4 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Rəsmi Xronika
Rəsmi Xronika

Prezident İlham Əliyev Beynəlxalq Mülki Müdafiə Təşkilatının Baş Assambleyasının 3-cü növbədənkənar sessiyasının iştirakçılarına müraciət ünvanlayıb

Prezident İlham Əliyev Beynəlxalq Mülki Müdafiə Təşkilatının Baş Assambleyasının 3-cü növbədənkənar sessiyasının iştirakçılarına müraciət ünvanlayıb.

10 İyul 2025 14:02
Prezident İlham Əliyev Beynəlxalq Mülki Müdafiə Təşkilatının Baş Assambleyasının 3-cü növbədənkənar sessiyasının iştirakçılarına müraciət ünvanlayıb

Bakı. AzerVoice

Prezident İlham Əliyev Beynəlxalq Mülki Müdafiə Təşkilatının Baş Assambleyasının 3-cü növbədənkənar sessiyasının iştirakçılarına müraciət ünvanlayıb.

AzerVoice xəbər verir ki, müraciətdə deyilir:

"Hörmətli sessiya iştirakçıları!

Sizi Beynəlxalq Mülki Müdafiə Təşkilatının Baş Assambleyasının 3-cü növbədənkənar sessiyasının açılışı münasibətilə Bakı şəhərində səmimi-qəlbdən salamlayıram.

Dünyada insanların təhlükəsizliyi, əmin-amanlığı və rifahının təmin edilməsi üçün həyati əhəmiyyət kəsb edən məsələlərə həsr olunmuş bu yüksək səviyyəli beynəlxalq tədbirə ev sahibliyi etməkdən məmnunluq duyuruq. Bu sessiyanın Azərbaycanda keçirilməsi ölkəmizin qlobal təhlükəsizlik, fəlakət risklərinin azaldılması və mülki müdafiə məsələlərinə verdiyi önəmin bariz nümunəsidir.

Hazırkı sessiya bəşəriyyət üçün həlledici bir məqama – təbii və texnogen fəlakətlərin sayının artdığı, iqlim böhranlarının dərinləşdiyi, dövlətlərin yeni təhlükələr və çağırışlarla üzləşdiyi və mülki müdafiə sistemlərinin ciddi sınaqdan keçirildiyi vaxta təsadüf edir. Bu xüsusda, mülki müdafiə və əhalinin mühafizəsi sahəsində çoxtərəfli əməkdaşlığın inkişafını təşviq edən və bu sahədə qlobal koordinasiyanı təmin edən beynəlxalq səviyyədə ixtisaslaşmış yeganə hökumətlərarası təşkilat olaraq Beynəlxalq Mülki Müdafiə Təşkilatının aparıcı və unikal rolu xüsusi əhəmiyyət kəsb edir. Beynəlxalq Mülki Müdafiə Təşkilatı milli strukturların gücləndirilməsinə dəstək göstərir, müxtəlif inkişaf səviyyəsinə və resurslara malik ölkələr arasında təcrübə və bilik mübadiləsini asanlaşdırır, mülki müdafiə xidmətləri arasında həmrəylik və tərəfdaşlıq ruhunu möhkəmləndirir.

Bu gün burada böhranlara və fəlakətlərə qarşı mübarizənin ön cərgəsində duran, həyatını cəmiyyətə xidmətə həsr etmiş, müxtəlif ölkələri təmsil edən peşəkarlar və mütəxəssislər toplaşıblar. Mən qlobal mülki müdafiə, o cümlədən fövqəladə hallara hazırlıq, fəlakətlərə reaksiya sahəsində dost ölkələrin aidiyyəti orqanları arasında dinamik surətdə inkişaf edən tərəfdaşlıq əlaqələrini yüksək qiymətləndirirəm.

Azərbaycan mülki müdafiə sahəsində beynəlxalq əməkdaşlığa böyük önəm verir. Beynəlxalq ictimaiyyətin məsuliyyətli üzvü kimi ölkəmiz insan həyatının müdafiəsinə, ətraf mühitin və infrastrukturun qorunmasına yönəlmiş qlobal təşəbbüslərin formalaşmasında və həyata keçməsində yaxından iştirak edir. Azərbaycanın ev sahibliyi etdiyi bir sıra mühüm beynəlxalq tədbirlər, xüsusilə də keçən il baş tutmuş COP29 və gələn il keçiriləcək Ümumdünya Şəhərsalma Forumu bəşəriyyəti narahat edən ən aktual problemlərin həllinə, onların fəsadlarının aradan qaldırılmasına və ümumilikdə qlobal həmrəyliyin gücləndirilməsinə xidmət edir.

