6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Rəy
Rəy

Prezident İlham Əliyevin Qərbi Azərbaycana qayıdış strategiyasına hər kəsin töhfə verməsi çox vacibdir - Sevil Mikayılova

3 Mart 2025 15:21
Prezident İlham Əliyevin Qərbi Azərbaycana qayıdış strategiyasına hər kəsin töhfə verməsi çox vacibdir - Sevil Mikayılova

Bakı, AzerVoice

Prezident İlham Əliyevin irəliyə sürdüyü Qərbi Azərbaycana qayıdış strategiyası ətrafında hər birimizin dərindən düşünməyimiz və bundan sonra da töhfə verməyimiz çox vacibdir.

AzerVoice xəbər verir ki, bunu Beynəlxalq Parlamentlərarası İttifaqın (IPU) Azərbaycandan vitse-prezidenti, Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü Sevil Mikayılova komitənin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) 2024-cü il üzrə məruzəsi”nin müzakirəsində çıxışı zamanı deyib.

Deputat bildirib ki, Ombudsmanın məruzəsi kifayət qədər hərtərəfli və mükəmməl hazırlanıb, vətəndaşların həyat fəaliyyətinin bütün sahələrini əhatə edir. Qərbi Azərbaycandan qovulmuş və qaçqın vəziyyətinə salınmış azərbaycanlıların hüquqlarının bərpa olunması ilə bağlı hissəyə toxunararq millət vəkili məsələ ilə bağlı məhkəmə-hüquq müstəvisində iş görülməsinin vacibiyini bildirib.

"Ombudsmanın məruzəsində qeyd olunur ki, Ermənistan əhalinin zorla köçürülməsinin insanlıq əleyhinə cinayət kimi təsbit olunduğu Beynəlxalq Cinayət Məhkəməsinin Roma statutuna qoşulmasına baxmayaraq, o, öz üzərinə düşən məsuliyyəti yerinə yetirmir.

Azərbaycan adıçəkilən sənədə qoşulmayıb, amma zərərçəkən tərəfdir.

“Bu məsələ ətrafında xüsusi olaraq düşünməyimiz zəruridir, adekvat və yaxud paralel hansısa addımların atılması çox vacibdir ki, beynəlxalq məhkəmə instansiyalarında Qərbi Azərbaycandan qovulmuş şəxslərin hüquqlarını hərtərəfi şəkildə qoruya bilək”.

Millət vəkili çıxışında hesabatda əksini tapan təhsil hüquqları ilə bağlı hissəyə də diqqət çəkib.

“Orta məktəbdə natamam orta təhsil 9 il nəzərdə tutulub və əgər 9-cu sinifi bitirən şəxslər təhsildə yüksək nəticələr göstərmirlərsə, onlar 11 illik təhsilə qədəm qoymurlar və təhsillərini dayandırmalı olurlar.

Biz əgər nəzərə alsaq ki, Azərbaycanda əmək qanunvericiliyinə əsasən, əmək münasibətləri 18 yaşından sonra tənzimlənir (istisna hallarda valideynlərin icazəsi ilə 15 yaş), o zaman bu müddət ərzində bir boşluq yaranır. Yəni, ya bu şəxslər peşə təhsilinə cəlb olunmalıdırlar, necə ki, əvvəllər belə bir praktika var idi, ya da ki, onların əmək fəaliyyətinə cəlb olunması üçün qanunvericiliyimizdə müəyyən dəyişikliyin olması çox vacibdir”.

Milli Məclisin deputatı məruzədə yer alan gender bərabərliyinin təminatları ilə bağlı hissəyə də öz təkliflərini səsləndirib.

“Xüsusi olaraq məruzədə qeyd olunur ki, Bakı Dövlət Universitetində “Genderə giriş” fənni tədris edilib və o davam edəcək. Əgər bu fənnin mütləq şəkildə bizim təhsil sistemimizə daxil olması ilə bağlı qərar vermişiksə, o zaman nəzərə almalıyıq ki, hamı ali təhsil hüququ qazanmır. Ona görə orta məktəb proqramında biz bu fənnin və yaxud bu mövzunun hər hansı bir fənn daxilində keçilməsinə, onun bu təhsil pilləsində nəzərə alınmasına nail olmalıyıq”, - deyə deputat əlavə edib.

Məqalədə: #Sevil Mikayılova

Mövzu üzrə digər xəbərlər

Azərbaycan-Özbəkistan münasibətlərini daha böyük regional prosesin bir hissəsidir - Sevil Mikayılova
Siyasət

Azərbaycan-Özbəkistan münasibətlərini daha böyük regional prosesin bir hissəsidir - Sevil Mikayılova

24 Avqust 18:27
Naxçıvanı regional nəqliyyat və enerji mərkəzinə çevirəcək yeni mərhələ başlayır - Sevil Mikayılova
Rəy

Naxçıvanı regional nəqliyyat və enerji mərkəzinə çevirəcək yeni mərhələ başlayır - Sevil Mikayılova

12 Avqust 16:49
Ana dili milli kimliyimizin sarsılmaz dayağıdır
Cəmiyyət

Ana dili milli kimliyimizin sarsılmaz dayağıdır

1 Avqust 11:00
Qarşıdakı illərdə Azərbaycan-Almaniya əməkdaşlığının geostrateji ölçüləri daha da genişlənəcək - Sevil Mikayılova
Siyasət

Qarşıdakı illərdə Azərbaycan-Almaniya əməkdaşlığının geostrateji ölçüləri daha da genişlənəcək - Sevil Mikayılova

22 İyul 16:06

Son Xəbərlər

Hava piratlığı, hərbi basqınlar və diplomatik masalar: 6 sentyabrda nələr dəyişdi?
Hava piratlığı, hərbi basqınlar və diplomatik masalar: 6 sentyabrda nələr dəyişdi?
00:10
Tarixdə bu gün - 6 Sentyabr
Tarixdə bu gün - 6 Sentyabr
00:01
İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
5 Sentyabr 22:32
“OpenAI” gözlənilməz süni intellekt davranışları barədə xəbərdarlıq edib
“OpenAI” gözlənilməz süni intellekt davranışları barədə xəbərdarlıq edib
5 Sentyabr 22:21
Berlində haker hücumundan sonra böhran tədbirləri başladılıb
Berlində haker hücumundan sonra böhran tədbirləri başladılıb
5 Sentyabr 22:14
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.