8 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Turizmdə yeni trend – Əfqanıstan

Tafts Universitetinin dosenti Yi Bin Lin öyünür ki, son on ildə 120 ölkəyə turist kimi səyahət edib. Bununla belə, onun həmişə ziyarət etmək arzusunda olduğu bir ölkə var; Lakin o, Əfqanıstanda onilliklər davam edən müharibə, adam oğurluğu və terrora görə ona baş çəkməkdən qorxurdu.

30 Dekabr 2024 00:31
Turizmdə yeni trend – Əfqanıstan

Bakı. AzerVoice

Tafts Universitetinin dosenti Yi Bin Lin öyünür ki, son on ildə 120 ölkəyə turist kimi səyahət edib. Bununla belə, onun həmişə ziyarət etmək arzusunda olduğu bir ölkə var; Lakin o, Əfqanıstanda onilliklər davam edən müharibə, adam oğurluğu və terrora görə ona baş çəkməkdən qorxurdu.

Bu haqda AzerVoice Arab.AZ-a istinadən xəbər verir.

2021-ci ildə Əfqanıstan müharibəsinin başa çatması ilə ölkənin yeni Taliban hakimiyyəti turistləri ziyarətə təşviq etməyə başladılar. Beləliklə, keçən ay Lin çantalarını yığdı, viza üçün 130 dollar ödədi və Əfqanıstanın paytaxtı Kabilə gedən təyyarəyə mindi.

“Dostlarıma gedəcəyim yer barədə danışanda hamısı məni dəli hesab etdi və bunun çox təhlükəli olduğunu bildirdi”-deyə Əfqanıstana səfəri barədə Lin deyib.

43 yaşlı Lin, hökumətləri tərəfindən edilən qorxunc xəbərdarlıqlara məhəl qoymadan Əfqanıstana yollanan hələki yeni olan , lakin getdikcə artam turist qruplatının bir hissəsidir.

ABŞ Dövlət Departamenti amerikalılara Əfqanıstana səyahət etməməyi tövsiyə edir və buna səbəb olaraq, “terrorizm, qeyri-qanuni həbs riski, vətəndaş iğtişaşları, adam oğurluğu və cinayət” göstərilir.

Öz növbəsində Taliban rəsmiləri bildiriblər ki, son üç il ərzində təcrid olunmuş, yoxsulluq içində olan ölkəyə 14,5 min xarici turist səfər edib.

Turistlərin çoxu ölkənin məşhur məscidlərini, uca dağ silsilələrini, mənzərəli səhralarını və Bamyandakı məşhur Budda heykəllərinin qalıqlarını ziyarət edərkən ölkənin ənənəvi qonaqpərvərliyi ilə də tanış olurlar.

Taliban hakimiyyəti ələ keçirdikdən sonra dünyanın müxtəlif yerlərindən çoxlarının beynində Əfqanıstanın başqa bir görüntüsü formalaşıb: həbsxanaya bənzəyən yer. Ölkənin nüfuzu qadınlara qarşı boğucu məhdudiyyətlər səbəbindən pisləşib.

Lakin Talibanın hakimiyyətə gəlməsi 20 illik müharibənin başa çatması ilə ölkəyə nisbətən sakitlik gətirdi.

Bununla belə, müharibə zamanı çoxlu sayda insanın ölümünə səbəb olan – əksəriyyəti Taliban tərəfindən həyata keçirilən kamikadze partlayışları və yol kənarındakı partlayışlar tamamilə dayanıb.

Öz növbəsində Taliban hökuməti turistləri əmin edib ki, Əfqanıstan təhlükəsizdir, heyrətamiz təbiəti və ziyarətçilər üçün xoş mühiti ilə seçilir.

Kabildəki İnformasiya və Mədəniyyət Nazirliyinin sözçüsü Həbib Qufran bununla bağlı deyib: “Turistlərin 95 faizi Əfqanıstan haqqında mənfi təsəvvürə malikdirlər, çünki bu, mediada yayılan məlumatlar və bütün dünyada yalan təbliğatdır.Onlar evə qayıdanda Əfqanıstanda gördükləri müsbət görüntüləri və məlumatları paylaşırlar”-deyə, Taliban rəsmisi bildirib.

