11 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Rəsmi Xronika
Rəsmi Xronika

Prezident İlham Əliyevin Efiopiyanın Baş naziri ilə geniş tərkibdə görüşü olub və iki ölkə arasında bir sıra sənədlər imzalanıb

Fevralın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Efiopiya Federativ Demokratik Respublikasının Baş naziri Abiy Əhməd Əli ilə geniş tərkibdə görüşü oldu. Sonra Azərbaycan Prezidenti İlham Əliyevin və Efiopiyanın Baş naziri Abiy Əhməd Əlinin iştirakı ilə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Efiopiyanın xarici işlər naziri Qedion Timoteos "Azərbaycan Respublikası ilə Efiopiya Federativ Demokratik Respublikası Hökuməti arasında müdafiə sahəsində əməkdaşlıq haqqında Saziş"i və "Birləşmiş Millətlər Təşkilatının İqlim Konfransının (COP32) otuz ikinci sessiyasının təşkilində əməkdaşlıq haqqında Anlaşma Memorandumu"nu imzaladılar.

27 Fevral 2026 13:07
Prezident İlham Əliyevin Efiopiyanın Baş naziri ilə geniş tərkibdə görüşü olub və iki ölkə arasında bir sıra sənədlər imzalanıb
Bizi buradan izləyin və Bizə yazın

BAKI,VOA

Fevralın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Efiopiya Federativ Demokratik Respublikasının Baş naziri Abiy Əhməd Əli ilə geniş tərkibdə görüşü oldu.

VOA xəbər verir ki, qonaqları salamlayan Prezident İlham Əliyev dedi: Hörmətli cənab Baş nazir, hörmətli qonaqlar, Azərbaycana xoş gəlmisiniz. Çox şadam ki, bizi ziyarət edirsiniz. Bizim elə indicə cənab Baş nazirlə çox yaxşı söhbətimiz oldu və biz tərəfdaşlığımızın bir çox vacib sahələrini əhatə etdik. Mən cənab Baş nazirə bu yaxınlarda Efiopiyaya səfər etmiş qızım Leylaya göstərdiyi qonaqpərvərliyə görə minnətdarlığımı ifadə etdim. Bu səfər ona yaxşı, böyük təəssürat bağışladı. Yeri gəlmişkən, o, ilk dəfədir ki, nümayəndə heyətlərinin görüşündə iştirak edir və bu, onun Sizin ölkənizə, Sizin xalqınıza olan çox xüsusi münasibəti ilə bağlıdır. Mən Sizi bütün nailiyyətləriniz münasibətilə təbrik etmək istəyirəm.

Sizin rəhbərliyinizlə Efiopiya uğurla inkişaf edir, beynəlxalq birliyin vacib bir üzvüdür və iqtisadiyyatınız da artır. Əlbəttə ki, biz ikitərəfli münasibətlərimizin siyasi və iqtisadi, energetika, kənd təsərrüfatı, mədəniyyət sahələrində gücləndirilməsində çox maraqlıyıq. Bir sözlə, əminəm ki, bu səfər bizim gələcək uğurlu əməkdaşlığımız üçün vacib amil olacaq və ölkələrimizə, xalqlarımıza çox yaxşı nəticələr verəcək. Bir daha xoş gəlmisiniz.

x x x

Sonra Baş nazir Abiy Əhməd Əli çıxış edərək dedi: Cənab Prezident, əziz Qardaşım. Gözəl ölkənizdə olmaqdan məmnunam və şərəf hissi duyuram. Bakı gözlədiyimdən qat-qat təmiz və gözəl şəhərdir. Bu isə ölkə rəhbərliyinin buna sadiqliyini və yanaşmasını göstərir. Bu, məni çox sevindirir. Həmçinin Sizi təbrik etmək istərdim ki, dostlarınızın hamısı Sizinlə qürur duyur və Sizdən bir çox şeyləri öyrənirlər. Gözəl ölkənizlə münasibətlərimiz, qeyd etdiyiniz kimi, hələ sadəcə başlayır. Bununla belə, biz bu münasibətlərin strukturlaşmış, əməli və aydın nəticələrə yönəlmiş olmasını istəyirik.

İki ölkə arasında çoxlu ortaq maraqlar var. İkimiz arasında, həmçinin çox uzlaşma mövcuddur. İndicə başladığımızla yanaşı, ümid edirəm ki, növbəti bir neçə ildə bizim birlikdə sərmayə yatıracağımız vacib sahələr olacaq və beləliklə, hər iki ölkə üçün fərq yaradacağıq.

Leylaya gəldikdə, mən dostlarla ünsiyyət qura bilən və möhkəm bünövrə əsasında münasibətlər yaratmağı bacaran belə təcrübəli qızınızın olduğu üçün Sizi təbrik etmək istəyirəm. Əminəm ki, növbəti səfərdə o, ölkəmizin bəzi bölgələrini görəcək və mən də komandamı, ailəmi Azərbaycanla tanış olmaq və münasibətlərimizi gücləndirmək üçün göndərəcəyəm.

Müzakirə edəcəyimiz çox sahələr var. Sizinlə çox məhsuldar və səmimi müzakirəmiz oldu. Bu məsələlərin bəzilərinin müzakirəsini burada davam etdirə bilərik. Ümumiyyətlə, mən gözəl ölkənizə səfər etməkdən çox şadam. Artıq çox böyük marağım yaranıb. Mən daha çox bilməyi, öyrənməyi və bir çox sahələrdə Sizinlə işləməyi səmimiyyətlə arzulayıram. Çox sağ olun, cənab Prezident.

