Bakı, AzerVoice
Azərbaycan Prezidenti İlham Əliyev Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin dəvəti ilə 22-23 avqust tarixlərində Özbəkistana səfər edəcək.
AzerVoice xəbər verir ki, bu barədə Özbəkistan prezidentinin rəsmi mətbuat xidməti açıqlama verib.
Açıqlamada bildirilir ki, səfərə uğun olaraq Özbəkistan və Azərbaycan liderlərinin sədrliyi ilə ən yüksək səviyyədə danışıqların aparılması nəzərdə tutulur.
İclasın gündəliyinə Özbəkistan-Azərbaycan strateji tərəfdaşlığı və çoxşaxəli əməkdaşlıq münasibətlərinin daha da dərinləşdirilməsi məsələləri daxildir.