Bu gün mülki müdafiə mexanizmlərinin inkişafı üçün universal platforma olan Beynəlxalq Mülki Müdafiə Təşkilatının beynəlxalq arenada davamlılığını və nüfuzunu gücləndirmək üçün bütün üzv dövlətlərin səylərinin səfərbər olunması və birgə fəaliyyətinin təmin edilməsi strateji əhəmiyyət daşıyır. Müasir dünyamızda artan risklər fonunda dövrün çağırışlarına cavab verə bilən, ona uyğunlaşan, beynəlxalq həmrəylik və qarşılıqlı yardımın effektiv aləti kimi güclü Beynəlxalq Mülki Müdafiə Təşkilatının olması olduqca labüddür.

Məhz bu kontekstdə, sessiya zamanı keçiriləcək Baş katib vəzifəsinə seçkilər təşkilatın gələcək inkişaf istiqamətlərinin müəyyən olunmasında həlledici mərhələ olacaqdır. Seçkiyə təqdim olunan namizədlər arasında Azərbaycan Respublikasının nümayəndəsi də yer almaqdadır. İnanıram ki, ölkəmizi təmsil edən nümayəndə Baş katib seçiləcəyi təqdirdə Beynəlxalq Mülki Müdafiə Təşkilatının fəaliyyətində səmərəliliyin artırılması, şəffaflığın təmin olunması və hesabatlı idarəçilik prinsiplərinin möhkəmləndirilməsi, beynəlxalq tərəfdaşların tam etimad bəslədiyi, çevik və effektiv bir təşkilati modelin formalaşdırılması istiqamətində ardıcıl və prinsipial səylər göstərəcəkdir.

Əminəm ki, Beynəlxalq Mülki Müdafiə Təşkilatının Baş Assambleyasının 3-cü növbədənkənar sessiyası beynəlxalq mülki müdafiə sisteminin daha da möhkəmlənməsinə və təşkilatın fəaliyyətinin təkmilləşdirilməsinə töhfə verəcəkdir.

Sizə ən xoş arzularımı yetirir, tədbirin işinə uğurlar arzulayıram".

Məqalədə: #Prezident İlham Əliyev

Mövzu üzrə digər xəbərlər

Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyevanın tapşırığı ilə Xalq artisti Murad Adıgözəlzadənin müalicəsi nəzarətə götürülüb
Rəsmi Xronika

Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyevanın tapşırığı ilə Xalq artisti Murad Adıgözəlzadənin müalicəsi nəzarətə götürülüb

19:05
Prezident İlham Əliyevin təşəbbüsü ilə Bakı metrosunun yeni stansiyası "20 Sentyabr" adlandırıldı
Rəsmi Xronika

Prezident İlham Əliyevin təşəbbüsü ilə Bakı metrosunun yeni stansiyası "20 Sentyabr" adlandırıldı

18:03
Prezident İlham Əliyev İsveçrə və Niderlanda yeni səfirlər təyin edib
Rəsmi Xronika

Prezident İlham Əliyev İsveçrə və Niderlanda yeni səfirlər təyin edib

15:21
Prezident İlham Əliyev Ciorcia Melonini təbrik edib
Rəsmi Xronika

Prezident İlham Əliyev Ciorcia Melonini təbrik edib

09:19

Son Xəbərlər

Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyevanın tapşırığı ilə Xalq artisti Murad Adıgözəlzadənin müalicəsi nəzarətə götürülüb
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyevanın tapşırığı ilə Xalq artisti Murad Adıgözəlzadənin müalicəsi nəzarətə götürülüb
19:05
Qəzzadan fələstinlilərin çıxarılması beynəlxalq hüquqa uyğundurmu?
Qəzzadan fələstinlilərin çıxarılması beynəlxalq hüquqa uyğundurmu?
18:51
İspaniya Aİ-də iqlimə uyğunlaşma fondu yaradılmasını təklif edib
İspaniya Aİ-də iqlimə uyğunlaşma fondu yaradılmasını təklif edib
18:45
İsrail qüvvələri Cənin bölgəsində altı fələstinlini saxlayıb
İsrail qüvvələri Cənin bölgəsində altı fələstinlini saxlayıb
18:40
Livan prezidenti İsraildə saxlanılan vətəndaşların azad edilməsinə görə təşəkkür edib
Livan prezidenti İsraildə saxlanılan vətəndaşların azad edilməsinə görə təşəkkür edib
18:19
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.