11 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Şimali Afrika
Şimali Afrika

MAQATE Afrikada mülki nüvə əməkdaşlığının mərkəzi kimi Əlcəzairi seçib – Qrossi

Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) baş direktoru Rafael Mariano Qrossi Əlcəzairi “dost ölkə” və “Afrika qitəsində əsas tərəfdaş” adlandırıb. O, MAQATE ilə Əlcəzair arasında uzun illər davam edən əməkdaşlığı yüksək qiymətləndirərək, ölkənin mülki nüvə texnologiyaları sahəsində əldə etdiyi mühüm nailiyyətləri vurğulayıb.

23 Oktyabr 2025 13:53
MAQATE Afrikada mülki nüvə əməkdaşlığının mərkəzi kimi Əlcəzairi seçib – Qrossi

BAKI, AzerVoice

Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) baş direktoru Rafael Mariano Qrossi Əlcəzairi “dost ölkə” və “Afrika qitəsində əsas tərəfdaş” adlandırıb. O, MAQATE ilə Əlcəzair arasında uzun illər davam edən əməkdaşlığı yüksək qiymətləndirərək, ölkənin mülki nüvə texnologiyaları sahəsində əldə etdiyi mühüm nailiyyətləri vurğulayıb.

AzerVocie xəbər verir ki, AL24News kanalına eksklüziv müsahibəsində Qrossi bildirib ki, Əlcəzair artıq digər Afrika ölkələrinə nüvə enerjisi sahəsində dəstək vermək üçün zəruri potensiala malikdir. Onun sözlərinə görə, nüvə texnologiyası kənd təsərrüfatı və səhiyyə kimi mühüm sahələrdə tətbiq olunmaqla qlobal inkişaf problemlərinin həllində getdikcə daha vacib rol oynayır.

“Bu səfər uzun müddətdir planlaşdırılırdı və nəhayət, onu reallaşdıra bildik,” -deyə Qrossi bu həftə Əlcəzairə olan rəsmi səfərini şərh edib.
Onun sözlərinə görə, səfər zamanı çox məhsuldar görüşlər və dolğun proqram keçirildi və bu, son dərəcə səmərəli və pozitiv bir gün idi.”

O xatırladıb ki, Əlcəzair 1960-cı illərdən bəri MAQATE ilə əməkdaşlıq edir.

“Bu, tədqiqat reaktorlarına və nüvə tibbinə malik bir ölkədir. Uzunmüddətli əməkdaşlığımız zamanla inkişaf edərək Əlcəzairi bölgədə Agentliyin əsas tərəfdaşına çevirdi.”-deyə o qeyd edib.

Qrossinin sözlərinə görə, hazırda mülki nüvə enerjisi sahəsində fəaliyyətləri daha da gücləndirmək üçün yeni istiqamətlər araşdırılır. O vurğulayıb ki, Əlcəzair tibbi xidmətləri və iqtisadi artımı dəstəkləmək məqsədilə mülki nüvə enerjisindən istifadə edən əsas ölkələr sırasındadır.

“Əlcəzairin bu sahədə güclü ənənəsi -COMENA (Milli Atom Enerjisi Komissiyası), elmi institutlar, tədqiqat reaktorları və yüksək ixtisaslı mütəxəssislər fəaliyyət göstərir,” - deyə o bildirib.

Qrossi həmçinin qeyd edib ki, hazırda dünyada nüvə enerjisinə maraq yenidən artır - hətta bu sahəni hələ inkişaf etdirməmiş ölkələr arasında belə. “XXI əsrdə nüvə texnologiyaları sahəsində bir çox yeni alternativlər ortaya çıxıb,” - deyə o əlavə edib.

O, mülki nüvə enerjisinin xüsusilə səhiyyə sektorunda yeni və maraqlı mərhələlər açdığını vurğulayıb. Qrossinin sözlərinə görə, Əlcəzair hər il bir neçə Afrika ölkəsindən mütəxəssisləri təlimə qəbul edir. “Əlcəzairdə bu sahədə güclü imkanlar mövcuddur. MAQATE Əlcəzairi Afrikada mülki nüvə əməkdaşlığının mərkəzi kimi seçib,” - deyə o bəyan edib.

Məqalədə: #Əlcəzair #MAQATE #Rafael Mariano Qrossi #Müasir dövrdə də dinar Əlcəzair #Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) #MAQATE-nin tənqidləri #İran-MAQATE münasibətləri #COMENA

Mövzu üzrə digər xəbərlər

Liviya və İtaliya hərbi əməkdaşlığı genişləndirir
Liviya

Liviya və İtaliya hərbi əməkdaşlığı genişləndirir

10 Sentyabr 19:50
Misirdə inflyasiya 12,7 faizə enib
Misir

Misirdə inflyasiya 12,7 faizə enib

10 Sentyabr 18:06
Qəddafi dövründə qəbul edilən və Liviya məhkəməsi tərəfindən ləğv edilən "Cihad Vergisi" nədir?
Liviya

Qəddafi dövründə qəbul edilən və Liviya məhkəməsi tərəfindən ləğv edilən "Cihad Vergisi" nədir?

10 Sentyabr 16:45
Əlcəzair BƏƏ ilə diplomatik əlaqələri kəsdiyini elan etdi
Əlcəzair

Əlcəzair BƏƏ ilə diplomatik əlaqələri kəsdiyini elan etdi

10 Sentyabr 15:24

Son Xəbərlər

Qlobal fırtınalardan regional cəbhələrə: 11 sentyabrda ərəb coğrafiyasını sarsıdan 20 tarixi fakt
Qlobal fırtınalardan regional cəbhələrə: 11 sentyabrda ərəb coğrafiyasını sarsıdan 20 tarixi fakt
00:10
Tarixdə bu gün - 11 sentyabr
Tarixdə bu gün - 11 sentyabr
00:01
2.7L EcoBoost və off-road üçün Tremor - Yeni nəsil Ford Everest V6-nın detalları
2.7L EcoBoost və off-road üçün Tremor - Yeni nəsil Ford Everest V6-nın detalları
10 Sentyabr 23:00
Peru ABŞ-nin narkotik kartellərinə qarşı koalisiyasına qoşulur
Peru ABŞ-nin narkotik kartellərinə qarşı koalisiyasına qoşulur
10 Sentyabr 22:00
OpenAI maliyyə sektoru üçün xüsusi ChatGPT təqdim edib
OpenAI maliyyə sektoru üçün xüsusi ChatGPT təqdim edib
10 Sentyabr 21:41
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.