Taliban rəsmiləri turistlərdən asılı olduqlarını bildirdilər; Xüsusilə bloqerlər və YouTube kanalı sahibləri, Əfqanıstanı ziyarət etməyin faydalarını təbliğ edirlər. Onlar bildiriblər ki, hökumət rəsmi saytları və sosial media vasitəsilə turizmi təbliğ edirlər.

Amerikanın hava bombardmanları və gecə basqınları ilə bağlı əfqanların yaddaşında hələ də təzə olan ağrılı xatirələrə baxmayaraq, amerikalı turistlər hər kəs kimi xoş qarşılanır.

Eyni zamanda təhlükəsizlik tələb edən turistlər üçün mühafizəçilər ayrılır.

Lakin ziyarətçilərdən Şimali Koreyada olduğu kimi hökumət müşayiətçilərinin müşayiəti tələb olunmur.

Taliban rəsmiləri bildiriblər ki, əcnəbi ziyarətçilərin kiçik faizi qadınlardır. Həm Qufran, həm də Herat vilayətinin İnformasiya və Mədəniyyət İşləri üzrə Direktoru Mövlavi Əhməd Allah Müttəqi qadın turistlərin ictimai yerlərdə necə geyinmələri və davranışları ilə bağlı heç bir yazılı məhdudiyyətin olmadığını təsdiq etdilər.

Lakin qadın turistlər uzun paltar geyinib başlarını örtməklə qanunlara hörmət etməlidirlər, onlardan burqa geyinmələri və üzlərini örtmələri tələb olunmur.

Məqalədə: #Əfqanıstan

Mövzu üzrə digər xəbərlər

Tramp seçici siyahılarının yoxlanılması ilə bağlı Ali Məhkəməyə üz tutub
Digər Dövlətlər

Tramp seçici siyahılarının yoxlanılması ilə bağlı Ali Məhkəməyə üz tutub

20:18
ABŞ Britaniyanın İsrail yaşayış məntəqələri ilə bağlı sanksiyalarına qoşulmayacaq - Marko Rubio
Digər Dövlətlər

ABŞ Britaniyanın İsrail yaşayış məntəqələri ilə bağlı sanksiyalarına qoşulmayacaq - Marko Rubio

19:34
ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib
İran

ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib

19:13
İsrail Böyük Britaniyanın Şərqi Qüdsdəki konsulluğunu bağlayır
Digər Dövlətlər

İsrail Böyük Britaniyanın Şərqi Qüdsdəki konsulluğunu bağlayır

19:07

Son Xəbərlər

Tramp seçici siyahılarının yoxlanılması ilə bağlı Ali Məhkəməyə üz tutub
Tramp seçici siyahılarının yoxlanılması ilə bağlı Ali Məhkəməyə üz tutub
20:18
Misir və Fransa İsgəndəriyyə limanında dənizçilik əməkdaşlığını müzakirə edib
Misir və Fransa İsgəndəriyyə limanında dənizçilik əməkdaşlığını müzakirə edib
20:11
Nauru Respublikasının Qüdsdə səfirlik açması beynəlxalq hüququ pozur - İordaniya
Nauru Respublikasının Qüdsdə səfirlik açması beynəlxalq hüququ pozur - İordaniya
20:07
Qətər büdcəsində kəsir artır: İkinci rübdə 21,2 milyard riyallıq mənfi saldo
Qətər büdcəsində kəsir artır: İkinci rübdə 21,2 milyard riyallıq mənfi saldo
20:06
Qətər Böyük Britaniyanın İsrail yaşayış məntəqələrinə qarşı qərarını alqışlayıb
Qətər Böyük Britaniyanın İsrail yaşayış məntəqələrinə qarşı qərarını alqışlayıb
20:03
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.