6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Rəy
Rəy

İmzalanmış sazişlər Azərbaycan və Pakistan arasında iqtisadi əlaqələrin inkişafında yeni imkanlar açır - Sevil Mikayılova

13 İyul 2024 15:31
İmzalanmış sazişlər Azərbaycan və Pakistan arasında iqtisadi əlaqələrin inkişafında yeni imkanlar açır - Sevil Mikayılova

Bakı,AzerVoice

Son illərdə Prezident İlham Əliyevin səyləri sayəsində Azərbaycan-Pakistan əlaqələri yüsək səviyyəyə qalxıb. Prezident İlham Əliyevin Pakistana səfəri zamanı imzalanmış sazişlər iki ölkə arasında iqtisadi əlaqələrin inkişafında yeni imkanlar açır.

Bunu AzerVoice-ə açıqlamasında Milli Məclisin deputatı Sevil Mikayılova deyib.

Onun sözlərinə görə, Azərbaycanla Pakistan arasında möhkəm dostluq və qardaşlıq əlaqələri tarixi köklərə əsaslanır.

"Son illərdə bu əlaqələr daha da inkişaf edib və müxtəlif sahələrdə genişlənib. Pakistan Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biridir. 1991-ci ilin dekabrında Pakistan Azərbaycanın müstəqilliyini tanıyıb və 1992-ci il iyunun 9-da iki ölkə arasında diplomatik əlaqələr qurulub. 1993-cü ilin martında Pakistan Bakıda, 1997-ci ilin avqustunda isə Azərbaycan İslamabadda səfirliklər təsis edib. Bu, iki ölkə arasında diplomatik münasibətlərin rəsmi başlanğıcı olub.

"Pakistan və Azərbaycan beynəlxalq arenada bir-birini hər zaman dəstəkləyib. Pakistan Ermənistanın Azərbaycan torpaqlarına hərbi təcavüzünə görə onunla diplomatik münasibətlər qurmayıb. İkinci Qarabağ müharibəsi zamanı Pakistanın siyasi dəstəyi Azərbaycan üçün xüsusi əhəmiyyət kəsb edirdi.

Eyni zamanda, Azərbaycan da Kəşmir məsələsində Pakistanı birmənalı şəkildə dəstəkləyir. Kəşmir məsələsi beynəlxalq hüququn tələblərinə uyğun olaraq qorunmalıdır və bu istiqamətdə BMT Təhlükəsizlik Şurasının qətnamələri diqqətə alınmalıdır", - deyə S.Mikayılova əlavə edib.

Deputat onu da vurğulayıb ki, mühüm əhəmiyyət kəsb edən məsələlərdən biri də ölkələr arasında əməkdaşlığın yeni və daha güclü formatlarda da inkişaf etdirilməsidir.

"Bu baxımdan, Astanada “ŞƏT plyus” formatında görüş çərçivəsində iyulun 3-də Azərbaycan Prezidenti İlham Əliyevin, Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə təşkil olunan üçtərəfli görüş xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan, Pakistan və Türkiyə arasında bütün tərəflərin qarşılıqlı maraqlarına xidmət edən və regional güc birliyini şərtləndirən bu əməkdaşlıq mexanizmi artıq qurulub" - deyə S.Mikayılova qeyd edib.

S.Mikayılova bildirib ki, son illərdə Azərbaycan ilə Pakistan arasında iqtisadi və ticari əməkdaşlıq da inkişaf edib.

"Energetika, infrastruktur, daşımalar, müdafiə sənayesi və digər sahələrdə layihələr müzakirə olunub və ilkin sərmayə həcmi təxminən iki milyard dollar olaraq qiymətləndirilir. 2024-2029-cu illər üzrə mədəni mübadilə proqramı və informasiya və kommunikasiya texnologiyaları sahəsində əməkdaşlıq haqqında anlaşma memorandumu kimi bir sıra mühüm sənədlər imzalanıb.

İki ölkə arasında imzalanan çoxsaylı anlaşmalar bu münasibətlərin daha da möhkəmlənəcəyini və gələcəkdə yeni uğurlara imza atacağını göstərir. Bu sənədlər, gələcəkdə ticarət və sərmayələrin daha da artmasına və əməkdaşlığın şaxələnməsinə şərait yaradacaq. Qarşılıqlı inam və etimada əsaslanan yüksək səviyyəli əlaqələr vasitəsilə hər iki ölkənin inkişafına və beynəlxalq arenada mövqelərinin güclənməsinə töhfə verir", - deyə S.Mikayılova qeyd edib.

Məqalədə: #Sevil Mikayılova

Mövzu üzrə digər xəbərlər

Azərbaycan-Özbəkistan münasibətlərini daha böyük regional prosesin bir hissəsidir - Sevil Mikayılova
Siyasət

Azərbaycan-Özbəkistan münasibətlərini daha böyük regional prosesin bir hissəsidir - Sevil Mikayılova

24 Avqust 18:27
Naxçıvanı regional nəqliyyat və enerji mərkəzinə çevirəcək yeni mərhələ başlayır - Sevil Mikayılova
Rəy

Naxçıvanı regional nəqliyyat və enerji mərkəzinə çevirəcək yeni mərhələ başlayır - Sevil Mikayılova

12 Avqust 16:49
Ana dili milli kimliyimizin sarsılmaz dayağıdır
Cəmiyyət

Ana dili milli kimliyimizin sarsılmaz dayağıdır

1 Avqust 11:00
Qarşıdakı illərdə Azərbaycan-Almaniya əməkdaşlığının geostrateji ölçüləri daha da genişlənəcək - Sevil Mikayılova
Siyasət

Qarşıdakı illərdə Azərbaycan-Almaniya əməkdaşlığının geostrateji ölçüləri daha da genişlənəcək - Sevil Mikayılova

22 İyul 16:06

Son Xəbərlər

Hava piratlığı, hərbi basqınlar və diplomatik masalar: 6 sentyabrda nələr dəyişdi?
Hava piratlığı, hərbi basqınlar və diplomatik masalar: 6 sentyabrda nələr dəyişdi?
00:10
Tarixdə bu gün - 6 Sentyabr
Tarixdə bu gün - 6 Sentyabr
00:01
İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
5 Sentyabr 22:32
“OpenAI” gözlənilməz süni intellekt davranışları barədə xəbərdarlıq edib
“OpenAI” gözlənilməz süni intellekt davranışları barədə xəbərdarlıq edib
5 Sentyabr 22:21
Berlində haker hücumundan sonra böhran tədbirləri başladılıb
Berlində haker hücumundan sonra böhran tədbirləri başladılıb
5 Sentyabr 22:14
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.