Giorgia Meloni Prezident İlham Əliyevə təşəkkür edib
İtaliyanın Baş naziri Giorgia Meloni Prezident İlham Əliyevə təşəkkür edib və Azərbaycan-İtaliya münasibətlərini yüksək qiymətləndirib. O, iki ölkə arasında strateji tərəfdaşlığın daha da inkişaf edəcəyinə əmin olduğunu bildirib.
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyevanın tapşırığı ilə Xalq artisti Murad Adıgözəlzadənin müalicəsi nəzarətə götürülüb
Xalq artisti Murad Adıgözəlzadənin müalicəsi Prezident İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın tapşırığı ilə nəzarətə götürülüb. Sənətçiyə tezliklə sağalması və səhnəyə qayıtması arzulanıb.
Prezident İlham Əliyevin təşəbbüsü ilə Bakı metrosunun yeni stansiyası "20 Sentyabr" adlandırıldı
Bakı Metropoliteninin yeni stansiyası “20 Sentyabr” adlandırılıb. Qərar Prezident İlham Əliyevin təşəbbüsü əsasında qəbul edilib və 2023-cü ildə dövlət suverenliyinin bərpası ilə bağlı tarixi hadisəni əks etdirir.
Prezident İlham Əliyev İsveçrə və Niderlanda yeni səfirlər təyin edib
Vaqif İsmayıl oğlu Sadıqov Azərbaycan Respublikasının İsveçrə Konfederasiyasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
Prezident İlham Əliyev Ciorcia Melonini təbrik edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İtaliyanın Baş naziri Ciorcia Melonini ən uzun müddət vəzifədə olması münasibətilə təbrik edib. Bu barədə dövlətimizin başçısının “X” sosial şəbəkə hesabında paylaşım edilib.
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 3-də ATƏT Parlament Assambleyasının prezidenti Pere Joan Pons Sanpietronu qəbul edib.Bu barədə məlumat Azərbaycan Prezidentinin rəsmi internet saytında dərc edilib.Qonaq ATƏT məkanında mövcud münaqişələrdən birinin həll olunduğunu və regionda davamlı sülhün təmin edildiyini deyərək, bu xüsusda dövlətimizin başçısını Azərbaycanla Ermənistan arasında sülh gündəliyində qazanılmış nailiyyətlər münasibətilə təbrik etdi.
Prezident İlham Əliyev San Marinonun Regent Kapitanlarına məktub ünvanlayıb
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev San Marino Respublikasının Regent Kapitanları xanım Aliçe Minaya və cənab Vladimiro Selvaya təbrik məktubu ünvanlayıb.Məktub Azərbaycan Prezidentinin rəsmi internet saytında dərc edilib.
Prezident İlham Əliyev BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident əlaqələndiricisini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 2-də Birləşmiş Millətlər Təşkilatının (BMT) Azərbaycanda yeni təyin olunmuş rezident əlaqələndiricisi Dmitri Şlapaçenkonu qəbul edib.Bu barədə məlumat Azərbaycan Prezidentinin rəsmi internet saytında dərc edilib.
Prezident İlham Əliyev Çin Ali Xalq Prokurorluğunun Baş prokurorunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 2-də Çin Xalq Respublikasının Ali Xalq Prokurorluğunun Baş prokuroru Yinq Yonqun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.Bu barədə məlumat Azərbaycan Prezidentinin rəsmi internet saytında dərc edilib.
Prezident İlham Əliyev müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı Sərəncam imzalayıb
Prezident İlham Əliyev Azərbaycan Respublikası vətəndaşlarının 2026-cı il oktyabrın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında Sərəncam imzalayıb.
Prezident İlham Əliyev müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı Sərəncam imzalayıb
Prezident İlham Əliyev Azərbaycan Respublikası vətəndaşlarının 2026-cı il oktyabrın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında Sərəncam imzalayıb. Sənədin mətni Azərbaycan Prezidentinin rəsmi internet saytında dərc edilib.
Azərbaycan və Qırğızıstan arasında statistika sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu təsdiqlənib
“Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi ilə Qırğız Respublikasının Milli Statistika Komitəsi arasında statistika sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu” təsdiq edilib.Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb. Sənədin mətni Azərbaycan Prezidentinin rəsmi internet saytında dərc edilib.