6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Rəy
Rəy

İsrail ordusu İranın nüvə obyektlərinə zərbələr endirməyi planlaşdırmır - Briqada komandiri

İranın iyun ayında İsrail və ABŞ-ın hücumları nəticəsində zədələnmiş nüvə obyektlərinin hazırda bərpası müşahidə olunmur. İsrail ordusu isə bu mərhələdə həmin obyektlərə yeni zərbələr endirməyi planlaşdırmır. Bunu İsrail ordusunun Baş Qərargahının Əməliyyat İdarəsinin briqada komandiri İsrail Şumer ordu radiosuna müsahibəsində bildirib. “Hazırda müharibə zamanı zədələnmiş İranın nüvə və raket imkanlarının bərpası aparılmır” - deyə, Şumer qeyd edib.

7 Sentyabr 2025 12:54
İsrail ordusu İranın nüvə obyektlərinə zərbələr endirməyi planlaşdırmır - Briqada komandiri

BAKI, AzerVoice, Səməd Əyyubov

İranın iyun ayında İsrail və ABŞ-ın hücumları nəticəsində zədələnmiş nüvə obyektlərinin hazırda bərpası müşahidə olunmur. İsrail ordusu isə bu mərhələdə həmin obyektlərə yeni zərbələr endirməyi planlaşdırmır.

AzerVoice xəbər verir ki, bunu İsrail ordusunun Baş Qərargahının Əməliyyat İdarəsinin briqada komandiri İsrail Şumer ordu radiosuna müsahibəsində bildirib.

“Hazırda müharibə zamanı zədələnmiş İranın nüvə və raket imkanlarının bərpası aparılmır” - deyə, Şumer qeyd edib.

Onun sözlərinə görə, “İsrailin ən azı indiki halda İranla yeni müharibə başlatmaq niyyəti yoxdur.”

Eyni zamanda briqada komandiri əlavə edib ki, orduda İran əleyhinə mümkün əməliyyatlara hazırlıq aparılır. Lakin “bunu qabaqlayıcı şəkildə etmək niyyəti yoxdur. Əgər qırmızı xətlər aşılarsa, o zaman masaya oturub qərar verməyə məcbur olacağıq”, - deyə vurğulayıb.

Xatırladaq ki, İsrail Hərbi Hava Qüvvələri iyunun 13-də İran ərazisinə hava zərbələri endiriblər. Zərbələr nəticəsində çoxlu sayda yüksək rütbəli hərbçi, o cümlədən İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Baqeri, İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) baş komandanı Hüseyn Salami, Xatəm Əl-Ənbiya Qərargahının komandanı Qulaməli Rəşid, 6 nüvə alimi və yüksək vəzifəli şəxslər həlak olub. İran BMT Təhlükəsizlik Şurasının hadisə ilə əlaqədar fövqəladə iclas çağırılmasını istəyib.

Bu hücumlara cavab olaraq isə İran Ordusu İsrailə qarşı "Doğru vəd III" adlı əməliyyat keçirib. Təl-Əviv, Qüds və digər bölgələrə yüzlərlə ballistik raket buraxılıb.

ABŞ isə münaqişənin gərginləşməsindən doqquz gün sonra – 22 iyun gecəsi İrandakı üç nüvə obyektinə hücum etməklə münaqişəyə qoşulub. 23 iyun axşamı İran ABŞ-ın Qətərdə yerləşən və Yaxın Şərqin ən böyük Amerika bazası olan Əl-Udeyd bazasına raket zərbəsi endirib. ABŞ hakimiyyət orqanlarının verdiyi məlumata görə, hücum nəticəsində itki və ya ciddi dağıntı qeydə alınmayıb.

İyunun 24-də ABŞ prezidenti Donald Tramp İsrail və İranın tam atəşkəsin qüvvəyə mindiyini bəyan edib. İsrail tərəfi də ABŞ-ın atəşkəs təklifini qəbul etdiyini və qarşıya qoyulan bütün məqsədlərə nail olunduğunu bildirib.

Məqalədə: #İsrail #İsrail ordusu #nüvə proqramı #İsrail və İran gərginliyi #İranın nüvə irəliləyişi #İsrail və İran münasibətləri #İran nüvə proqramı #İranın nüvə proqramı və beynəlxalq reaksiyalar #İran nüvə silahı #İran nüvə təhlükəsi #İsrail İran hücumu #İran-İsrail qarşıdurması #İran nüvə razılaşması #İsrail və İran #İsrail Şumer

Mövzu üzrə digər xəbərlər

İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
Livan

İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub

5 Sentyabr 22:32
ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib
Digər Dövlətlər

ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib

5 Sentyabr 21:45
İsrail Livanın cənubunda iki bölgəyə zərbələr endirib
Livan

İsrail Livanın cənubunda iki bölgəyə zərbələr endirib

5 Sentyabr 21:43
Qəzza şəhərinin Zeytun məhəlləsində dağıntılar altından 106 insan qalığı çıxarılıb
Yaxın Şərq

Qəzza şəhərinin Zeytun məhəlləsində dağıntılar altından 106 insan qalığı çıxarılıb

5 Sentyabr 21:41

Son Xəbərlər

Hava piratlığı, hərbi basqınlar və diplomatik masalar: 6 sentyabrda nələr dəyişdi?
Hava piratlığı, hərbi basqınlar və diplomatik masalar: 6 sentyabrda nələr dəyişdi?
00:10
Tarixdə bu gün - 6 Sentyabr
Tarixdə bu gün - 6 Sentyabr
00:01
İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
5 Sentyabr 22:32
“OpenAI” gözlənilməz süni intellekt davranışları barədə xəbərdarlıq edib
“OpenAI” gözlənilməz süni intellekt davranışları barədə xəbərdarlıq edib
5 Sentyabr 22:21
Berlində haker hücumundan sonra böhran tədbirləri başladılıb
Berlində haker hücumundan sonra böhran tədbirləri başladılıb
5 Sentyabr 22:14
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.