Prezident İlham Əliyev: Təşəkkür edirəm.

x x x

Söhbət zamanı Azərbaycanla Efiopiya arasında siyasi dialoqun inkişafından məmnunluq ifadə olundu, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələlərinə toxunuldu. Həmçinin kənd təsərrüfatı, mədən sənayesi, enerji, energetika, rəqəmsal transformasiya, süni intellekt sahələrində birgə kadr hazırlığı, turizm, mədəniyyət, təhsil, o cümlədən tələbə mübadiləsinin həyata keçirilməsi üzrə əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparıldı.

Görüşdə, eyni zamanda, Efiopiyada “ASAN xidmət” konsepsiyası əsasında mərkəzlərin uğurla fəaliyyət göstərməsi, həmçinin “DOST” təcrübəsinin tətbiqi ilə bağlı müzakirələrin aparıldığı qeyd edildi.

x x x

Daha sonra Azərbaycan Prezidenti İlham Əliyevin və Efiopiyanın Baş naziri Abiy Əhməd Əlinin iştirakı ilə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Efiopiyanın xarici işlər naziri Qedion Timoteos "Azərbaycan Respublikası ilə Efiopiya Federativ Demokratik Respublikası Hökuməti arasında müdafiə sahəsində əməkdaşlıq haqqında Saziş”i və “Birləşmiş Millətlər Təşkilatının İqlim Konfransının (COP32) otuz ikinci sessiyasının təşkilində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu imzaladılar.

Qeyd edək ki, Efiopiyanın Baş nazirinin ölkəmizə səfəri çərçivəsində “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə Efiopiya Federativ Demokratik Respublikasının Kənd Təsərrüfatı Nazirliyi arasında Anlaşma Memorandumu”, “Azərbaycan Respublikasının Baş Prokurorluğu ilə Efiopiyanın Federal Etika və Antikorrupsiya Komissiyası arasında Anlaşma Memorandumu”, “Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi ilə Efiopiya İnvestisiya Komissiyası arasında Anlaşma Memorandumu” və “Azərbaycan Televiziya və Radio Verilişləri“ QSC ilə Efiopiya Yayım Korporasiyası arasında Anlaşma Memorandumu” imzalanıb.

Prezident İlham Əliyevin Efiopiyanın Baş naziri ilə geniş tərkibdə görüşü olub və iki ölkə arasında bir sıra sənədlər imzalanıb Prezident İlham Əliyevin Efiopiyanın Baş naziri ilə geniş tərkibdə görüşü olub və iki ölkə arasında bir sıra sənədlər imzalanıb Prezident İlham Əliyevin Efiopiyanın Baş naziri ilə geniş tərkibdə görüşü olub və iki ölkə arasında bir sıra sənədlər imzalanıb Prezident İlham Əliyevin Efiopiyanın Baş naziri ilə geniş tərkibdə görüşü olub və iki ölkə arasında bir sıra sənədlər imzalanıb Prezident İlham Əliyevin Efiopiyanın Baş naziri ilə geniş tərkibdə görüşü olub və iki ölkə arasında bir sıra sənədlər imzalanıb Prezident İlham Əliyevin Efiopiyanın Baş naziri ilə geniş tərkibdə görüşü olub və iki ölkə arasında bir sıra sənədlər imzalanıb Prezident İlham Əliyevin Efiopiyanın Baş naziri ilə geniş tərkibdə görüşü olub və iki ölkə arasında bir sıra sənədlər imzalanıb
Məqalədə: #Prezident İlham Əliyev

Mövzu üzrə digər xəbərlər

Prezident İlham Əliyev İƏT-in yeni Baş katibini təbrik edib
Rəsmi Xronika

Prezident İlham Əliyev İƏT-in yeni Baş katibini təbrik edib

10 Sentyabr 13:37
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Hərbi Dəniz Qüvvələrində olublar (FOTO)
Rəsmi Xronika

Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Hərbi Dəniz Qüvvələrində olublar (FOTO)

6 Sentyabr 15:34
Giorgia Meloni Prezident İlham Əliyevə təşəkkür edib
Rəsmi Xronika

Giorgia Meloni Prezident İlham Əliyevə təşəkkür edib

4 Sentyabr 20:13
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyevanın tapşırığı ilə Xalq artisti Murad Adıgözəlzadənin müalicəsi nəzarətə götürülüb
Rəsmi Xronika

Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyevanın tapşırığı ilə Xalq artisti Murad Adıgözəlzadənin müalicəsi nəzarətə götürülüb

4 Sentyabr 19:05

Son Xəbərlər

Qlobal fırtınalardan regional cəbhələrə: 11 sentyabrda ərəb coğrafiyasını sarsıdan 20 tarixi fakt
Qlobal fırtınalardan regional cəbhələrə: 11 sentyabrda ərəb coğrafiyasını sarsıdan 20 tarixi fakt
00:10
Tarixdə bu gün - 11 sentyabr
Tarixdə bu gün - 11 sentyabr
00:01
2.7L EcoBoost və off-road üçün Tremor - Yeni nəsil Ford Everest V6-nın detalları
2.7L EcoBoost və off-road üçün Tremor - Yeni nəsil Ford Everest V6-nın detalları
10 Sentyabr 23:00
Peru ABŞ-nin narkotik kartellərinə qarşı koalisiyasına qoşulur
Peru ABŞ-nin narkotik kartellərinə qarşı koalisiyasına qoşulur
10 Sentyabr 22:00
OpenAI maliyyə sektoru üçün xüsusi ChatGPT təqdim edib
OpenAI maliyyə sektoru üçün xüsusi ChatGPT təqdim edib
10 Sentyabr 21:41
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.