4 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Rəy
Rəy

12 günlük müharibədə təqdirəlayiq uğur əldə etdik - Pezeşkian

İsrailə qarşı apardığımız 12 günlük müharibədə İran xalqı təqdirəlayiq uğur əldə etdi.

27 İyul 2025 14:54
12 günlük müharibədə təqdirəlayiq uğur əldə etdik - Pezeşkian

BAKI, AzerVoice

İsrailə qarşı apardığımız 12 günlük müharibədə İran xalqı təqdirəlayiq uğur əldə etdi.

AzerVoice xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian deyib.

“12 gün boyunca çətin və qəhrəmancasına müqavimət göstərildi və düşmən (İsrail nəzərdə tutulur - red.) bütün gücü ilə ölkəni məğlub etməyə çalışdı. Bu müddət ərzində xalqımız önəmli töhfə verdi və təqdirəlayiq bir uğur əldə etdi” - deyə, Pezeşkian bildirib.

O, İsrail və ABŞ-ın hücumlarına baxmayaraq diplomatiyanın daim aktiv qaldığını vurğulayıb.

“Müharibə şəraiti səbəbilə bəzi ofislərimiz bağlı olsa da, ölkəmizin diplomatik nümayəndələri öz vəzifələrinin başında idi. Beynəlxalq əlaqələri davam etdirdilər və İran xalqının səsini dünyaya çatdırmaq üçün mütəmadi olaraq çalışdılar" - deyə, o qeyd edib.

Pəzeşkiyan həmçinin BRIKS və Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrlə əməkdaşlığın artırılmasının zəruriliyini vurğulayıb.

“Bu istiqamətdə Rusiya, Çin kimi ölkələrlə və digər müttəfiqlərimizlə birlikdə hərəkət edəcəyik və bu prosesi Avropa ölkələri və digər dövlətlərlə irəlilədəcəyik” - deyə, İran prezidenti bildirib.

Pezeşkian xarici siyasətdə əsas hədəfin qonşu ölkələrlə münasibətləri gücləndirmək olduğunu qeyd edib.

“Türkiyə, Türkmənistan, Azərbaycan, Əfqanıstan, Pakistan, İraq və Fars körfəzi ölkələri də daxil olmaqla qonşu ölkələrlə münasibətlərimizi möhkəmləndirməliyik. Bu əlaqələri irəlilətməklə möhtəşəm nəticələr əldə edə bilərik. Daha çox fəallıq göstərməliyik” - deyə, o vurğulayıb.

Xatırladaq ki, İsrail Hərbi Hava Qüvvələri iyunun 13-də İran ərazisinə hava zərbələri endiriblər. Zərbələr nəticəsində çoxlu sayda yüksək rütbəli hərbçi, o cümlədən İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Baqeri, İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) baş komandanı Hüseyn Salami, Xatəm Əl-Ənbiya Qərargahının komandanı Qulaməli Rəşid, 6 nüvə alimi və yüksək vəzifəli şəxslər həlak olub. İran BMT Təhlükəsizlik Şurasının hadisə ilə əlaqədar fövqəladə iclas çağırılmasını istəyib.

Bu hücumlara cavab olaraq isə İran Ordusu İsrailə qarşı "Doğru vəd III" adlı əməliyyat keçirib. Təl-Əviv, Qüds və digər bölgələrə yüzlərlə ballistik raket buraxılıb.

ABŞ isə münaqişənin gərginləşməsindən doqquz gün sonra – 22 iyun gecəsi İrandakı üç nüvə obyektinə hücum etməklə münaqişəyə qoşulub. 23 iyun axşamı İran ABŞ-ın Qətərdə yerləşən və Yaxın Şərqin ən böyük Amerika bazası olan Əl-Udeyd bazasına raket zərbəsi endirib. ABŞ hakimiyyət orqanlarının verdiyi məlumata görə, hücum nəticəsində itki və ya ciddi dağıntı qeydə alınmayıb.

İyunun 24-də ABŞ prezidenti Donald Tramp İsrail və İranın tam atəşkəsin qüvvəyə mindiyini bəyan edib. İsrail tərəfi də ABŞ-ın atəşkəs təklifini qəbul etdiyini və qarşıya qoyulan bütün məqsədlərə nail olunduğunu bildirib.

Məqalədə: #Türkiyə #İsrail #İran #Azərbaycan #ABŞ #Pakistan #Türkmənistan #İraq #Əfqanıstan #Məsud Pezeşkian #İsrail və İran gərginliyi #İsrail və İran münasibətləri #İsrail-İran münaqişəsi #İran-İsrail geosiyasi mübarizəsi #İran və İsrail gərginliyi #İran İsrail münasibətləri #İran-İsrail gərginliyi #İran və İsrail kəşfiyyat savaşı #İsrail İran hücumu #İsrail İran hücumu 2025 #İsrail İran əməliyyatı 2025 #ABŞ-İsrail-İran üçbucağı #İsrail-İran atəşkəsi

Mövzu üzrə digər xəbərlər

İsrail ordusu Handa Yunisdə HƏMAS komandirinin öldürüldüyünü açıqlayıb
Yaxın Şərq

İsrail ordusu Handa Yunisdə HƏMAS komandirinin öldürüldüyünü açıqlayıb

17:46
Skott Bessentin Aİ açıqlaması Brüsseldə suallar yaradıb
Digər Dövlətlər

Skott Bessentin Aİ açıqlaması Brüsseldə suallar yaradıb

17:41
İran hava hücumundan müdafiə qüvvələri - “İstənilən qarşıdurmaya hazırıq”
İran

İran hava hücumundan müdafiə qüvvələri - “İstənilən qarşıdurmaya hazırıq”

17:33
İran və İordaniya arasında diplomatik gərginlik artır
İordaniya

İran və İordaniya arasında diplomatik gərginlik artır

17:14

Son Xəbərlər

Daman Əmirlik Qadınlar Gününə həsr olunan aylıq proqram başladıb
Daman Əmirlik Qadınlar Gününə həsr olunan aylıq proqram başladıb
17:00
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.