10 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Körfəz Əməkdaşlıq Şurası Səudiyyə Ərəbistanı
Səudiyyə Ərəbistanı

Səudiyyə Ərəbistanının humanitar yardımlarının həcmi 145 milyard dolları ötüb

Səudiyyə Ərəbistanının 175 ölkədə həyata keçirdiyi humanitar, inkişaf və xeyriyyə layihələrinin ümumi dəyəri 145 milyard dolları ötüb.

6 Sentyabr 2026 10:53
Səudiyyə Ərəbistanının humanitar yardımlarının həcmi 145 milyard dolları ötüb

Səudiyyə Ərəbistanının 175 ölkədə həyata keçirdiyi humanitar, inkişaf və xeyriyyə layihələrinin ümumi dəyəri 145 milyard dolları ötüb. Ölkə 2025-ci ildə humanitar və yardım dəstəyi göstərən dövlətlər arasında dünyada ikinci, ərəb ölkələri arasında isə birinci yerdə qərarlaşıb.

ArabAZ xəbər verir ki,Səudiyyə Ərəbistanının beynəlxalq yardım fəaliyyətində əsas rolu 2015-ci ildə yaradılmış Kral Salman Humanitar Yardım və Xilasetmə Mərkəzi (KSrelief) oynayır. Mərkəz fəaliyyətə başladığı vaxtdan 113 ölkədə 4 457 humanitar layihə həyata keçirib və bu layihələrə 8 milyard dollardan çox vəsait ayrılıb.

KSrelief-in həyata keçirdiyi ixtisaslaşmış proqramlar arasında siam əkizlərinin ayrılması üzrə Səudiyyə proqramı da yer alır. Proqram çərçivəsində 28 ölkədən 158 siam əkizi ilə bağlı tibbi qiymətləndirmə aparılıb və beş qitədən uşaqların iştirak etdiyi 72 əməliyyat uğurla həyata keçirilib. BMT 2024-cü ildə Səudiyyə Ərəbistanının təşəbbüsü ilə 24 noyabrı Ümumdünya Siam Əkizləri Günü elan edib.

Səudiyyə Ərəbistanının Xarici Könüllülük Platforması vasitəsilə isə 59 ölkədə 1 446 tibbi və təlim missiyasında 84 388 könüllü iştirak edib. Bu missiyalardan 2,85 milyondan çox insan yararlanıb, 273 350 cərrahi əməliyyat həyata keçirilib. Elektron ianə platforması “Sahem”də isə 9,82 milyondan çox donor tərəfindən 1,701 milyard Səudiyyə riyalından çox vəsait toplanıb.

Humanitar yardım əməliyyatları Yəmən, Qəzza, Sudan və Suriyada da davam etdirilir. Yəməndə son günlər Şəbva, Əl-Cövf və Əbyan əyalətlərində minlərlə ərzaq səbəti paylanıb, Təizdə isə 12 min qutu xurmanın bölüşdürülməsi layihəsinin ikinci mərhələsinə başlanılıb.

Qəzza zolağında KSrelief-in mərkəzi mətbəxi çərşənbə günü mərkəzi və cənub bölgələrində ehtiyacı olan insanlara 24 850 isti yemək paylayıb. Bundan əlavə, humanitar yardım çərçivəsində müxtəlif bölgələrə 500 min litr içməli su çatdırılıb. Sudanın Şimali Kordofan əyalətində məcburi köçkünlər və geri qayıdanlar üçün 1 050 ərzaq səbəti, Suriyanın Dəməşq ətrafında isə həssas ailələr üçün 506 ərzaq səbəti paylanıb.

Məqalədə: #KSrelief #Beynəlxalq humanitar yardım #Qəzzaya humanitar yardım #Səudiyyə Ərəbistanı humanitar yardım #Səudiyyə Ərəbistanının yardımları #Kral Salman Humanitar Yardım Mərkəzi #Səudiyyə Ərəbistanı xeyriyyə fəaliyyəti #Yəmənə yardım #Sudana humanitar yardım #Suriyaya yardım

Mövzu üzrə digər xəbərlər

Səudiyyə Ərəbistanında əcnəbi turist axını 2030-cu ilə qədər 93 faiz artacaq
Ərəb turizmi

Səudiyyə Ərəbistanında əcnəbi turist axını 2030-cu ilə qədər 93 faiz artacaq

08:03
Səudiyyə Ərəbistanı İranın İordaniyaya hücumlarını pisləyib
Səudiyyə Ərəbistanı

Səudiyyə Ərəbistanı İranın İordaniyaya hücumlarını pisləyib

9 Sentyabr 18:15
Ər-Riyadda Təhlükəsizlik və Tarix Dialoqu başa çatıb
Səudiyyə Ərəbistanı

Ər-Riyadda Təhlükəsizlik və Tarix Dialoqu başa çatıb

9 Sentyabr 12:03
Səudiyyə Ərəbistanında bir sıra bölgələrdə təhlükə xəbərdarlığı verilib
Səudiyyə Ərəbistanı

Səudiyyə Ərəbistanında bir sıra bölgələrdə təhlükə xəbərdarlığı verilib

9 Sentyabr 11:48

Son Xəbərlər

Soyuq müharibəni qazanan əfqan - Əhməd Şah Məsudun 25 il əvvəlki qətli və əldən çıxan tarixi fürsət
Soyuq müharibəni qazanan əfqan - Əhməd Şah Məsudun 25 il əvvəlki qətli və əldən çıxan tarixi fürsət
09:00
Abbasilər və Əməvilər dövründə poeziya - Tarixin yaddaşında qalan ərəb qadın şairləri
Abbasilər və Əməvilər dövründə poeziya - Tarixin yaddaşında qalan ərəb qadın şairləri
09:00
Səudiyyə Ərəbistanında əcnəbi turist axını 2030-cu ilə qədər 93 faiz artacaq
Səudiyyə Ərəbistanında əcnəbi turist axını 2030-cu ilə qədər 93 faiz artacaq
08:03
Elm, vəhy və dilçiliyin fövqündəki sirlər - Adəm Peyğəmbər hansı dildə danışırdı?
Elm, vəhy və dilçiliyin fövqündəki sirlər - Adəm Peyğəmbər hansı dildə danışırdı?
00:21
Bu gün səhra aslan Ömər əl-Muxtar əsir götürüldü
Bu gün səhra aslan Ömər əl-Muxtar əsir götürüldü
00:03
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.