisatları ilə bağlı şəxslərə həddindən artıq nüfuz verilib, digər etnik-sosial qruplar və müstəqil xadimlər isə əyalətin gələcəyini müəyyən edən qərarlardan kənarlaşdırılıblar.

Buna görə də münaqişə yalnız vəzifə bölgüsü ilə məhdudlaşmır. Həsəkəyə toxunan qərarların, nəticələri birbaşa sakinlərin həyatına təsir edəcək icmanın real iştirakı olmadan, yalnız Dəməşq və SDQ arasında razılaşdırıldığına dair artan bir qənaət var.

Məqalədə: #Suriya #Yaxın Şərq #humanitar böhran #etirazlar #Regional təhlükəsizlik #Həsəkə #Rəs əl-Ayn #Aşirətlər

Mövzu üzrə digər xəbərlər

Bəhreyn və Misir XİN rəhbərləri Hörmüz boğazındakı vəziyyəti müzakirə edib
Bəhreyn

Bəhreyn və Misir XİN rəhbərləri Hörmüz boğazındakı vəziyyəti müzakirə edib

18:53
Məhbusların azad edilməsi Livandakı hücumlara bəraət qazandıra bilməz - Hizbullah
Livan

Məhbusların azad edilməsi Livandakı hücumlara bəraət qazandıra bilməz - Hizbullah

18:17
ABŞ-nin hərbi üstünlüyünə baxmayaraq müqavimət göstərdik - Iran
İran

ABŞ-nin hərbi üstünlüyünə baxmayaraq müqavimət göstərdik - Iran

18:12
İsrail qüvvələri İordan çayının qərb sahilində Yabad şəhərinə basqın edib
Yaxın Şərq

İsrail qüvvələri İordan çayının qərb sahilində Yabad şəhərinə basqın edib

18:07

Son Xəbərlər

Qətərdə Quran üçün süni intellekt əsaslı yeni tətbiq istifadəyə verilib
Qətərdə Quran üçün süni intellekt əsaslı yeni tətbiq istifadəyə verilib
19:32
Bəhreyn və Misir XİN rəhbərləri Hörmüz boğazındakı vəziyyəti müzakirə edib
Bəhreyn və Misir XİN rəhbərləri Hörmüz boğazındakı vəziyyəti müzakirə edib
18:53
Fransada “kiçik qayıqlar” sazişi siyasi mübahisəyə səbəb olub
Fransada “kiçik qayıqlar” sazişi siyasi mübahisəyə səbəb olub
18:45
Xorvatiyada on minlərlə insan niyə küçələrə çıxıb?
Xorvatiyada on minlərlə insan niyə küçələrə çıxıb?
18:38
ABŞ ordusu İranın hədəfə alınan neftdaşıyan gəmilərinin adlarını açıqlayıb
ABŞ ordusu İranın hədəfə alınan neftdaşıyan gəmilərinin adlarını açıqlayıb
18:25
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.